Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Təhsil - tələbə

Ünsiyyət probleminin tədqiqində böyük rolu olan nəzəri istiqamətlər

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

Əsasında sosial – psixoloji tədqiqatlar aparılan bütün məşhur nəzəri yanaşmalar – biheviorizm, koqnitivizm, psixoanaliz, rollu nəzəriyyə, humanistik psixologiya- şəxsiyyətlərarası ünsiyyətin öyrənilməsində də öz tövhələrini vermişlər.
Məlum olduğu kimi, sadalanan yanaşmalardan hər biri sosial davranışı müəyyən edən açar determinantları fərlqəndirirlər. Biheviorizm üçün bu xarici stimul, koqnitivizm üçün daxili psixoloji motivasiya, psixoloanaliz üçün dərk olunmayan, şüursuzlıq qatında sıxışdırılmış meyillər, rollu paradiqma üçün isə rollu göstərişlərin strukturudur. İndi isə şəxsiyyətlərarası ünsiyyətin öyrənilməsində hər bir nəzəri yanaşmanı ayrı –ayrılıqda nəzərdən keçirdək.
Biheviorizm.
Sosial – psixoloji nəzəriyyələr içərisində şəxsiyyətlərarası ünsiyyətin öyrənilməsinə təsir edən bihevioristik paradiqma kimi aşağıdakıları hesab etmək olar: sosial öyrənmə və sosial mübadilə nəzəriyyəsi. Açar mahiyyəti isə insanın şəxsiyyətlərarası ünsiyyət təcrübəsi onun həyat fəaliyyətində qazanılmış və hər hansı möhkəmləndirmə, müşahidənin köməyi ilə saxlanılır və ya dəyişdirilir fikridir.
“Öyrənmə” sözünün özü eyni situasiyanın təkrarlanması zamanı fərdin davranışının sistematik modifikasiyasıdır. Aşağıdakı öyrənmə növlərini fərqləndirilir:
– Reaktiv və ya respondent. Assosiativ əlaqələr zamanı şərti refleksin işlənilməsi: itlərin işığa və ya səsə olan reflektor fərqlənmənin təkmilləşdirilməsi.
– Instrumental və ya operant. Dəstək və ya kömək vasitəsilə davranışın möhkəmləndirməsidir. İnsanlar nəsə xoş bir şeylə qarşılaşmaq və ya xoşagəlməzlikdən qaçmaq üçün müəyyən olunmuş davranışa əsasən hərəkət edirlər.
– Müşahidə əsasında öyrənmə. İnsanlar çox vaxt digər modelləri müşahidə edərək hər hansı hərəkəti və ya baxışları qazanırlar. Bununla bərabər imitasiya(təqlid etmə), identifikasiya (eyniləşdirmə) və rollu öyrənməni fərqləndirirlər. İmitasiya xarici kömək olmadan da həyata keçirilə bilər. Identifikasiya zamanı bir model digərindən üstün tutulur. İdentifikasiya və imitasiya obyekti kimi valideynlər, bacı və qardaş, digər qohumlar, qonşular, müəllimlər, bədii əsər qəhrəmanları və digərləri çıxış edə bilərlər. Rollu öyrənmə isə müəyyən davranış təcrübəsini qazanmaq məqsədilə yaradılmış xüsusi situasiyalar nəzərdə tutulur. Əksər nitq və kommunikativ kursların əksəriyyəti bu üsuldan istifadə edirlər.
Şəxsiyyətlərarası qarşılıqlı təsirin öyrənilməsində sosial mübadilə nəzəriyyəsi kimi insanlar arasında qarşılıqlı əlaqənin təhlini təyin olunmuş səviyyədə mübadilə resursunu başa düşmək olar. Sözü gedən nəzəriyyənin əsas müddəaları aşağıdakılardır:
1) Insan davranışı hər şeydən əvvəl əzab çəkməkdən qaçmaq və həzz almağa can atmaqla motivləşmişdir.
