Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Təhsil - tələbə

Yanğından mühafizə xidmətində psixoloji hazırlığın vacibliyini müəyyən edən amillər

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

Yanğınlarda qüvvə və vasitələrin idarə edilməsi üzrə vəzifəli şəxslərin fəaliyyətinin psixoloji cəhətdən dəqiqləşdirilmiş təsnifi yerinə yetirilən tapşırıqların, yaranmış şəraitin, öz fəaliyyətinin həyata keçirilməsi üçün tətbiq edilən üsul və vasitələrin xüsusiyyətləri ilə sıx əlaqəlidir. Bu fəaliyyətin psixoloji cəhətdən dəqiqləşdirilmiş təsnifində xarici və daxili amillər özünə məxsus qarşılıqlı əlaqə formasında çıxış edir Yanğından mühafizənin idarəetmə orqanları üçün xarici və daxili amillər yanğında insanların, heyvanların təhlükəsizliyinin təmin edilməsi və yanğın bölmələrinin gəldiyi vaxtda mövcud ölçülərdə ən az qüvvə və vasitələr sərf etməklə qısa vaxt ərzində yanğının ləğv edilməsi ilə əlaqəlidir. Yerinə yetirilən tapşırıqların psixoloji məna ifadə edən xüsusiyyətləri əsasən ictimai əhəmiyyətdən, onlara şərtsiz olaraq nail olmaqdan və həll etməkdən, nail olmağın və həll etməyin böyük çətinliyindən, mənəvi, inzibati və cinayət məsuliyyətindən ibarətdir.
Yanğında idarəetmə orqanlarının yerinə yetirdikləri tapşırıqların xüsusiyyətləri, bir qayda olaraq, psixoloji cəhətdən yüksək qətiyyətliyi, cəsarətliyi, çalışqanlığı, ciddiliyi, daxili səfərbərliyi, məqsədə nail olunmasını təmin edir, döyüş hərəkətlərinin yerinə yetirilməsi üzrə fəallığı və təşəbbüskarlığı stimullaşdırır. Yanğında qərar qəbul edən şəxsin döyüş hərəkətlərinin yerinə yetirilməsi üzrə əmr verməsi bir çox halda daxili gərginliklə əlaqəli olur. Belə vəziyyətdə əmr verən şəxsin psixoloji çətinliyi dəf edə bilməsi bacarığı mühüm əhəmiyyət kəsb edir. Bununla bərabər, yanğında döyüş hərəkətlərinin yerinə yetirilməsi üzrə hər hansı bir əmrin verilməsi çox vaxt yüksək psixoloji ağırlığa səbəb olur, buna isə çoxları tab gətirə bilmir və bu hal qətiyyətsizlik, qərarsızlıq faktlarının, özünü sığortalama, üstüörtülü formalizim, fəaliyyətsizlik, məsuliyyətdən qaçma cəhdlərinin və digər bu kimi halların əmələ gəlməsi ilə nəticələnir. Yanğında bir sıra məsələlərin qəflətən baş verməsi mürəkkəbləşdirici psixoloji cəhət kimi qiymətləndirilir. Bu məsələlərin bir çoxu konkret şəraitlə əlaqəli olur və bir çox hallarda yanğınsöndürmə rəhbəri yanğın yerinə gəldiyi və yaranmış şəraiti dəqiqləşdirdiyi vaxt məqamında baş verir.
Baş verən mürəkkəb hadisələrin gözlənilməzliyi çaşqınlığa, özünü itirməyə səbəb olur, daxili gərginliyin aradan götürülməsinə yüksək operativlik və yanğının istənilən şəraitində hərəkət etməyə hazır olmağı tələb edir. Yanğında yaranmış şərait üçün obyektin əməliyyat-taktiki xüsusiyyətlərinin əhəmiyyəti onunla əlaqəlidir ki, yanğından mühafizə bölmələrinin şəxsi heyətinə ən müxtəlif yanğınların söndürülməsində iştirak etmək və bununla əlaqəli müxtəlif döyüş hərəkətlərini yerinə yetirmək lazım gəlir. Bu yanğınların yaşayış və ictimai binalarda, insanların kütləvi toplaşdığı binalarda, sənaye və kənd təsərrüfatı obyektlərində baş verməsi və müxtəlif dərəcəli təhlükəli amillərin yaranması şəraiti ilə müşayiət olunması mümkündür.
