Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Təhsil - tələbə

Şəxsiyyətlərarası Attraksiya

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

Şəxsiyyətlərarası Attraksiya
Şəxsiyyətlərarası attraksiya çox mürəkkəb fenomen olub, müxtəlif amillərin təsiri ilə şərtlənir. Burada ilk növbədə qarşıya belə bir sual çıxır ki, niyə digərlərindən fərqli olaraq bəzi adamlar bizə daha cəlbedici görünür? Hansı amillərin təsiri ilə bağlılıq hissləri yaranır və möhkəmlənir? İlk təəsüratdan kiməsə yaxınlıq, doğmalıq hiss hansı şəraitdə və necə yaranır? Obyektin özündə elə xüsusiyyətlər varmı ki, digər parametrlərdən (məkan, zaman, şərait və s.) asılı olmadan onu başqaları üçün cəlbedici, cazibədar etsin?
Hazırda şəxsiyyətlərarası cəzbetmənin araşdırılmasında iki istiqamət mövcuddur: həmin istiqamətlərdən biri, simpatiyanın (hüsn-rəğbətin) yaranmasında insanlar arasında oxşarlıq və yönəlişlərin yaxınlığının ilkin əhəmiyyətini kəsb edir; digəri isə hesab edir ki,şəxsiyyətlərarası qavrayışın müəyyən edilməsində insanların birinin digərini qarşılıqlı tamamlaması həll edicidir.
Birinci istiqamətdə daha çox şəxsiyyətlərarası attraksiyanı doğuran intim həvəsin törəməsi üçün zəmin yaradan amillərə baxılırsa, ikinci əlamət elə amillərin aşkara çıxarılmasına doğru yönəlmişdir ki, bu da münasibətlərə dəstək olur, onları dərinləşdirir.
Birinci qrup amillərə çox vaxt yaxınlığı, fiziki cəlbediciliyi, subyekt ve obyektin oxşar xüsusiyyətlərə malik olmasını aid edirlər. Lakin eyni məntiqlə qeyd edilən amillərin həm də nifrət, düşmənçilik və s. kimi hisslərin də əmələ gəlməsində mühüm rol oynadığını əsaslandırmaq olar.
Yaxınlıq coğrafi qonşuluğu, daha dəqiq desək, “funksional məsafəni” bildirməklə bağlılık hisslərinin məydana gəlməsini nəzərdə tutur. Hələ vaxtı ilə E.U.Harburq yazırdı: “Mən kimi sevirəmsə o yanımda olmayanda, o adamı sevirəm ki, o, mənim yanımdadır.
Yaxınlıq niyə bağlılıq hissi yaradır sualına cavab olaraq çox vaxt qeyd edilir ki, o insanlara biri digərində oxlaq əlamətləri aşkar etməyə və qarşılıqlı diqqət göstərməyə imkan yaradır.
Tədqiqatlar göstərir ki, pozitiv gözləmə – o nəticəyə öncədən gəlmək (antisipasiya) olur ki, görüşünə getdiyiniz qız və ya oğlan mütləq xoşa gələn insan olacaq və siz çox yaxşı şəkildə bir araya gələ biləcəksiniz – sizin aranızda xoş münasibətlərin yaranması şansını artırır. Adaptiv fenomen adlandırılan bu hadisə gündəlik həyatınızda çox böyük əhəmiyyət kəsb edir. Belə ki, gündəlik həyatımızda çox böyük müxtəlif adamlarla, hətta onların böyük qisminin bizə xoş gəlib gəlməməsindən asılı olmayaraq (valideynlər, qonşular, sinif yoldaşları və s.) daima qarşılıqlı təsirdə olmağa məcburuq. Heç şüphəsiz ki, belə qarşılıqlı təsir zamanı yaranan simpatiya münasibətləri həyatın daha normal, fəaliyyətin daha məhsuldar olması üçün mühüm amillərdən biridir.
“Adi görüş sahəsində” olma efekti bizim digərlərini necə qiymətləndirməyimizə kömək edir. Yəni biz tanış olan adamları daha çox istəyirik. Bu effektin təsirinin öyrənilməsi ilə əlaqədar bir qrup tədqiqatçı (T.Mita, M.Dermer və D.Nayt) maraqlı eksperiment qoymuşlar. Onlar universitet tələbələrinin fotolarını və onların güzgü əksini çıxarmışlar. Fotolardan hansının xoşlarına gəldiyi soruşulduqda, tələbələrin əksəriyyəti güzgü əksi olan fotoları bəyənmişlər. Bu fakt ona dəlalət edir ki, hətta biz özümüzü də necə görməyə adət etmişikse o vəziyyətdə daha çox sevirik.
