Hər bir insanın ömrü bir kitaba bənzəyir. İnsanın doğulması bu kitabın titul vərəqidir. İlk dəfə zığıldaması bu kitabın girişidir. İnsanın sonrakı şüurlu həyatı və davranışları bu kitabın əsas məzmunudur. Cinayət və xəcalətləri buraxılmış səhvləridir. Peşmançılığı sonradan edilən düzəlişləridir. Ölümü nəticə və son şərtidir. Bu kitab qalın cildlər halında və ya nazik ola bilər, son dərəcə gözəl, bərbəzəkli cildə çəkilə və ya adi kağıza bükülə bilər. Çox bahalı və ya ucuz kağızda çap oluna bilər. Lakin əsl mətləb, kitabın kağızında və cildində deyil, onun məzmunundadır. Kitabın məzmunu hər şeydən əvvəl bilavasitə müəllifdən asılı olduğu kimi, insan ömrünün də əsas məzmunu xeyli dərəcədə onun özündən asılıdır.
Həyat bir kitabdır… Çalışın səhifələrində gözəl əməllər və xatirələrdən yazılsın!
Ömür kitabı
əvvəlki yazı