Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Test və metodikalar

Deviant davranışa meyilliliyin diaqnostikası metodikası

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

Deviant davranışa meyilliliyin diaqnostikası metodikası
(A.N.Orel)
Metodika 7 şkaladan ibarətdir:
1. Sosial arzu olunma ustanovkası şkalası – 15 punkt
2. Sosial arzu olunmaya meyillilik şkalası – 17 punkt
3. Addiktiv davranışa meyillilik şkalası – 20 punkt
4. Özünə zərər yetirmə və özünə qarşı destruktiv davranışa meyillilik şkalası – 21 punkt
5. Aqressiya və zorakılığa meyillilik şkalası – 25 punkt
6. Emosional reaksiyalara iradi nəzarət şkalası – 15 punkt
7. Gecikmiş davranışa meyillilik şkalası – 20 punkt
Sorğu 98 təkrarlanmayan punkt – hökmlərdən ibarətdir (təqdim olunan sorğu yalnız oğlanlar üçün nəzərdə tutulmuşdur).
Sorğu:
1.Mən solğun, boğuq rəngli paltarlara üstünlük verirəm.
2.Bəzən bugün edilməsi lazım olan işi sabah saxlayıram.
3.Mən böyük məmnuniyyətlə hər hansı bir döyüş növünə yazılmışam.
4.Bəzən elə olur ki, mən valideynlərimlə mübahisə edirəm.
5.Uşaqlıqda heç zaman dalaşmayan, “ana uşağı” kimi böyüyən uşaqlar həyatda heç zaman heç nəyə nail ola bilməzlər.
6. Əgər yaxşı məvacib versələr, həyat üçün təhlükəli işə razılıq verərdim.
7. Bəzən mən elə güclü narahatlıq hiss edirəmki, sanki özümə yer tapa bilmirəm.
8. Bəzən biraz lovğalıq edirəm.
9. Əgər mən hərbçi olsaydım, bu zaman döyüşçü – pilot olardım.
10.Mən insanlarda ehtiyatlılıq və diqqətcilliyi qiymətləndirirəm.
11. Yalnız zəif və qorxaq insanlar bütün qayda və qanunlara tabe olurlar.
12.Mən həyat üçün təhlükəli olsa belə səyahət və dəyişikliklə bağlı işdə işləməyə üstünlük verərdim.
13.Mən hər zaman yalnız doğru danışıram.
14.Əgər insan psixikaya təsir edən və stimul verici zərərli təsiri olan cismlərdən uzaqdırsa – bu tamamilə normaldır.
15.Qəzəbli olsam belə təhqiramiz sözlərdən uzaq olmağa çalışıram.
16.Fikrimcə, şir ovlamaq mənim xoşuma gələr.
17.Kimsə xətrimə dəysəm, mən mütləq qisas alacam.
18.İnsan özü istədiyi qədər və harda istəsə içki içmək hüququna malik olmalıdır.
19.Əgər mənim tanışım təyin olunmuş vaxtda görüşə gecikirsə, adətən, çalışıram sakitliyi qoruyub saxlayım.
20.Müəyyən vaxt məhdudiyyəti qoyulmuş işlər adətən mənə çətinlik yaradır.
21.Hərdən yolu lazımı yerdən deyil, mənə rahat olan yerdən keçirəm.
22.Əgər güclü intim istək yaranıbsa, bu zaman bəzi qayda və qadağalardan imtima edə bilərsiniz.
23.Bəzən mən valideynlərimə qulaq asıram.
24.Maşın aldığım zaman sürət və təhlükəsizlik arasında seçim etməli olsam, bu zaman təhlükəsizliyə üstünlük verərəm.
25.Fikirləşirəm ki, boksla məşğul olmaq mənim xoşuma gəlir.
26.Müstəqil olaraq peşə seçə bilsəydim, bu zaman şərab dequstatoru olardım.
27.Mən tez – tez kəskin, şiddətli duyğulara tələbat hiss edirəm.
28.Hərdən özümü xəstə etmək istəyirəm.
29.Mənim həyata münasibətim “Yüz ölç,bir biç” atalar sözündə əks olunmuşdur.
30.Mən hər zaman ictimai nəqliyyatda bilet alıram.
31.Mənim tanışlarım arasında elə insanlar varki, onlar sərxoşedici, zərərli maddələrdən istifadə edirlər.
32.Mən hər zaman, hətta mənə zərərli olsa belə verdiyim sözlərə əməl edirəm.
33.Bəzən elə olur ki, kimisə təhqir etmək istəyirəm.
34.“Əgər bir şeyə icazə yoxdursa, lakin onu çox istəyirsinizsə, bu zaman onu edə bilərsiniz” deyimi insanlar hüququdur.