Qeyd olunanları nəzərə alaraq yanğın şəraitinin əsas psixoloji əhəmiyyət kəsb edən xüsusiyyətlərinə aşağıdakıları aid etmək olar: l yanğın baş vermiş obyektin ictimai, dövlət əhəmiyyətinin mövcudluğu;
yanğının inkişafetmə miqyası və dinamikası;
yanğının təhlükəli amillərindən insanların həyat və sağlamlığına, heyvanlara təhlükə yaranmasının mövcudluğu;
yanğında döyüş hərəkətlərinin yerinə yetirilməsi üçün qüvvə və vasitələrin mövcudluğu və onların vəziyyəti;
yanğında döyüş hərəkətlərinin yerinə yetirilməsi mürəkkəbliyi;
yanğının təhlükəli amillərinin təsiri;
yanğınsöndürmə iştirakçılarının həyatına və sağlamlığına təhlükənin mövcudluğu və s.
Belə əhəmiyyətlərin müxtəlifliyi, xarici psixoloji amillərin mürəkkəbliyi yanğından mühafizənin idarəetmə orqanlarının əməkdaşlarında daxili səfərbərlik, çalışqanlıq, fəallıq, qətiyyətlik, əzmlik və mətanətlik keyfiyyətlərinin müxtəlif formalarda yaranmasına səbəb olur. Yanğının söndürülməsinin peşəkar əhəmiyyətli amilləri həm xarakteri üzrə, həm də insanlara psixoloji təsiri üzrə olduqca müxtəlif, səciyyəvi, dəyişkən və özünə xas olan xüsusiyyətlərə malikdir. Yanğında döyüş hərəkətlərini gecə və gündüz, aşağı və yuxarı temperatur şəraitlərində, tüstülənmiş və zəhərlənmiş mühitdə, hündürlüklərdə və zirzəmilərdə, partlayış, konstruksiyaların, qurğuların uçub – dağılması, insanlar arasında çaxnaşma, təlaş yaranması şəraitlərində yerinə yetirilməsi lazım gəlir. Qeyd olunan şəraitlər üçün xarakterik olan psixoloji əhəmiyyətli amillərə aiddir: əlverişsiz meteoroloji şərait; yüksək və aşağı hava temperaturu; havanın həddindən artıq rütubətliyi; rentgen və radioaktiv şüalanma; yüksək və aşağı atmosfer təzyiqi; güclü səs və titrəyişlər; zəhərli maddələr; tüstünün yüksək qatılığı və b.
Bunlar bütün yanğınsöndürmə iştirakçılarının fəaliyyəti üçün səciyyəvidir, lakin hər bir yanğınsöndürmə prosesində onların cəmi özünəməxsus xüsusiyyətlərlə seçilir, hansılar ki, şəxsi heyətin əhval-ruhiyyəsinə psixoloji təsiri müəyyən edir. Alovun məşəli, yüksək temperatur, tüstülənmə insanlara psixoloji təsir göstərən ən səciyyəvi amillərdəndir. Bu amillər təkcə öz xarici görünüşlərinə görə psixoloji təsirə malik olmur. Onlar insanlara böyük maddi ziyan və əzab-əziyyət gətirən fəlakət, düşmən, qeyri-mütəşəkkil hal kimi qəbul edilə bilər. Bu amillər eyni zamanda yanğınsöndürmə iştirakçılarının həyatına da ən başlıca təhlükə mənbələrindən biri olur. Aparılmış tədqiqatların nəticələrinə əsasən təsdiq etmək olar ki, alov insanlar tərəfindən psixoloji cəhətdən ən xoşagəlməz təhlükə növü kimi qəbul edilir. Alovda tələf olma hadisəsi insanlar tərəfindən ən dəhşətli ölüm növü hesab edilir.
