Qorxu nəzəriyyələri
Kriçmerin travmatik şərtlənmə konsepsiyası – ağrı yaradan hadisələr və ya situasiyalar ağrı duyğusunun olmasından asılı olaraq qorxu yarada bilər.
Tomkins nəzəriyyəsi – uzumüddətli və güclü qorxudan qəflətən azad olduqda ,əgər bu tamdırsa –sevinclə, natamamdırsa – həyəcanla nəticələnir
Differensial emosiyalar nəzəriyyəsi – konfliktli davranışı qorxu və maraq arasındakı davranışın nəticəsi kimi şərh edir.
Bioloji səbəbi olmayan yeni qorxuların yaranmasının şərti-reflektor mexanizmi nəzəriyyəsi – Volpe tərəfindən inkişaf etdirilmiş və konkretləşdirilmişdir.Volpe təklif etmişdir ki, davranışın nevrotik pozulmalarında emosional proseslər, xüsusilə də insanın müəyyən situasiyalarda keçirdiyi həyəcan və ya qorxu əhəmiyyətli rol oynayır. Nevroz dedikdə Volpe qeyri –adaptiv davranış formalarının səbəbi olan şərtlənmiş qorxu basa düşürdü. Əgər nevrotik qoxunu tamamilə aradan qaldırmaq və ya azaltmaq yollarını tapmaq mümkün olarsa, bu onun adət olunmuş davranış təzahürlərinin aradan qalxmasına gətirib çıxarır. Qorxu və həyəcan arasında psixofizioloji nöqteyi nəzərdən heç bir fərq görməyən Volpe onları bir-birindən ayırmır.
Qorxu nəzəriyyələri haqqında qısa məlumat
əvvəlki yazı