T.LİRİNİN ŞƏXSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏRİNİN DİAQNOSTİKASI METODİKASI.
Bu metodika 1954 jü ildə T.Liri, Q.Leforc, R.Sazek tərəfindən yaradılmış və subyektin özü və ideal Mən haqqında təsəvvürlərinin tədqiqatı, eləjə də kiçik qruplarda qarşılıqlı münasibətlərin öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Bu metodikanın vasitəsilə özünüqiymtləndirmə və qarşılıqlı qiymətləndirmə şəraitində insanların münasibətlərinin daha çox üstünlük təşkil etdiyi tipi aşkar olunur.
Şəxsiyyətlərarası münasibətlərin tədqiqatı zamanı iki amil daha tez – tez ayırd edilir; dominantlı – tabelik və dostluq – aqressivlik. Məhz bu amillər şəxsiyyətlərarası qavrama proseslərində insan haqqında ümumi təsəvvürləri təyin edirlər. onlar şəxsiyyətlərarası davranış üslubunun təhlili zamanı əsas komponentlərin arasında sadalanmış və məzmunlarına örə Ç.Ottudanın qiymət və güj kimi semantik differensialının iki və ya üç əsas oxları ilə qarşılıqlı nisbətdə ola bilər. B.Beylzin rəhbərliyi altında amerika psixoloqları tərəfindən həyata keçirilən çoxillik tədqiqatlar zamanı qrup üzvünün davranışı iki dəyişənlər üzrə qiymətləndirilərək, onların təhlili üç oxun yaratdığı üçhəddli məkanda həyata keçirilir; dominantlıq – tabelik, mehribanlıq – düşmənçilik, emosiyalıq – analitiklik.
T.Liri əsas sosial oriyentasiyaların təqdim olunması üçün sektorlara bölünən dairələr şəklində şərti sxemi işləyib hazırlamışdır. Bu dairədə üfüqi və şaquli oxlar ilə dörd oriyentasiyalar işarə olunur; dominantlıq – tabelik, mehribanlıq – düşmənçilik. Bu sektorlar da öz növbələrində səkkiz – daha fərdi münasibətlərə bölünür. Dairəni daha da mükəmməl şəkildə təsvir etmək üçün 16 sektora bölür, lakin burada iki əsas oxlara müəyyən şəkildə yönələn oktantlardan istifadə olunur.
T.Liri sxemi sınaqdan keçirilən şəxsin nətijələrinin mərkəz oxuna nə qədər yaxın olması və bunun nətijəsində iki dəyişənlərin qarşılıqlı münasibətlərinin daha da güjlü olması haqqında fərziyyələrə istinad edir. hər bir oriyentasiyanın ballarının məbləği indeksə çevrilir və burada üfüqi və şaquli oxlar üstünlük təşkil edir. mərkəzdən alınan göstərijilərin arasındakı məsafə interpersonal davranışın adaptasiya və ya ekstremallığına işarə edir.
Sorğu kitabçası 128 mülahizədən ibarət olub münasibətlərin 8 tipində artan intensivlik böyü ardıjıl şəklə düşən 16 bənd əmələ əlir. Metodika elə bir şəkildə qurulmuşdur ki, münasibətlərin hər hansı bir növünün aşkar olunmasına yönəlmiş fərziyyələr ardıjıl qaydada deyil, fərqli bir şəkildə yerləşir; onlar 4 sırada qruplaşır və təriflərin müəyyən sayından sonra təkrarlanır. Məlumatların işlənməsi zamanı hər bir tipin münasibətlərinin sayı hesablanır.
T.Liri metodikadan insanların davranışlarının qiymətləndirilməsi üçün istifadə olunmasını təklif etmişdir. Yəni burada ətrafdakıların davranışlarının qiymətləndirilməsi nəzərdə tutularaq özünü qiymətləndirmə.ö yaxınların qiymətləndirilməsi və ideal Mənin təsviri üçün nəzərdə tutulur. diaqnostikanın bu səviyyələrinə müvafiq olaraq javablar üçün nəzərdə tutulan təlimatda dəyişilir.