35.Spirtli içki qəbul etdikdən sonra təsadüfən kiminləsə mübahisə etdiyim zamanlar da olub.
36.Çoxlu uğursuzluqlardan sonra işi davam etdirmək üçün nadir hallarda özümü məcbur edə bilirəm.
37.Bizim zamanımızda qladiator döyüşləri təşkil olunsaydı, mən mütləq o döyüşlərdə iştirak edərdim.
38.Bəzən elə olur ki, mən həqiqəti demirəm.
39.Hamının acığına ağrıya dözmək çox xoş olur.
40.İnsanlarla mübahisə etməkdənsə, daha yaxşısı budur ki, onlarla razılaşım.
41.Çox qədim zamanlarda dünyaya gəlsəydim, bu zaman nəcib, mərd quldur olardım.
42.Əgər başqa çıxış yolu yoxdursa, bu zaman mübahisəni dava ilə yekunlaşdırmaq olar.
43.Bəzən elə olurki, valideynlərim, başqa yaşlı insanlar mənim biraz çox içməyimə görə narahatçılıq keçirdiklərini bildiriblər.
44.Geyim insanı kütlə içində ilk baxışda insanı fərqləndirməlidir.
45.Kino da heç bir mədəni mübahisə yoxdursa, bu zaman demək olar ki, bu kino pis kinodur.
46. Bəzən insanlar yeni, qeyri – adi hisslərə, yaşantılara can atırsa – bu normal haldır.
47.Bəzən mən dərslərdə darıxıram.
48.Kütlə içərisində kimsə məni təsadüfən vursa, bu zaman mən ondan üzrxaqlıq etməsini tələb edirəm.
49.Kimsə məni qıcıqlandırırsa, bu zaman mən ona onun haqqında nə düşündüyümü deyirəm.
50.Səyahət və gəzinti zamanı gəldiyimiz, səyahət edəcəyimiz yollardan yayınmağı xoşlayıram.
51.Yırtıcı heyvanlar üzrə məşqçi peşəsi çox xoşuma gələrdi.
52.Motosiklet üzərində əyləşmisənsə, bu zaman çox sürətlə sürmək lazımdır.
53.Detektiv əsərlər oxuduğum zaman cinayətkarın təqibdən qaçmasını istərdim.
54.Ədəbsiz lətifə eşidərkən bəzən gülüşümü saxlaya bilmirəm.
55.Söhbət zamanı ətrafdakıları çaşdıra biləcək ifadələrdən uzaq durmağa çalışıram.
56.Tez- tez xırda işlərə görə əsəbləşirəm.
57.Mənə kimsə etiraz etdikdə, bu zaman çox əsəbləşirəm və kəskin cavab verirəm.
58.Sevgi hekayələrindən çox macəralı hekayələri oxumağı xoşlayıram.
59.Həzz almaq üçün bəzi qayda və qaydağaları pozmaq lazımdır.
60.İçki və əyləncə olan kompaniyalarda olmaq mənə çox xoşdur.
61.Qızların siqaret çəkməsi məni əsəbləşdirir.
62.Yaxşı tədbir və yaxşı içki yığıncağın olduqda yaranmış vəziyyətdən çox xoşum gəlir.
63.İçki içməyin yeri və vaxtı olmadığını bilə – bilə hərdən bunu etmək üçün çox güclü istək yaranır.
64.Çətin anlarımda siqaret məni sakitləşdirir.
65.İnsanları məndən qorxmağa məcbur etmək mənim üçün çox asandır, bəzən gülmək üçün bunu edirəm.
66.Mən öz əllərimlə cinayətkarı ədalətli şəkildə cəzalandıra bilərəm.
67. Həzz almaq – insan həyatda əsas bunun üçün çalışmalıdır.
68.Avtomobil yarışlarında iştirak etmək istərdim.
69.Əhvalım pis olan zaman yaxşı olardı ki, heç kim mənə yaxınlaşmasın.
70.Bəzən elə əhval ruhiyyədə oluram ki, birinci olaraq dava etməyə hazır oluram.
71.Hirsləndiyim vaxt əlimə keçən əşyaları yerə vurduğumu və sındırdığımı xatırlayıram.
72.Mən həmişə ətrafdakıların mənim hüquqlarıma hörmət etməsini tələb edirəm.
73.Paraşütdən tullanmağı çox istərdim.
74.Spirtli içki və tütün insanda mənfi təsirin artmasına güclü təsir göstərir.
75.Mən nadir hallarda, hətta kimsə məni vursa belə cavab verirəm.
76.Risk etməkdən həzz almıram.
77.Mübahisə zamanı insanın “güclü” ifadələrə müraciət etməsi normal haldır.
78.Mən çox zaman öz hisslərimi idarə edə bilmirəm.
79.Dərslərə gecikdiyim vaxtlar da olub.
80.İnsanların bir –biriləri ilə zarafatlaşdığı kompaniyaları çox bəyənirəm.