2) Digər insanların fəaliyyətin həzz və iztirabın əsas mənbəyidir.
3) Digər insanların fəaliyyətini onlardan alınan həzzin artırılması üçün də istifadə etmək olar.
4) Insanlar az sərfiyyat zamanı daha çox həzz almağa meyillidirlər.
Mübadilə resursların olmasını tələb edir. Bu resurslar isə şəxsiyətlərarası qarşılıqlı təsir zamanı ötürülə bilər. Resurs kimi sevgi, status, xidmət, məhsul, informasiya və pul çıxış edə bilər. Aydındır ki, müxtəlif növ resurslar müxtəlif mübadiləni şərtləndirəcəkdir. Insanlar bir resursu digərindən üstün tutur. Arzu olunan resursun seçilməsi isə mükafatlandırma kimi qəbul olunur. Mükafatlandırma müsbət möhkəmləndirmə kimi çıxış edərək davranışın mümkünlüyünü artırır. Bu isə həmin möhkəmləndirmə ilə assosiasiya olunur. Əlbəttə ki, bütün mükafatlandırmalara eyni dəyərə malik deyildir. Insan nə qədər çox əldə olunmuş resur varsa, bir o qədər də onun dəyəri itmiş olur.
Arzuolunan resursun itirilməsi və ya əldə oluna bilməməsi sərfiyyat (xərc) kimi qəbul olunur. 3 tip sərfiyyatı (xərc) fərqləndirirlər:
1) əmanət qoyma sərfiyyatı – resursun əldə olunması üçün insan tərəfindən sərf olunan vaxt və güc
2) birbaşa sərfiyyat – mübadilə şərti ilə ötürülən sərfiyyat; belə sərfiyyatın növü sıxıntı, ətrafdakıların razı olmaması, başa düşməmə, itirilmiş vaxt aid ola bilər.
3) təsadüfi (əvvəlcədən xəbərdar edici) sərfiyyat – gələcək mükafatlandırma imkanlarının gözlənilməsinə yatırılmış resurslar.
İnsanların bəziləri üçün digər insanların maraqlarını nəzərə almadan az sərfiyyat nəticəsində yüksək nəticələr əldə etməyə can atırlar. Digərləri üçün isə hər iki tərəfin maraqları nəzərə alınaraq ədalətli mübadiləyə üstünlük verirlər.
Koqnitivizm
Koqnitiv cərəyan çərçivəsində də şəxsiyyətlərarası ünsiyyətin müxtəlif prosesləri izah olunur.
Bu yanaşmanın əsas ideyası – insanın davranışının sosial mühiti necə qavramasından asılı olması fikridir. Xaotik və ya ziddəyyətli situasiyaların kifayət qədər çox olmasına baxmayaraq, insanlar onları müəyyən nizama salırlar. Sosial aləmin qavranılması və interpretasiyasını təşkil edən koqnitiv sxemlər insanın davranışına təsir edir. Beləliklə, koqnitivistlərin diqqət mərkəzində obrazların formalaşması, qavranılması, interpretasiyası, yadda saxlanılması və onların insan davranışına göstərdiyi təsirlər durur. Bununla bərabər, davranış istiqamətlənmiş aktivlik kimi başa düşülür.
Şəxsiyyətlərarası ünsiyyətin dərk olunan xüsusiyyətləri ilə bağlı böyük tövhəni struktur balans nəzəriyyəsi, kommunikativ aktlar nəzəriyyəsi, konqruent-nos nəzəriyyəsi, kauzal atribusiya nəzəriyyəsi vermişdir.