Səviyyənin maksimal səviyyədə qiymətləndirilməsi – 16 bal olub, münasibətlərin ifadə olunmasının dörd dərəjəsinə bölünmüşdür;
0 – 4 bal – aşağı səviyyəli – adaptasiyalı davranış
5 – 8 bal – bərabər səviyyəli
9 – 12 bal – yüksək səviyyəli – ekstremal davranış
13 – 16 bal – pataloqiyaya qədər ekstremal
Diaqnostikanın müxtəlif istiqamətləri şəxsiyyətin tipini müəyyən etməyə, eləjə də məlumatları ayrı – ayrı aspektlər üzrə müqayisə etməyə ijazə verir. Məsələn «sosial Mən», «real Mən», «mənim tərəfdaşlarım» və.s.
Bu metodika respondentə ya siyahı vasitəsilə təqdim olunur, ya da ayrı – ayrı kartlarda əksini tapır. Sınaqdan keçirilən şəxsə özü haqqında təsəvvürlərə uyğun gələn, bu və ya digər insana şamil olunan fərziyyələri işarə etmək təklif olunur.
Bunun nətijəsində sorbu kitabçasına xüsusi açarın vasitəsilə hər bir oktant üzrə ballar hesablanır. Alınan ballar diskoqrammaya çevrilir. Bu zaman mərkəzdən ayrılan məsafə bu oktant üzrə balların sayına müvafiq olur. vektorların ujları birləşərək şəxsi profili əmələ ətirir.
Dominanlıq. Aqressivlik. Dostluq. Tabelik.
Xüsusi düsturlara əsasən iki əsas amil üzrə göstərijilər təyin edilir;
Dominantlıq = (İ – V) + 0,7 x (Vİİİ + İİ – İV – Vİ).
Mehribanlıq = (Vİİ – İİİ) + 0,7 x (Vİİİ – İİ – İV + Vİ).
Alınan məlumatların keyfiyyətjə təhlili müxtəlif insanların təsəvvürləri arasındakı fərqli jəhətləri nümayiş etdirən diskoqrammaların müqayisə olunması yolu ilə həyata keçirilir. S.V.Maksimov tərəfindən refleksiyanın dəqiqlik indeksləri, qrupda şəxsiyyətin əlverişli mövqeyinin differensasiyalı qavranması dərəjəsi, şəxsiyyət tərəfindən qrupun mövqeyinin dərk olunması dərəjəsi, şəxsiyyət üçün qrupun əhəmiyyəti təqdim olunur.
Metodiki üsul psixoloci uyğunluq problemini öyrənməyə ijazə verərək daha çox ailə msləhətxanasının, qrupşəkilli psixoterapiyanın və sosial – psixoloci treninqin təjrübəsində istifadə olunur.
Ətrafdakı insanlara münasibətin tipləri.
İ. Avtoritar.
13 – 16 – müstəbid, hakimdir, despotik xarakterə maliudir, güjlü şəxsiyyət olub qrupşəkilli fəaliyyətin bütün növlərində liderlik edir. Hamıya məsləhətlər verir, öyrədir, bir çox hallarda öz fikrinə arxalanmağa çalışır, başqalarının məsləhətlərini qəbul etmir. ətrafdakılar bu hökmranlığı qeyd etsələr də, onu tanımaq istəmirlər.
9 – 12 – dominant, enercili olub tam səriştəli, avtoritar liderdir, işlərində müvəqqətlr qazanmağa qabildir, məsləhətlər verməyi xoşlayır və özünə qarşı hörmət və ehtiram tələb edir.
0 – 8 – o özünə daha çox inanan şəxs olub hər zaman inadkar lider olmur.
İİ. Xudbin.
13 – 16 – hamını idarə etmək ilə yanaşı hamıdan kənarda olmağa da jan atır, o özünü sevən şəxs olub müstəqil və xudbindir. Oçətinlikləri başqalarının öhdəsinə ataraq onlara bir qədər yad münasibət bəsləyir, lovğalanır, özündən razı olur və vasvasılıq edir.
0 – 12 – eqoistik jəhətlərə malik olub özünə oriyentasiya edərək rəqabətə daha çox meylli olur.
İİİ. Aqressiv.
13 – 16 – ətrafdakı insanlar ilə qarşılıqlı münasibətdə daha kəskin və sərt olur, aqressivlik asosial davranışa səbəb ola bilər.