81.İntim münasibətlər gənclərin həyatında əsas yeri tutmalıdır.
82.Kimsə mənim fikrimlə razılaşmadıqda mübahisə etməmək üçün özümü saxlaya bilmirəm.
83.Ev tapşırıqlarını etmədiyim hallar da olub.
84.Mən çox zaman ani əhval – ruhiyyənin təsiri altında hərəkət edirəm.
85.Mənə elə gəlir ki, mən kimisə vura bilmərəm.
86.Cinayətkarın cəzasız qaldığını bildikdə insanlar haqlı olaraq əsəbləşirlər.
87.Bəzən elə olur ki, böyüklərdən bəzi hərəkətlərimi gizlətməli oluram.
88. Sadəlövh insanların aldanmasına səbəbkar özləridirlər.
89. Bəzən elə əşəbləşirəm ki, stolun ətrafında dövrə vururam.
90.Yalnız gözlənilməz təhlükə vəziyyəti və hissləri özümü olduğum kimi göstərməyə imkan verir.
91.Qətiyyətlə bilsəm ki, sərxoşedici maddələr mənim səhhətimə zərər yetirməyəcək və mənim cəzalandırılmağıma səbəb olmayacaq, bu zaman onlardan istifadə edərdim.
92.Körpü üzərində dayandığım zaman aşağı tullanmaq istəyirəm.
93.Hər hansı çirkab məni qorxudur və məndə ikrah hissi yaradır.
94.Hirsləndiyim zaman kimisə vurmaq istəyirəm.
95.Fikrimcə, insanlar spirtli içkiləri qəbul etməkdən imtina etməlidirlər.
96.Mərc üçün hündür fabrik borusuna girə bilərəm.
97.Zaman – zaman digər insanlara zərbə vurmaq istəyimlə baş edə bilmirəm.
98.Kiçik izahatdan sonra mən vertalyotu idarə edə bilərəm.
Metodikanın açarı:
Hər uyğun gələn cavab 1 balla hesablanır. Ballar hər bir şkala üzrə ayrı – ayrılıqla hesablanmalıdır. Nəticələr test normaları ilə müqayisə olunaraq müəyyən olunur. Əgər nəticə test normasında 1S-dən yuxarıdırsa, ölçülən xüsusiyyəti daha parlaq ifadə olunmuş, yox əgər 1Sdən aşağıdırsa, bu zaman ölçülən xüsusiyyəti az ifadə olunmuş hesab etmək olar. Əgər yeniyetmələrdə gecikmiş davranış tendensiyası aşkarlanarsa, bu zaman nəticələri “gecikmiş” seçim norması ilə müqayisə etmək daha doğru olardı.
1.Sosial arzu olunma ustanovkası şkalası
Bəli: 13,30,32
Xeyr: 2,4,6,21,23,33,38,47,54,79,83,87
2. Sosial arzu olunmaya meyillilik şkalası
Bəli: 11,22,34,41,44,50,53,59, 80,88,91,
Xeyr: 1,10, 55,61,86,93
3. Addiktiv davranışa meyillilik şkalası
Bəli: 14,18,22,26,27,31,34,35,43,46,59,60,62,63,64,67,74,81,91
Xeyr: 95
4. Özünə zərər yetirmə və özünə qarşı destruktiv davranışa meyillilik şkalası
Bəli: 3,6,9,12,16,27,28,37,39,51,52,58,68,73,90,91,92,96,98
Xeyr: 24,76
5. Aqressiya və zorakılığa meyillilik şkalası
Bəli: 3,5,16,17,25,37,42,45,48,49,51, 65,66,70,71,72,77,82,89,94,97
Xeyr: 15,40,75,85
6. Emosional reaksiyalara iradi nəzarət şkalası
Bəli: 7,19,20,36,49,56,57,69,70, 71,78,84,89,94
Xeyr: 29
7. Gecikmiş davranışa meyillilik şkalası
Bəli: 18,26,31,34,35,42,43,44,48,52,62,63,64,67,74,91,94
Xeyr: 55,61,86
Test normaları
1361462606_das4

Baxış sayı: 821
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Şəxsiyyətin tipoloji xüsusiyyətlərinin təzahürü
növbəti yazı
Məktəb motivasiyasının diaqnostikası

Related Posts

Ev-ağac-insan testi

15 Fevral 2022

Hövsələnizin sərhədi haradadır?

19 Aprel 2019

Yağış altında insan

19 Aprel 2019

Test

19 Aprel 2019

Test: "Probleminizi həll etməyə qadirsinizmi?"

19 Aprel 2019

Maraqli bir Test.

19 Aprel 2019

Sağ yoxsa sol beyninizi daha çox işlədirsiniz?

19 Aprel 2019

Psixoloji yaş

19 Aprel 2019

Kaktus testi

19 Aprel 2019

Kinoproblar

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net