Ancaq ağıllı, təcrübəli adamlar zahiri gözəllik kimi ikinci dərəcəli kəyfiyyətlərə o qədər də əhəmiyyət vermirlər. Bununla əlaqədar Siseronun məsləhəti də ibrətamizdir: “Müdrik adamın yüksək fədakarlığı və başlıca vəzifəsi – zahiri görkəmin əsiri olmamaqdır.” Ezop ise bu fikri başqa formada izah edir: “Biz xarici simaya baxmalı deyil,ağıl axtarmalıyıq.” Bununla belə emprik yolla sübut olunmuşdur ki, əslində zahiri sima böyük əhəmiyyət kəsb edir.
Fiziki cəlbediciliklə bağlı olan eksperimentlərdə əldə edilən nəticələr daha çox gözəllik parametrinin ön plana çəkilməsinə gətirib çıxarmışdır. Tədqiqatlar göstərir ki, xarici görkəm dörd yaşından başlayaraq oğlan və qızların həmyaşıdlar arasında daha yüksək populyarlığa malik olmasını təmin edir (K.Dion, 1973,1979). Digər tədqiqatlarda isə müəyyən edilmişdir ki, rəqsdə şəxsin öz tərəfdaşından məmnun qalması intellektdən, sosial-demoqrafik mənsubiyyətdən və digər xüsusiyyətlərindən asılı olmadan yalnız fiziki göstəricilərdən asılı olur (E.Uoltser, 1978).
Şəxsiyyətlərarası attraksiyada fiziki cəlbediciliyin dominant mövqəyinin izahi ilə bağlı hipotezlərdən biri də ayrı-ayrı zahiri xarakteristikaları və ya fiziki cəlbədicilik səviyyələrini bütövlükdə müəyyən xarakter əlamətləri ilə əlaqələndirilən stereotiplərin olması istiqamətində irəli sürülən hipotezdir. Bu hipotezin doğruluğunu Missuri ştatında M.Klifford və E.Xotfild cəlbedici olan və cəlbedici olmayan uşaqlar haqqında eyni informasiya verməklə onların şəkillərini müəllimlərə təqdim etmişler. Müəllimlər cəlbedici uşaqları daha ağıllı və təlimdə daha müvəffəqiyyətli uşaqlar kimi qavramışlar. Burada sanki istər-istəməz “Barta Simpson” efekti ilə razılaşmalı olursan.
Həmin effektə görə yaraşıqsız, görkəmsiz uşaqlar öz yaraşıqlı və gözəl həmyaşıdlarına nisbətən daha az qabiliyyətli və sosial hazırlıqlı olurlar. Iql (1995), Feynqold (1992), Cekson (1995) və b. alimlər həsab edirlər ki, gözəl olan insanlar bütün bərabər şərtlər daxilində digər adamlara münasibətdə səmimi və ya qayğıkəş olmamalarına rəğmən gözəl olmayan insanlarla müqayisədə xoşbəxt, uğurlui ağıllı və s. olurlar.
Bu faktlar nəticəsində “gözəl olan yaxşıdır” kimi fiziki cəlbedicilik stereotipini doğurur. Uşaqlar lap ərkən yaşlardan bu stereotipi mənimsəməyə başlayırlar. Xüsusən nağıllarda “saçlı qız”, “keçəl qız”, “gözəl qız”, “gözəl oğlan” timsalında elə təəsürat yaradılır ki, gözəl olan mütlvq ağıllı olur, xoşbəxt olur, həyatda hər şeyə nail olur və s. Bəlkə də özünün zahiri görkəmində cərrahiyyə əməliyyatı yolu dəyişiklik etməyin başlıca səbəblərindən biri elə bu fiziki cəlbedicilik stereotipi ilə bağlıdır. Tədqiqatçıların bir çoxu (Maykl Kalik, E.Berşayd və b.) cərrahi əməliyyat yolu ilə öz zahiri görkəmində dəyişiklik etdirən insanın bundan sonra xoşbəxtliyə nail olub-olmaması sualına aydınlık gətirmək üçün bir sıra eksperimentlər aparmışlar. Yəni, belə dəyişikliyin efektini araşdırmışlar. Bu məqsədlə M.Kalik səkkiz qadının kosmetik əməliyyatdan əvvəl və sonra profildən çəkilmiş fotoşəklini Harvard universitetinin tələbələrinə təqdim edərək xahiş etmişdir ki, həmin şəkillərlə bağlı öz təəsüratlarını söyləsinlər. Tələbələrin fikrincə həmin qadınlar kosmetik əməliyyatdan sonra yalnız siziki cəhətdən cəlbedici olmaqla qalmamış, həm de yaxşı, həssas və s. olmuşlar.