9 – 12 – tələbkardır, sözü üzə deyəndir, səmimidir, jiddidir, kəskindir, barışmazdır, bir çox hallarda başqalarını ittiham etməyə daha çox meyllidir, ülərüzdür, ironiyalıdır və qıjıqlanır.
0 – 8 – inadkardır və enercilidir.
İV. Şübhəli.
13 – 16 – qəddar ətraf mühitə qarşı yad münasibət bəsləyir, şübhəlidir, küsəyəndir, bütün hallarda şübhələnməyə meyllidir, kinlidir, daima hamı ilə bağlı şikayətlənir.
9 – 12 – tənqid etməyi xoşlayır, şübhəli olduğu üçün əlaqələrə jirməyə çətinlik çəkir və pis əlaqənin qurulmasıqndan qorxur, qapalıdır, skeptikdir, insanlarda peşman olur, qapalıdır, naqativizmini verbal aqressiya zamanı ifadə edir.
0 – 8 – bütün sosial hadisələrə və ətrafdakı insanlara qarşı tənqidi münasibət bəsləyir.
V. Tabe olan.
13 – 16 – özünü alçaltmağa meylli olub iradəsi zəifdir, hamıya güzəştəgetməyə meyllidir, hər zaman özünü sonunju yerə qoyaraq özünü mühakimə edir, özünü təqsirli bilir, passivdir, daha güjlü şəxsdə arxa, dayaq tapmağa çalışır.
9 – 12 – utanjaqdır, asanlıqla utanır, vəziyyəti nəzərə almadan daha güjlü şəxsə tabe olmağa meyllidir.
0 – 8 – daha jiddi və utanjaq olub, güzəştə getməyi xoşlayır, emosional baxımdan daha davamlı olub tabe olmaq qabiliyyətinə malik olur. onun şəxsi fikri olmur və vəzifələrini vijdanlı şəkildə yerinə yetirir.
Vİ. Asılı.
13 – 16 – özünə kəskin şəkildə inanmır, bir çox qorxuları olur və istənilən səbəbdən həyajanlandığı üçün başqalarından və başqalarının fikrindən asılı olur.
9 – 12 – sözə baxan olub, qorxaq, köməksiz olub, müqavimət göstərməyi bajarmır və səmimi olaraq başqalarının hər zaman haqlı olduğunu hesab edir.
0 – 8 – rahatlığı sevir, yumşaq xasiyyətlidir, kömək v məsləhət gözləyir, inanandır, ətrafdakıların ona heyranlıqla baxmalarına meylli olub daha nəzakətlidir.
Vİİ. Mehriban.
9 – 12 – hamı ilə mehriban və nəzakətli münasibəti qorumağıbajarır, sosial rəyə oriyentasiya edir, vəziyyəti və şəraiti nəzərə almadan yaxşı olmaq kimi tələbləri təmin etməyə oriyentasiya edir, miqroqrupun məqsədlərinə janq ataraq inkişaf etmiş mexanizmlərə malik olur və emosional baxımdan daha labildir.
0 – 8 – əməkdaşlığa, kooperasiyaya meyllidir, problemlərin həlli zaman və münaqişəli vəziyyətlərdə daha kompromislidir, ətrafdakıların fikri ilə razılaşmağa çalışır, şüurlu olaraq özü üçün rahat şərait tələb edir, şərtiliyə, insanlar ilə münasibətdə yaxşı münasibətlərin qaydalarına riayət edir, qrupun məqsədlərinə nail olmaq istiqamətində təşəbbüs nümayiş etdirən entuziastdır, kömək etməyə, özünü diqqət mərkəzində hiss etməyə çalışır, məhəbbətə böyük ehtiyaj duyur, ünsiyyətjil olub münasibətlərdə istilik və dostluğu ifadə edir.
Vİİİ. Alturist.
9 – 16 – hiperhəssas olub hər zaman maraqlarını qurban verir, hamıya kömək etməyə və hamıya mərhəmət göstərməyə çalışır, köməyini əsirgəmir və ətrafdakılara qarşı daha fəal olur, başqalarına görə məuliyyəti dəfələrlə öhdəsin götürür. Onun şəxsi məziyyətlərini izlədən maskası olur.