Təhlükə növlərindən biri olduğu üçün alova öyrəşmək çox çətindir, bəzi hallarda isə bu heç mümkün olmur. Məhz bununla əlaqədar yanğınsöndürmə iştirakçıları alova qarşı yüksək psixoloji mətanətlik, yenilməzlik keyfiyyətlərinə malik olmalıdırlar. Havanın yüksək temperaturlara qədər qızması və şüa əks etdirən səthlərdən istilik şüasının (infra-qırmızı) ətrafa yayılması bədənin tez isinməsinə, nəfəs almanın, müşahidə aparmağın çətinləşməsinə, hissetmə orqanlarının fəaliyyətinin zəifləməsinə və pisləşməsinə (belə ki, temperaturun 21°C -dən 28°C qədər artması görmə qabiliyyətini iki dəfə zəiflədir və yorulma halını kəskin olaraq qaldırır), dərinin yanmasına və dözülməz ağrıların əmələ gəlməsinə səbəb olur. Nəticədə döyüş hərəkətlərinin yerinə yetirilməsi keyfiyyəti ciddi olaraq zəifləyir, hətta bəzi hallarda onların yerinə yetirilməsi tamamilə mümkün olmur. Qeyd etmək lazımdır ki, yüksək temperatura qarşı müxtəlif adamlarda hissiyatların fərdi psixofizioloji müxtəlifliyi mövcuddur. Yanğınlarda idarəetmə fəaliyyəti ilə əlaqəli olan vəzifələrə əməkdaşların təyin edilməsi zamanı bu keyfiyyətin nəzərə alınması faydalı ola bilər. İnsan bədənində temperaturun 40°C-ə qədər və daha artıq yüksəlməsi zamanı bərk qızdırma və istilik zərbəsinə məruz qalma halının baş verməsi mümkündür.
Tüstü insanlara müxtəlif cür təsirlər göstərir. O görməni məhdudlaşdırır, selikli qişanı və burun udlağını qıcıqlandırır, gözləri sulandırır, nəfəsalmanı çətinləşdirir, bəzi hallarda isə orqanizmin zəhərlənməsinə səbəb olur. Tüstü döyüş hərəkətlərinin yerinə yetirilməsini çətinləşdirir, yüksək gərginlik yaradır, səmti müəyyən etmə hissiyatını zəiflədir. Yanğınların söndürülməsi zamanı ətraf mühitdə zəhərli qazların əmələ gəlməsi həm kimya sənayesi obyektlərində, həm də sintetik maddə və materialların yanması zamanı bir çox digər obyektlərdə mümkündür. Bütün yanğınların həmrahı – karbon oksidin (CO) yüksək qatılığından ibarətdir. Yanğında qüvvə və vasitələrin idarə olunması zəhərli maddələrin güclü təsir etdiyi və yüksək zəhərlənmə təhlükəsi olduğu sahələrdə, zonalarda yerinə yetirilə bilər.
Qazla zəhərlənmə təhlükəsi yanğınsöndürmə iştirakçılarını şüurlu ehtiyat göstərməyə, gərginlik vəziyyətində olmağa, tənəffüs orqanlarının fərdi müdafiə vasitələrindən istifadə etməyə məcbur edir. Səs həmişə yanğınların söndürülməsi prosesini müşayiət edir, bəzi hallarda danışıq əlaqəsini çətinləşdirərək çox yüksək intensivliyə malik olur. Belə vəziyyət insanın işləmək qabiliyyətini zəiflədir və yorğunluğu gücləndirir. Qaz və neft fontanlarında baş vermiş yanğınlar zamanı səs 130 desibel ola bilər, bu isə yol verilən