Ç.Darvinin təkamül nəzriyyəsi.
1872-ci ildə nəşr olunmuş “İnsan və heyvan emosiyalarının ifadəsi”kitabında Ç.Darvin emosiyaların inkişafının təkamül yolunu qeyd edir və onların fizioloji təzahürünün əmələ gəlməsini əsaslandırır.Onun təsəvvürünün mahiyyəti ondan ibarətdir ki,emosiyalar ya faydalıdı,ya da özündə müxtəlif məqsədəuyğun reaksiyaların rudimentini(bədəndə inkişaf etməmiş ibtidai orqan,yox olmuş hadisənin qalığı) əks etdirir,hansi ki,mövcudluq uğrunda təkamül prosesində təkmilləşmişdi.Hirslənmiş insan qızarır,cətin nəfəs alır və yumruğunu sıxır
çünki,özünün ibtidai tarixində hər hansı qəzəb(hirs) insanı davaya sürükləyirdi,ancaq o enerjili əzələnin işini təmin edən əzələ yığılmasını çətinləşmiş nəfəs alma və qan dövranını tələb edirdi. Qorxu zamanı əllərin tərləməsini o,insanın meymunabənzər ulubabalarında bu reaksiyanın təhlükə zamanı agac budagını tutmanı asanlaşdırması ilə izah edirdi.
Darvin sübut edir ki,emosiyanın əmələ gəlməsi və inkişafında insan və heyvanlar arasında böyük ziddiyyətlər yoxdu.O cümlədən,o,göstərirdi ki,antropoid və anadangəlmə kor dogulmuş uşaqlarda emosiyaların xarici təzahürlərində ümumi oxşarlıqlar çoxdu
Darvinin nəzəriyyəsində irəli sürülmüş fikirlər digər emosiya nərəriyyələrinin,xüsusilə U.Ceyms –Q.Langenin “periferik” nəzəriyyəsinin yaranmasına zərurət yaradırdı.
Emosiya nəzəriyyələri: Ç.Darvinin təkamül nəzəriyyəsi
əvvəlki yazı