U.Ceyms-Q.Langenin “Periferik”nəzəriyyəsi.
Amerikan psixoloqu U.Ceyms(1884) emosiayaların yuxarıda qeyd etdiyimiz müəyyən fizioloji reaksiyalarla əlaqəsinə əsaslanaraq emosiyaların “periferik” nəzəriyyəsini irəli sürür.O yazırdı:
“Adətən aşağıdakı kimi izah olunur:biz özümüzü(vəziyyətimizi) itiririk,kədərliyik və ağlayırıq; biz ayı ilə qarşılaşırıq,qorxmuşuq və qaçırıq;biz rəqib tərəfdən təhqir olunmuşuq,qəzəblənirik və ona sillə vururuq.Mənim mudafiə olunan hipotezimlə razilaşaraq hadisələr ardıcıllığı qorunmalıdı:birinci ruhi vəziyyət dərhal ikincilə əvəzlənməməlidi.Onlar arasında bədən (cismani,maddi) ifadələri yerləşdirilməlidi.Və bu daha səmərəli olaraq belə ifadə olunur:biz kədərliyik,çünki ağlayırıq;qəzəblənirik çünki bir-birimizi döyürük;qorxuruq çünki titriyirik… Əgər bədən(cismani,maddi) təzahürləri dərhal qavramaya əməl etməsəydi onda sondakılar təmiz idrak aktları formasında,solğun(ifadəsiz,zəif),koloritdən və emosional hərarətdən məhrum etmə kimi olardı.Biz bu vəziyyətdə ayını görə və qərar verə bilərik ki,qacış yaxşı çıxış yoludu;təhqirə məruz qala bilərik və haqlı olaraq sillədən imtina edə bilərik,ancaq biz bu qorxu və ya hiddətlə duyğulana bilmərik”(1991,s275)
U.Ceymsdən asılı olmayaraq daniyalı patoloqoanatom K.Q.Lange 1895-ci ildə işini dərc etdirir,hansı ki,oxşar fikirlər söyləmişdi.Əgər birinci orqanik dəyişiklik zamanı visserala(daxili orqanlara) gətirib çıxarsa,onda ikinci üçün başlıca olaraq vazomotor olur.Sevinc,onun nöqteyi nəzərindən,bu iki təzahür üçün yekun verib:motor innervasiyaların güclənməsi və qan damarlarının genişlənməsi.Burdan bu emosiyaların ekspressiv təzahürü əmələ gəlir:təcili,güclü hərəkət,yüksək nitq,gülüş.Kədər,əksinə,hərəki innervasiyanin zəifləməsi və qan damarlarının daralması nəticəsində yaranır.Buradan həvəssiz,yavaş hərəkətlər,səsin zəifliyi və ahəngsizliyi , gücsüzlük(taqətsizlik) və səssizlik yaranır.Öz nəzəriyyəsini Lange aşağıdakı sxeme uyğun istiqamətləndirirdi:
Hərəki innervasiyanın zəifliyi …………………………………………………………………….məyus olma
Hərəki innervasiyanın zəifliyi+damar daralması…………………………………………………. kədər
Hərəki innervasiyanın zəifliyi+damar daralması+orqanik əzələ tutulması………………qorxu
Hərəki innervasiyanın zəifliyi+kordinasiya pozuntusu…………………………………………utanma
Hərəki innervasiyanın güclənməsi+orqanik əzələ tutulması…………………………….hövsələsizlik
Hərəki innervasiyanın güclənməsi+orqanik əzələ tutulması+qan damarlarının genislənməsi… ……………………………………………………………………………………………………..sevinc
Hərəki innervasiyanın güclənməsi+orqanik əzələ tutulması+qan damarlarının genişlənməsi+koordinasiya pozuntusu……………………………………………………………….qəzəb
Ceyms-Lange nəzəriyyəsi mövqeyindən emosiayaların yaranma aktı aşağıdakı kimidir:
Qıcıqlandırıcı — fizioloji deyişikliyin yaranması — beyində bu dəyişmələr haqqında siqnallar — emosiyalar (emosional təəssürat). (1)
Bu paradoksal iddianın mahiyyəti ondan ibarətdi ki,mimika və pantomimikanın ixtiyari dəyişikliyi buna uyğun qeyri-ixtiyari emosiyaların yaranmasına gətirib çıxarır.Qəzəbi təsəvvür edin-təsəvvür etdiyiniz vaxt bu hissi yaşayacaqsınız;gülməyə başlayın –sizə bu vəziyyət gülməli gələcək;səhərlər boşalmış əllər,beli əyillmiş və qəmgin üz ifadəsilə gəzməyə cəhd edin-həqiqətən əhval-ruhiyyəniz korlanacaq.Digər tərəfdən emosiyaların daxili yaranması zamanı onu boğmağa çalışın və o yox olacaq.