Nəzərə almaq lazımdır ki, bizim üçün kimin cəlbedici olması çox vaxt istifadə etdiyimiz etalondan asılı olur. Bu faktın doğrulupunu sübut etmək məqsədilə Duqlas Kenrik və Sara Qutteres aşağıdaki kimi eksperiment aparırlar. Təcrübə iştirakçıları olan Montana Dövlət Universitetinin tələbələri gözlənilmədən yataqxananın otaqlarına daxil olur və öz həmyaşıdlarına aşşağıdakıları söyləyirlər: “Bu həftə bizim dostlarımız gəlir və biz onu bir qızla tanış etmək istəyirik. Lakin biz o qızın kifayət qədər gözəl olub-olmadığına qərar verə bilmirik. Odur ki,hər əhtimala qarşı qərar aldık ki, tədqiqat aparaq. Biz istəyirik ki, siz onun dərəcə gözəl olduğunu yəddi ballıq şkala üzrə qiymətləndirəsiz… “ Cəlbedicilik ölçüsünə görə qızın şəklinə baxan tələbələrdən “Çarlinin mələkləri” proqramındakı gözəllərə yenicə baxmış olanlar qızı proqrama baxmayanlara nisbətən daha az cəlbedici həsab etmişlər. “Qıcıqlandırıcıların təzadı” illüzyasının doğurduğu bu effekti “təzad effekti” adlandırırlar. Yəni, eyni bir insan özündən kifir olanın yanında, özündən gözəl olanın yanında olduğundan daha gözəl görünür.
Heç şüphəsiz, şəxsiyyətlərarası qavrayılda cəlbedicilik həqiqətən mühüm əhəmiyyət kəsb edir. Lakin o heç də həmişə digər insani kəyfiyyətləri kölgədə qoya bilməz. Attraksiya obyektinin fiziki cəlbediciliyindən başqa digər xassələri də vardır ki, onlar da bu və ya digər dərəcədə attraksiyaya təsir göstərir. Belə parametrlər sırasında insanın statusu, təhsili, peşəsi və s. kimi sosial xarakteristikalarla yanaşı ona xas olan ləqayət hissini, davranış xüsusiyyətlərini və s. göstərmək olar.
Davranışın verbal və qeyri verbal xüsusiyyətləri də insanın attraktivliyini xəyli dərəcədə artırır. Məsələn, təbəssüm, səsin tempi, bədənin konstitusional tipi, davranış tərzi və s. bu qəbildən olan amillərə aid edilə bilər. Bu istiqamətdə aparılan tədqiqatlar cəlbedici imic yaradılması ilə bağlı xüsusi vir sahənin məydana gəlməsinə səbəb olmuşdur. Hazırda psixoloqlar tərəfindən perspektivli sahə kimi qiymətləndirilir.
Buraya qədər qeyd edilənlər ilkin mərhələdə attraksiyanı doğuran, onu şərtləndirən amillərə aid idi və göründüyü kimi bunlar digər insanda nisbətən asanlıqla müşahidə olunan və daha təz diqqəti cəlb edən parametrlərdir. Həm də bu parametrlərlə attraksiya arasında əlaqə bir qiymətli xarakter daşımır və o ilk növbədə subyektin vəziyyəti ilə subyekt və obyəkt arasındaki qarşılıqlı təsirlə şərtlənir.
ədəbiyyat:
1. Q.M. Andreyeva Sosial Psixologiya. M.:MQU, 1980, 391 s.
2. A.A. Bodalev Ümumi Psixologiya. Moskva-Voronej:MQU, 1996, 178 s.
3. D. Mayers Sosial Psixologiya. SPB.: Piter, 2000, 688 s.
4. P. Ekman Psixologiya SPB.: Piter, 1999, 217 s.

Baxış sayı: 644
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Emosiya funksiyaları
növbəti yazı
Hüquq psixologiyasinin predmet və vəzifələri

Related Posts

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6107.01- Ümumi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 6116.01- Tibbi...

19 Aprel 2019

FƏLSƏFƏ POROQRAMI ÜZRƏ DOKTORANTURAYA QƏBUL SUALLARI 60

19 Aprel 2019

ŞİDDƏTİN PSİXOLOGİYASI

19 Aprel 2019

Ailənin psixoloji iqlimi

19 Aprel 2019

Xoşbəxtlik!

19 Aprel 2019

Çətin uşaqlar

19 Aprel 2019

İMTAHAN SUALLAR

19 Aprel 2019

İmtahan sualları

19 Aprel 2019

İMTAHAN SUALLARI

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net