normadan çox yüksəkdir. Yüksəklik müasir mülki və sənaye obyektlərinin bina və tikililəri üçün olduqca xarakterik amillərdən biridir. Yanğınsöndürənlər yüksəkliyə öyrəşməli, ondan qorxmamalı, yüksəklikdə olduqları zaman öz peşəkar hərəkətlərini tez və inamla yerinə yetirməlidirlər. Nəzərə almaq lazımdır ki, yüksəkliyin artması ilə insanın tez yorulması baş verir. Yüksəklikdə işlərin görülməsi həmişə risklə və yüksək əsəbi-psixoloji gərginliklə əlaqəlidir. Yanğında buxarla, elektrik cərəyanı ilə zədələnmə təhlükəsi – yanğından mühafizə bölmələrinin şəxsi heyətinin peşəkar fəaliyyətini həmişə müşayiət edən amillərdir. Şəxsi heyət onların zədələmə təsirini qabaqcadan müəyyən etməyi bacarmalı və öz işini elə qurmalıdır ki, təhlükəli amillərin təsirindən özlərini qoruya bilsinlər.
Yanaraq uçub-dağılan obyektlərin görüntüsü çox güclü psixoloji təsir etmə qüvvəsinə malikdir. Uçub dağılma halları bütün hərəkətləri çətinləşdirir və bununla yanaşı özündə daha bir xüsusi təhlükə növünü gizlədir – uçub dağılmaqda davam edən konstruksiyalar altında qalma təhlükəsini. Belə hallarda yanğınsöndürmə iştirakçıları ehtiyatlı və sərvaxt olmalı, mövcud təhlükə və risketmə dərəcəsini qiymətləndirməyi və bu təhlükədən vaxtlıvaxtında uzaqlaşmağı bacarmalıdırlar. Bir çox yanğınlarda yaranan “adi” ümumi şəraitlərdə insan cəsədlərinə, yanmış və zərərçəkmiş insanlara rast gəlinməsi adətən nadir hallarda, kütləvi dağıntılarla müşayiət olunan yanğınlarda isə daha tez-tez baş verir. İnsan kədərinin görünüşünə öyrəşmək, insanın, xüsusilə də uşaqların yanğında tələf olması faktı qarşısında sakit qalmaq çox çətindir.
Digər tərəfdən yanğının söndürülməsi zamanı öz yoldaşlarından kiminsə həlak olması barədə məlumatın yayılması çox güclü psixoloji təsi-rə malik olur. Bununla bərabər, belə şəraitlərdə özünü itirməmək, səbrli olmaq, səhvə yol vermədən və inamla döyüş tapşırığının yerinə yetirilməsini davam etdirmək yanğının söndürülməsində iştirak edən hər bir əməkdaşın borcudur. Təhlükədə olan insanların və dəstə halında toplanmış insan kütləsinin hərəkət tərzi döyüş tapşırığının yerinə yetirilməsinə xeyli maneələr törədə bilər. İnsanların düşüncəsiz hərəkətləri, çaxnaşma salmaları (pəncərələrdən tullanma, xilasedicilərə tabe olmama və b.), çığırtıları, qışqırıqları, ağlaşmaları yanğın yerində güclü əsəbi mühit yaradır və qüvvə və vasitələri idarə edən əməkdaşların yüksək gərginliyinə səbəb olur. Əgər nəzərdən keçirdiyimiz amillərin hər biri ayrı-ayrılıqda yanğınsöndürmə iştirakçılarına kifayət qədər güclü psixoloji təsirə malik olursa, onların kompleks təsiri zamanı yaranan psixoloji gərginliyin intensivliyini təsəvvür etmək çətin deyildir. Yanğınsöndürmə texnikasının, yanğın-texniki silahların inamla işləməsi, etibarlılığı və səmərəliliyi şəxsi heyətin fəaliyyətində daima özünü müsbət tərəfdən göstərən psixoloji amildir. Böyük bir kollektivdən ibarət olan yanğından mühafizə bölməsinin daxilindəki kollektivçilik amilləri hər bir yanğınsöndürmə iştirakçısına müəyyən psixoloji təsir göstərir.