U.Ceyms özünün hipotezlerinə həmişə şübhəsiz sübütlar gətirə bilməmişdi.Məsələn:o, ona tanış olan,dərin nəfəs alma zamanı yaranmış çətinliklə əlaqəli ürəkkeçmə zamanı yaşamış qorxudan danışırdı, və hesab edir ki,bu onun sübutudur ki, burda emosiya var sadəcə olaraq bədən vəziyyətinin duyğulanması və onun səbəbi tamamilə fizioloji prosesdi.Belə ki,qeyd olunmuş vəziyyətdə qorxunun əmələ gəlməsi başqa cür də izah oluna bilər:nəfəs alma zamanı yaranmış qorxudan yaranan çətinlik zamanı insan ağırlaşacaq məhz bu vəziyyət onda qorxu yaradacaq.
Mənim fikrimə etiraz edə bilərsiz:əgər mən desəm ki,insan agırlaşdı və bu o deməkdi ki,o artıq qorxub,qorxu hissi kecirib.Ancaq agırlaşma hər şeydən əvvəl proqnoz vermənin əlamətidi, insanın gələcək vəziyyətinin qiymətidi.Məhz bununla əlaqəli subyektin həyatı haqqında xoşagəlməz proqnoz vermə fizioloji yox,psixi prosesdi və onda emosiya yaranır(təkcə qorxu deyil,təşviş də ola bilər),təkcə təhlükə təşvişini yaradan yox eləcə də fizioloji reaksiyalara da cavab verəndi.Bu minvalla proqnoz kimi əndişə(qorxu),emosiya kimi qorxu arasında eyniyyət yoxdu.
Ceyms-Lange nəzəriyyəsinin əsasını Q.Myunsterberq emosiyaların yaranma mexanizmləri kimi dərk edir.Müəllimlərin uşaqların tərbiyəsində,xüsusilə onların emosional sferalarının nəzarətində rolunu nəzərə alaraq o,qəti olaraq müəllimlərin uşaqların emosianal həyatlarında passiv nəzarətçi mövqeyində olmalarının əleyhinə çixirdi.
Myunsberqin fikrincə hissetmə(duyguların emosional çalarları)-şəxsiyyətin təzahüründən yaranan reaksiyasıdı,hansı ki,hərəkətin vasitəçiliyi ilə ya uzanır ya da dayandırılır.Ancaq bu düzgün pastulatı tamamilə məntiqsiz nəticə izləyir: “Bu üsulla əzələ duyğuları qrupu,hansı ki, ümumi genişlənmədə müşaət olunur,bizim şüurumuzda məmnunluq(həzz,ləzzət) yaradır,ancaq ixtisardan alınmış duyğular isə məmnuniyyətsizlik(narazılıq) yaradır”.Burdanda sualın sadə cavabı yaranır: istəyirsinizsə,obyekt xoş (gözəl,yaxşı) olsun,onda ona yaxınlaşın;yox əgər istəyirsinizsə pis(xoşa gəlməyən) olsun-ondan uzaqlaşmağa calışın;necə ki, “nə qədər ki,stimul xoş qəbul olunur,biz görürük ki,ona yaxınlaşırıq”. “ Nə vaxt ki,duyğuları,hansı ki,bu fəaliyyətdən (yaxınlaşma və uzaqlaşma) yaranır,bizə tərəf hərəkət edən stimulu tutaraq istifadə edirik,onda onlar bizdə təkcə “məmnunluq” və “məmnunsuzluq” təzahürləri yaradır”.
Ümumilikdə qeyd etmək lazımdı ki,Myunsberqin emosiya haqqında baxışlarını sona qədər başa düşmək çətindi.