Ilk üç nəzəriyyədə (F.Xayder, T.Nyukom, Ç.Osqud, P.Tannenbaum və s.) işlənilmiş əsas fikirlər ən ümumi şəkildə aşağıdakı kimidir: subyekt tərəfindən qavranılan koqnitiv strukturlar balanslaşdırılmış olur. Əgər onu gündəlik qaydaya tabe edə bilərik:“biz dostlarımızın bəyəndiklərini bəyənirik”, “biz düşmənlərimizin bəyəndiklərini bəyənmirik”. F.Xayderin fikrinə görə bu ifadələrdə insanın balanslaşdırılmış koqnitiv strukturlara can atması haqqında sadəlövh psixologiyanın təsəvvürləri ifadə olunmuşdur.
Koqnitivizmdə insanların sosial davranışlarının öyrənilməsi mühüm tövhəsi kauzal atribusiya olmuşdur. Bunun vasitəsilə insanlar digərlərinin davranışlarının səbəbini, bu səbəb haqqında kifayət qədər informasiya olmadıqda şərh edirdilər (E.Cons, K.Devis, C.Kelli, R.Nisbet, L.Ross və s.). Atribusiya prosesi insanların müxtəlif sosial hadisələri təhlil etməsində rol oynamasına baxmayaraq, şəxsiyyətlərarası ünsiyyət nəzəriyyəsində partnyorun qarşılıqlı təsirə görə davranışda atribusiyaya xüsusi əhəmiyyət verilir.
Şəxsiyyətlərarası ünsiyyət nəzəriyyəsinin inkişafına ciddi təsir edən “ikinci koqnitiv inqilab”olmuşdur. O, diskursiv psixologiyanın (R.Xarre) və sosial konstruktivizm nəzəriyyəsinin (K.Qerqen) təşəkkül etməsi ilə bağlı olmuşdur. Sözü gedən istiqamətin formalaşmasına L.S.Vıqostkinin fikirləri, qismən də onun sosializasiyanın psixoloji nəzəriyyəsi (dilə təfəkkür və fəaliyyətin əsas mədəni vasitəsi kimi baxılır. ) təsir etmişdir.
Əsas tədqiqat sahəsi normal və təbii şəraitdə mövcud olan dil, diskurs, yazılı və ya şifahi kommunikasiya hesab edilirdi.
Sosial konstruktivizm və diskursiv psixologiyanın əsas müddəları rollu paradiqmanın fikirləri ilə sıx bağlıdır.
Rollu paradiqma.
Rollu paradiqmanın kökləri sosialogiyadan götürülmüşdür. Əgər biheviorizm, koqnitizm üçün təhlilin əsas şərti fərdin psixi xüsusiyyətləri və bacarıqlarıdırsa, rollu paradiqma insanlar arasında münasibətə, qaydaların müəyyən olunması, rollar və onların sosial davranışla əlaqəsinə xüsusi diqqət yetirir. Sosial mühitdə insanın davranışının tədqiqi ünsiyyətin fikri, işarəvi aspektləri predmet kimi qəbul edilirdi. Rol – davranışın açar determinantıdır.
Simvolik intereksionizm nəzəriyyəsi (C.Mid) ilə razılaşaraq cəmiyyəti obyektiv struktur kimi deyil, müxtəlif situasiyalardan rast gəlinən fəaliyyətdə olan fərdlər arasında daimi qarşılıqlı təsir kimi qavramaq lazımdır. Beləki, insanlar bir –birilərinə müraciət edərək sosial situasiyanı necə interpretasiya etməsindən asılı olaraq bir- birilərinə reaksiya verirlər. Sosial interaksiya çərçivəsi və strukturunda əsas faktor – situasiyanın müəyyən olunmasıdır.
Əgər C.Mid insanın rollu oyun bacarığına onun təxəyyülü kimi baxırdısa, dramaturq yanaşmanın nümayəndəsi E.Qorman təsəvvür edilmiş rollu oyun kimi baxmamağa təklif edir. Ancaq insanların real davranışı aktyor oyunu kimidir. Onun təhlilinin əsas prinsipi aşağıdakı kimidir: insanın davranışı, onun şəxsiyyəti sosial oyun situasiyası ilə müəyyən olunur. Bu prinsip insanın şəxsi keyfiyyətlərinin digər insanlarla ünsiyyətdə yaranması fikri ilə razılaşaraq şəxsiyyət psixologiyasının əksinə yönəlmişdir.