Hər bir əməkdaşın fəaliyyətinə təhlükə ilə təkbətək qalan iştirakçı kimi baxılması düzgün deyildir. Əməkdaş həmişə birgə fəaliyyət iştirakçısı kimi, bölmənin kollektivinin üzvü kimi çıxış edir və bu zaman kollektiv üzvləri arasında gözlə görünməyən, lakin real mövcud olan sosial-psixoloji əlaqələr onun psixoloji vəziyyətində və hərəkətlərinin nizamlanmasında mühüm əhəmiyyət kəsb edir. Bu halda xüsusi psixoloji əhəmiyyət aşağıdakılardan ibarət olur: l bir kollektiv kimi bölmənin sosial-psixoloji inkişaf səviyyəsi və bu kollektivdə mövcud olan sosial-psixoloji ab-hava; l yanğında qarşılıqlı hərəkətlərdə olan vəzifəli şəxslərin şəxsiyyətlərarası qarşılıqlı münasibətləri və onların psixoloji cəhətdən bir-birinə uyğunlaşması; l yanğınsöndürmə iştirakçıları arasında bilavasitə əlaqənin (gözlə, səslə) mövcudluğu, cütlük, üç nəfər tərkibində hərəkət etmə.
Sosial-psixoloji əlaqənin möhkəmliyi və onun düzgün inkişaf etdirilməsi həmişə şəxsi heyətin hərəkətlərinin keyfiyyətini artırır. Hətta zəif hazırlığa malik olan yanğınsöndürən təcrübəli və etibarlı yoldaşları yanında hərəkət edərkən qoyulmuş tapşırığı inamla və daha yaxşı yerinə yetirəcəkdir. Lakin biləndə ki, sənin yanında duran adama çətin dəqiqələrdə inanmaq və etibar etmək olmaz daimi daxili gərginlik mənbəyi, inamsızlıq və qətiyyətsizlik yaranır. Təkbaşına hərəkət etmək, digər yoldaşlarla bilavasitə əlaqəli hərəkət etməkdən psixoloji cəhətdən çox çətindir.
Beləliklə, yanğından mühafizə bölmələrinin şəxsi heyətinin psixoloji hazırlıq anlayışını qısaca və dürüst ifadə etmək olar. Psixoloji hazırlıq dedikdə, ekstremal şəraitlərdə işləmək üçün yanğınsöndürmə iştirakçılarında psixoloji dayanıqlığın formalaşdırılmasına istiqamətlənmiş məqsədyönlü və ictimai cəhətdən mütəşəkkil proses başa düşülməlidir. Müvafiq olaraq, onun əsas məqsədi yanğınsöndürmə iştirakçılarını ekstremal şəraitlərdə döyüş hərəkətlərinin yerinə yetirilməsinə psixoloji hazırlığının təmin edilməsindən ibarətdir.
mənbə:www.fhn.gov.az

Baxış sayı: 597
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Psixoterapiya
növbəti yazı
Qorxunun yaş dinamikası

Related Posts

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6107.01- Ümumi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6116.01- Tibbi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 60

19 Aprel 2019

ŞİDDƏTİN PSİXOLOGİYASI

19 Aprel 2019

Ailənin psixoloji iqlimi

19 Aprel 2019

Xoşbəxtlik!

19 Aprel 2019

Çətin uşaqlar

19 Aprel 2019

İMTAHAN SUALLAR

19 Aprel 2019

İmtahan sualları

19 Aprel 2019

İMTAHAN SUALLARI

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net