Biheviorizmin əsas nümayəndəsi C.Uotson Ceyms-Lange nəzəriyyəsini tənqid edərək qeyd edirdi ki, ən yaxşı üsulla ona müvafiq olaraq emosiyaların öyrənilməsi onların yaranması zamanı inkişafdan qalardı və intospeksiya başlayardı.Belə ki,öz tənqidində,emosiyaların elmi cəhətdən emosiyaların öyrənilməsinin mümkünsüz sayaraq hesab edir ki,o cox dərinliklərə gedib.
Razılaşmaq olar ki,Ceyms-Lange nəzəriyyəsində çox zəifliklər var və o emosianal reaksiyanı hər vəziyyətdə izah edə bilmir.Onun mövcud çatışmamazlığı,mənim baxışıma görə emosiayaların qeyri-təbii yaranması təşkil edir.Əslində isə,mənim nəyimə lazımdı aglayım ki,sonra pis əhval ruhiyyəm olsun?və ya mənim nəyimə lazımdı səbəbsiz gülmək?sonradan şən olmaq ücün?Sözün qısası mən nəyə görə həmişə özümü artistliyə vurub rol oynamalıyam?Bioloji məqsədəuygun emosiayaların yaranması baş vermiş gərginliyə aravermə, orqanizmin enerji resuslarının səfərbərliyi və s. ilə yaranır. Bax bu Ceyms-Lange nəzəriyyəsinin məqsədəuyğunluğudu və izah olunmur.Bundan əlavə o ona sadəcə olaraq əhəmiyyət qoymur.
“Klassik”nəzəriyyə(qavrayış –emosiya – emosiyanın təssüratı(yaşanması) –orqanik reaksiyalar) ilə “periferik”nəzəriyyəni E.Klapared birləşdirməyə (barışdıramağa) cəhd etmişdi. Bunun üçün o, təhlükəli situasiyanın qavranılması ilə qorxu emosiyaları arasında“təhlükəni hiss eləmə”ni qeyd edir.Nəticədə aşağıdakı sxem alınır:
Qavrayış –qaçışa isitqamətlənmə – təhlükəni hiss etmə – orqanik reaksiya – emosiya (qorxu).
Öz sxemini o bu sübutla təsdiqləyir:həyat təcrübəsi ona şahidlik edir ki,qorxu emosiyası təhlükəni hiss edəndə insan qaça və ya özünü müdafiə edə bilmədikdən sonra yaranır.Bura əlavə etmək lazımdı ki,qorxu emosiyası həmçinin təhlükəli situasiyada insan fəaliyyəti və vəziyyəti müvəffəqiyyətlə, nəticələnəndə də yaranır,cünki insan bundan sonra fikirləşir ki,bu belə nəticələnməyə də bilərdi.
E.Klapared hesab edir ki,emosiya gözlənilmədən yarandıqda ,məsələn,qəflətən qorxanda (diksinəndə),yüksək səs eşitdikdə,Ceyms-Lange nəzəriyyəsi özünün adi formasında bütün əhəmiyyətini saxlayır.Onun fikrincə,qabaqcadan söylənilmiş yanlış və heçnə ilə sübuta yetirilməmiş fikrə görə unifikasiya edilmiş emosiyaların interpretasiyası “klassik” və “periferik” nəzəriyyə ilə uzlaşmır.Emosiyaya proses kimi münasibət göstərmədən(baxmadan) imtina edərək bəzi yeganə qaydada çəkib gətirir,onda o vaxt bir qrup emosiyanı klassik nəzəriyyə mövqeyindən,digər qrupu isə “periferik”nəzəriyyə mövqeyindən izah edir.
Həqiqətən də olduqca qəribədir ki,tənqidçilər emosiyanın “periferik” nəzəriyyəsini nədənsə qeyd etmirlər,onlar realistik olaraq duyğuların emosional çalarlarının yaranmasını izah edir.Məgər ciddi olaraq güman etmək olmazmı ki,xoş və ya xoşagəlməz təəssüratlar bu və ya digər qıcıqlandırıcılara cavab reaksiyası yaranmamışdan,eləcə də nəfəs almada yaranmış çətinlikdən,əzələ gərginliyindən bir sözlə fizioloji reaksiya yaranmazdan əvvəl yaranır. Məsələn: uzadılmış gözləmədə diskamfort hissi.
Tərcümə edən: Diyanə Hüseynova
Mənbə:Е.П.Ильин,Эмоции и чувство,Санкт –Петербург,2001