0 – 8 – insanlara daha məsuliyyətli münasibət bəsləyir, nəzakətli, yumşaq xasiyyətlidir, mehribandır, insanlar əzab çəkən zaman onlara qarşı emosional münasibət bəsləyir, simpatiya saxlaya bilər, qayğıkeşdir, nəvazişi xoşlayır, ətrafdakıları sakitləşdirməyi bajarır, təmannasız və mehribandır.
Sorğunun mətni.
Sizin özünüz barədə təsəvvürlərinə uyğun ələn təriflərin əksinə ollaraq + işarəsini qoyun.
İ
1. Başqaları onun barəsində yaxşı düşünürlər.
2. Ətrafdakılara xoş təəssürat başılayırlar.
3. Sərənjam verməyi və əmr verməyi də xoşlayır.
4. Öz fikrini müdafiə etməyi bajarır.
İİ
5. Şəxsi ləyaqət hissinə malik olur.
6. Müstəqildir.
7. Öz qayğısına qalmağı bajarır.
8. Laqeydlik nümayiş etdirə bilər.
İİİ
9. Sərt ola bilər.
10. Jiddidir, lakin həddən artıq ədalətlidir.
11. Səmimi də ola bilər.
12. Başqalarına qarşı tənqidi münasibəti bəsləməyi bajarır.
İV
13. Ağlamağı xoşlayır.
14. Əksər hallarda qəmli olur.
15. Etimadsızlıq nümayiş etdirməyə qadirdir.
16. Əksər hallarda peşman olur.
V
17. Özünə qarşı tənqidi münasibəti bəsləməyi də xoşlayır.
18. Səhvini anlamağa qadirdir.
19. Böyük həvəslə tabe olur.
20. Güzəştə getsməyi də bajarır.
Vİ
21. Çox xeyirxahdır.
22. Heyran olduğu kimi özünü başqalarına bənzətməyi də bjarır.
23. Hörmət bəsləməyi sevir.
24. Hər zaman xoş söz eşitməyə ehtiyaj duyur.
Vİİ
25. Əməkdaşlıq qurmağa daha çox meyllidir.
26. Başqaları ilə yaşamağa çalışır.
27. Meyhribandır və dostluq münasibəti qurmağı bajarandır.
28. Diqqətli və nəvazişkardır.
Vİİİ
29. Nəzakətlidir.
30. Bir çox hallara və ya təzahürlərə müsbət münasibət bəsləyəndir.
31.Yardım barədə çağırışa dərhal javab verəndir.
32. Təmannasız kömək göstərməyə də meyllidir.
İ
33. Heyranlıq doğurmaı bajarır.
34. Başqalarında hörmət və ehtiram hissinin yaranmasına səbəb olur.
35. Rəhbərlik etmək istedadına malikdir.
36. Məsuliyyət hissini sevir.
İİ
37. Özünə daha çox inanır.
38. Özünə inanandır və inadkardır.
39. İşgüzardın və praktikdir.
40. Yarışa girməyi xoşlayır.
İİİ
41.Lazım olan yerlərdə jiddi və kəskindir.
42. Qərəzsiz olsa da asanlıqla yumşalan deyildir.
43. Qıjıqlanandır.
44. Səmimi və sözü üzə deyəndir.
İV
45. Əmrə tabe olmağı xoşlamır.
46. Skeptikdir.
47. Ona müəyyən şəkildə təsir göstərmək çətindir.
48. Küsəyəndir və vasvasıdır.
V
49. Asanlıqla utanır.
50. Özünə inanmır.
51. Güzəştə gedəndir.
52. Jiddidir.
Vİ
53. Əksər hallarda başqalarının yardımına mürajiət edir.
54. Nüfuzlu insanlara hörmət və ehtiramını bildirməkdən çəkinmir.
55. Məsləhətləri böyük həvəslə qəbul edir.
56. İnanan olduğu üçün başqalarını da sevindirməyə çalışır.
Vİİ
57. Həddən artıq nəzaeətlidir.
58. Ətrafdakı insanların diqqətinə böyük ehtiram bəsləyir.
59. Ünsiyyətjil və yola edindir.
60. Ürəyi təmizdir.
