Sosial psixologiyada ünsiyyətə təkcə informasiya mübadiləsi kimi baxılmır, o həm də insanların bir-birini qavraması kimi qəbul olunur.
Atributiv proseslərdən danışarkən, ilk növbədə kauzal atrubusiya yada düşür – insanların bir-birinə qavramasında davranışın səbəblərini izah edir. Tədqiqatçılar çoxdan müxtəlif xalqlarda və mədəniyyətlərdə kauzal atribusiyanın müxtəliflik faktorları ilə rastlaşıblar. Məsələn, ABŞ-da ağ dəriləri məsuliyyətli insan kimi qəbul edirlər. D.Mayers haqlı olaraq qeyd edir ki, qərb mədəniyyətində sosializasiya onu şərtləndirir ki, inkişafda olan uşaq başqa insanın baxışına görə öz davranışını interpretasiya edir.
Beləki bütün dünyada çoxsaylı emprik tədqiqatlar keçirilir. Hal-hazırki anda kauzal atribusiyanın mədəniyyətə təsiri haqqında çoxlu məlumat var. Hər şeydən əvvəl mədəniyyətlərarası fərqi aşkar etmək üçün B.Vaynerin nail olmas atribusiya modelindən istifadə edirlər. Fərdin nail olmasının izah etmək üçün 4 amildən istifadə edirlər – tapşırığın çətinliyi, qabiliyyət, səy və bəxti gətirmə.
Tədqiq edənin özü ABŞ və Çili də aparılmış nail olma atribusiyasının mədəni-müqayisəli tədqiqatında iştirak etmişdir. Belə nəticəyə gəlmişdirki, çililər amerikalılara nisbətdə xarici səbəbləri daha xarici, stabil səbəbləri daha az stabil, nəzarət olunan səbəbləri daha az nəzarət olunan kimi qəbul edirlər.
Vaynerin əsas nəticəsi ondan ibarətdir ki, iki mədəniyyətdə kauzal dünyanın qavranılması eyniliyin etiraf edilməsindən ibarətdir. Onun fikrincə, uğur və uğursuzluq atribusiyası mədəniyyətlərdə müxtəlif olur, ancaq lokus, stabillik, nəzarət olunma baxımından müqayisə oluna bilər. Bu səbəbdən də amerikalı işdəki uğursuzluğu iş dünyasında yaranmış müvəqqəti böhran kimi qəbul edir, xristian hindlilər isə gözlənilməz quraqlığın çoxluğu ilə izah edirlər. Bu atribusiyaların əsasında isə eyni faktorlar durur: hər iki səbəb eksternaldır, stabildir, nəzarət olunmayandır.
Vaynerin modeli Hindistan, Yaponiya, ABŞ, Yuqaslaviyada keçirilmiş mədəni- müqayisəli çoxmillətli psixoloqlar kollektivində istifadə olunmuşdur. Aşkar olunmuşdur ki, tədqiq olunan bütün qrupların hamısı öz uğurlarını 1-ci sırada yazmışdılar, sonradan isə bəxti gətirməmə, çətinlik, qabiliyyətsizlik haqqında yazmışdılar. Uğursuzluq isə bütün ölkələrdə gücün olmaması kimi izah olunmuşdur.
Nail olma atribusiyasında qruplararası fərqlər də müşahidə olunmuşdur. Yapon və hindlilərdə bu özünü daha çox göstərirdi. Beləki, yaponlar uğursuzluqlara daxili səbəbləri, uğura isə -xarici səbəbləri daha çox göstərmişdilər. Müəlliflər bu yapon mədəniyyətindəki sosializasiya ilə izah edirlər: ailə qarşısında məsuliyyət, hörmət hissinin tərbiyə edilməsi. Hindlilər isə uğursuzluq atribusiyası zamanı daha internal olurlar. Müəlliflərin fikrincə, bu – hind kastaçılıq sisteminin hərəkətsizliyidir.
Qeyd etmək lazımdır ki, müxtəlif mədəniyyətləri müqayisə etmək onda olan 4 amilin qeyri-relevantlığına görə valid olmaya bilər – qabillik, güc, məsələnin çətinliyi və bəxti gətirmə. Həqiqətən də əgər hər hansı bir faktor mədəniyyətlərdən birində əhəmiyyətsiz olarsa, məsələn, hindlilərdə bəxti gətirmə, onlar əgər bəxti gətirmə ilə uğurusuzluğun izahında fərqləri nümayiş etdirmirlərsə, bu zamanda o əhəmiyyətsiz olacaqdır.
Kollektiv və fərdi mədəniyyətlərarası fərq bu və ya digər fəaliyyətin nəticəsi üçün məsuliyyət başqa insana verilməsindən ibarətdir. Rusiyada V.S.Ağayevin rəhəbərliyi ilə aparılmış Vyetnam tədqiqatçısı Vu Txi Fıonqın işlərində proyektiv situasiyanın personajının davranışının qiymətləndirilməsi zamanı vyetnamlılar ruslara nisbətən uğurda özünün iştirak etdiyini, mənfi nəticələr zamanı isə üçüncü bir iştirakçının səbəb oluduğunu dedikləri aşkar olunmuşdur. Ağayev bunu belə izah edir: vyetnam mədəniyyəti üçün rus və ya avropadan çox başqalarının hərəkətlərinə görə məsuliyyətlilik xarakterikdir.
Çox təəssüflər ki, kauzal atribusiyanın xüsusiyyətləri rus tədqiq olunanları üzərində aparılmış tədqiqatda interpretasiya olunmamışdır.
Atributiv prosesdə mədəniyyətlərarası fərqi öyrənmək olduqca çox əhəmiyyətlidir.Müasir cəmiyyətdə insanların əksəriyyəti digəretnik qrupların, mədəniyyətlərin, dövlətlərin nümayəndləri ilə ünsiyyətdə çox olur. Ünsiyyət zamanı bir-birilərinin davranışının səbəblərini başa düşə bilmirlər və yalnış atribusiyalar edirlər. Müxtəlif qruplarda effektiv qarşılıqlı təsirə nail olmaq üçün bir çox psixoloji metodlardan istifadə edirlər, eləcə də atributiv treyninqlərdən istifadə olunur.
Kauzal atribusiyada mədəniyyətlərarası fərqlər.
əvvəlki yazı