Psixoterapiya (yun.dan psyhe – ruh və therapeia müalicə mənasını verir) – psixikanın müalicəsi ilə məşğul olan sahədir. Psixoterapevtik metodlar-psixoloji prolemlərin aradan qaldırılmasında insan psixikasına təsir məqsədilə yönəldilmiş xüsusi üsullar və vasitələr məcmusudur. Psixoterpevtik metodların icrasızamanı müraciət edən subyektlə müalicə edən subyekt arasında müvafiq əlaqə baş verdiyindən bu metodlar emprik qrupa aid edilir. Ənənəvi olaraq psixoterapiya dedikdə, xəstə ilə həkimin qarşılıqlı əlaqəsi nəticəsində xəstəliyin müaslicəsinə məqsədyönlüşəkildə yönəldilmiş psixoloji təsirlər nəzərdə tutulurdu. Belə qəbul olunurdu ki, bu metodlar yalnız xəstə olan insanlara tətbiq olunmalıdır. Lakin son vaxtlar lazım gəldikcə psixoloji köməyəehtiyacı olan sağlam insanlara da bu sahənin müəyyən metodları tətbiq edilir. Psixoterapevtik müdaxiləyə aşağıdakı hallarda ehtiyac yaranır: sosial əlaqələrin (məs: dostluq, işgüzar, ailə münasibətləri və s.) pozulması, ünsiyyət çətinlikləri və digər sosial adaptasiya problemləri. Belə ghalları yaşayan insanlarda tez-tez nevroza tutulma müşahidə olunur, özünə və ətrafında hörmət azalır, aqressiya artır və s. neqativliklər özünü göstərir. Elə buna görə də son vaxtlar istənilən psixoloji gərginliklərin yaranmasında (qorxular, daxili konfliktlər, depressiya, həyəcn, ünsiyyət pozuntuları və s.) psixoterapevtik metodlardan (psixoloji yönümlü,tibbi olmayan) istifadə edilir.
Şərti olaraq psixoterpaiyanı iki qrupa ayırmaq olar: tibbi və şəxsiyyət yönümlü. Tibbi psixoterapiyadan psixoloji xəstəliklərin əlamətlərinin yüngülləşməsində və ya aradan qaldırılmasında istifadə edilir. Şəxsiyyət yönümlü psixoterapiya şəxsiyyətin fərdi – psixoloji xüsusiyyətlərinin formalaşmasına və inkişafına yardım edir.
Tibbi praktikada da psixoterapiyanı iki hissəyə ayırırlar: fərdi və ümumi. Ümumi psixoterapiya dedikdə, hər hansı xəstəliyi olan xəstənin xəstəliklə mübarizə aparması üçün mənəvi cəhətədən gücünü artırmağa, səfərbər etməyə yönəldilmiş üsullar sistemi nəzərdə tutulur. Bu halda psixoterapiya digər müalicə sahələri (cərrahi, fizoterapiya və s.)üçün əlverişli psixoloji iqlimin yaradılmasında köməkçi sahə rolunu oynayır. Fərdi psixoterapiya isə hər hansı xəstənin fərdi şəkildə müalicəsinə doğru yönəldilmiş psixoloji təsir səpkili üsullar sistemini özündə əks etdirir.
Psixoterapevtik təsirlər üç formada həyata keçirilə bilər:
• Fərdi psixoterapiya – mütəxəssis tərfindən hər hansı fiziki və ya psixoloji rahatlığın bərpası məqsədilə müraicət edənə fərdi şəkildə (yəni, hər hansı digər insanın iştirakı olmadan) tətbiq edilən üsullar sistemidir (təlqin, hipnoz, söhbət, treninq, oyun və s. ola bilər.)
• Qrup psixoterapiyası – mütəxəssis tərəfindən hər hnsı fizikivə ya psixoloji rahatlığın bərpası məqsədilə insan qrupuna tətbiq edilən üsullar sistemidir.
• Kollektiv psixoterapiya – mütəxəssisin təsirinin və qrup üzvlərinin bir –birilə təsirinin qarşılıqlı olmasına əsaslanır (məs: hər hansı ailə, əmək, idman terapiyası, reabilitasiya mərkəzlərində və ya klublarda həyta keçirilən terapiya və s.)
Psixoterapiyanın metodları müxtəlifdir, lakin bir neçəsi daha çox istifadə edilir: hipnoterapiya, autogen məşq, rasional psixoterapiya, oyun psixoterapiyası, psixoestoterapiya, narkopsixoterapiya, sosial psixoterapiya.
Mənbə: L.Qurbanova, Eksperimental psixologiyaya dair mühazirə mətnləri, Bakı, 2010
Psixoterapiya
əvvəlki yazı