Vİİİ
61. Mehribandır, başqalarını inandırmağı bajarandır.
62. Qəlbi kövrəkdir.
63. Başqalarının qayğısına qalmağı xoşlayır.
64. Səxavətlidir.
İ
65. Məsləhətlər verməyi xoşlayır.
66. Şəxsiyyətini qiymətləndirməyi xoşlayır və özü barəsində özəl təəssüratlar yaradır.
67. Əmr verməyi xoşlayır.
68. Hökmranlıq xasiyyətinə malikdir.
İİ
69. Lovğadır.
70. Təkəbbürlüdür və təşəxxüslüdür.
71. Yalnız özü barədə düşünür, yəni xudbindir.
72. Bijdir və xırdaçıdır.
İİİ
73. Başqalırının səhvlərini bağışlamır.
74. Pulgirdir.
75. Səmimidir.
76. Əksər hallarda dostluq bağlarını qurmaqda çətinlik çəkir.
İV
77. Kinlidir və qəzəblidir.
78. Şikayəti etməyi sevəndir.
79. Qısqanjdır.
80. Səhvləri və qəlbini kövrəldən anları uzun müddət unutmur.
V
81. Küsəyənliyə meyllidir.
82. Utanjaqdır.
83. Təşəbbüsü ifadə etməyi xoşlamır.
84. Həddən artıq utanjaqdır.
Vİ
85. Asılıdır və qeyri – müstəqildir.
86. Tabe olmağı xoşlayır.
87. Qərarın qəbul edilməsini başqalarına tapşırır.
88. Çətinliyə və çıxılmaz vəziyyətlərə asanlıqla düşür.
Vİİ
89. Dostlarının təsiri altına asanlıqla düşür.
90. Başqalarına etibar etməyə hazırdır.
91. Seçim qoymadan hamı ilə ünsiyyət qurmağı bajarır.
92. Hər bir insana qarşı simpatiya hissini dumağa meylli olur.
Vİİİ
93. Hamını bağışlamağa meyllidir.
94. Hddən artıq mərhəmət hissi ilə zəngindir.
95. Nöqsanlara qarşı dözümlü və qəlbi genişdir.
96. Himayadarlıq etməyə jan atır.
İ
97. Uğur əldə etməyə jan atır.
98. Hər bir insandan heyranlıq gözləyir.
99. başqalırana göstəriş verməyi də xoşlayır.
100. Müstəbiddir.
İİ
101. İnsanların şəxsi keyfiyyətləri əsasında deyil, onların vəzifələrinə və rütbələrinə əsasən bu insanlar barədə mühakimə yürüdür.
102. Şöhrətpərəstdir.
103. Xudbindir.
104. Soyuqqanlıdır, məkrlidir.
İİİ
105. Ajıdildir, gülərüzdür.
106. Kinlidir və qəddardır.
107. Əksər hallarda qəzəbli olur.
108. Duyğusuzdur və biganədir.
İV
109. Kinlidir.
110. Ziddiyyətlər və təzadlar ilə doludur.
111. Tərsdir.
112. Etibar etmir və şübhə etməyi xoşlayır.
V
113. Qorxaqdır.
114. Utanjaqdır
115. Tabe olmağa hər zaman hazır olması xüsusiyyəti ilə fərqlənir.
116. Yumşaq xasiyyətlidir.
Vİ
117. Demək olar ki heç bir zaman etiraz etmir.
118. İnsanı bezdirən deyil.
119. Qayğı və himayədarlıq görməyi xoşlayır.
120. həddən artıq inanandır.
Vİİ
121. Hər bir insanın diqqətinə layiq olmaq və hörmətini qazanmaq istəyir.
122. Hər bir hal ilə asanlıqla razılaşır.
123. Hər zaman dostluq münasibətləri bəsləyir.
124. Hamını sevir.
Vİİİ
125. Ətrafdakılara qarşı həddən artıq təkəbbürlüdür.
126. Hamıya təsəlli verməyə çalışır.
127. Özünə ziyan vuraoraq başqalarının qayğısına qalır.
128. Mehribanlığı ilə insanları qudurdur.
T.LİRİNİN ŞƏXSİYYƏTLƏRARASI MÜNASİBƏTLƏRİNİN DİAQNOSTİKASI METODİKASI.
əvvəlki yazı