Psixoanaliz.
Psixoanalitik cərəyanın nümayəndələrinin fikrincə insanlarının davranışının əsas determinantı dərk olunmayan, şüuraltına sıxışdırılmış meyillərdir. Şəxsiyyətlərarası ünsiyyət nəzəriyyyəsinin inkişafında psixoanalizin tövhəsini – ailədə münasibətlərinin tədqiqi terapevt və klient arasında şəxsi münasibətlərin açar faktoru kimi fikrini (perenos problemi) hesab etmək olar. Hər bir insan özünün ilk münasibətlərini şəxsi şəxsiyyətlərarası həyatın mövzusu kimi, sonrakı münasibətlərini isə – münasibətlərin inkişafı və təkrarlanması formasında təqdim edir.
Q.S.Sallivenin xülasəsində bu ideya aşağıdakı formada ifadə olunur: insanlar öz ətraflarından ayrılmadan, şəxsiyyət şəxsiyyətlərarası ünsiyyət çərçivəsində formalaşır. Şəxsiyyət və xarakter insanın daxilində yerləşmir, o, digəri insanlarla münasibətdə formalaşır. Şəxsiyyət –bu, həyati şəxsiyyətlərarası situasiyanın təkrarlanması nəticəsində möhkəm stereotiplər əsasında yaranır.
Psixoanalitiklərlə razılaşaraq erkən uşaqlıqdan etibarən biz şablonları, izləri, davranışlar adı altında bizim bütün keçmiş münasibətlərimiz dayınır ki, bu gələcək münasibətlərimizə əhəmiyyətli dərəcədə təsir etmiş olur.
Psixoanalik nəzəriyyələr içərisində E.Bernin transakt analiz nəzəriyyəsinin şəxsiyyətlərarası münasibətlərin inkişafında özünəməxsus rolu vardır.
Humanistik psixologiya.
Humanistik psixologiyanın əsas ideyası – insan anadangəlmə özünütəkmilləşdirməyə qadirdir. Insanın öz mahiyyəti daim onu şəxsi inkişafına , yaradıcılığa doğru istiqamətləndirir.
Şəxsiyyətlərarası ünsiyyət nəzəriyyəsinin inkişafında xüsusi rolu olan K.Rocers diaoloji ünsiyyətin 3 əsas şərtini fərqləndirir:
1) hər bir qarşıqlı təsir zamanı partnyorlar arasında yaranan hiss və duyğuların ifadə olunmasında təbiilik və spontanlıq
2) digər insanlara və insanın özünə şərtsiz müsbət münasibəti, digərinə qayğı göstərmə və onun ünsiyyətdə bərarbərhüquqlu partnyor kimi qəbul edilməsi.
3) Empatik anlama. Ünsiyyət zamanı digər insanın fikir, hiss və əhval – ruhiyyənin adekvat və məharətlər halına yanma.
Tərcümə edən: Diyanə Hüseynova
Mənbə: Куницына В.Н., Казаринова Н.В., Погольша В.М. Межличностное общение

Baxış sayı: 1. 078
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Məktəb fobiyası
növbəti yazı
Əkiz uşaqlarla bağlı tədqiqat

Related Posts

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6107.01- Ümumi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6116.01- Tibbi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 60

19 Aprel 2019

ŞİDDƏTİN PSİXOLOGİYASI

19 Aprel 2019

Ailənin psixoloji iqlimi

19 Aprel 2019

Xoşbəxtlik!

19 Aprel 2019

Çətin uşaqlar

19 Aprel 2019

İMTAHAN SUALLAR

19 Aprel 2019

İmtahan sualları

19 Aprel 2019

İMTAHAN SUALLARI

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net