Sinesteziya haqqında maraqlı fakt
Tərcümə edən Əlixanova Dilbər 2ci kurs Psixologiya (a/b)
Kaliforniya texnoloji institutunda Amerika alimləri Melisa Saens və Kristof Kox müəyyənləşdiriblər ki, bəzi insanlar hərəkəti eşidirlər. Onlar hərəkətdə olan əşyaları müşahidə edərkən səs eşidirler, hətta bu proses tamamilə səssiz baş versə də. Alimler fikirleşirlər ki, bu qeyri-adi hadisə insan beyninin vizual informasiyaları necə emal etməsini öyrənməyə kömək edəcək.
Saens bu effekti təsadüfən aşkara çıxardı. Saens danışır ki, “Mən Kaltexde beyin tomoqrafiyası mərkəzində eksperiment aparırdım. Bu vaxt bura bir qrup tələbə ekskursiyaya gəldi və mən onlara nə ilə məşğul olduğumu izah etməyə başladım. Laboratoriyanın kompyuterlərinin birinin ekranında bir görüntü var idi, orda nöqtələr hərəkət edirdi. Qəflətən bir tələbə soruşdu: “Başqa kimsə bu görüntüyə baxanda səs eşidirmi?” Onunla danışanda mən başa düşdüm ki, onun bu hiss etdikəri sinesteziyanın bütün əlamətlərinə uyğundu” – Saens belə deyir. Bu hiss onda bütün ömrü boyu olub.
Sinestetikler rəqəmlərin və hərflərin iyə və səsə malik olduqlarını, musiqi dinlərkən rəngləri gördüklərini söyləyirlər.
Saens sinesteziya ilə bağlı bütün ədəbiyyatları oxuyub və belə nəticəyə gəlib ki, eşitmə sinesteziyası əvvəllər tədqiq olnmayıb. Saens belə bacarığı olan başqa insanların axtarışına çıxdı ve özü ilə xüsusi olaraq hazırlanmış test mahiyyəti daşıyan videorolik də götürdü. Videorolik sinestetikler üçün yetərincə “səs-küylü” idi. O, tədqiq olunanlardan birinə – “Səs eşidirsənmi?” sualını verəndə çox təəcübləndi. Tədqiq olunan belə cavab verdi: “Başqa cür necə ola bilər ki?”
Eşitmə sinesteziyası olan insanlar hərəktdə olan və ya parıldayan nəyəsə baxanda taqqıltıya və ya vızıltıya oxşar səslər eşitdiklərini söyləyirlər. Saensin tapdığı bu insanlar sağlam idilər və hiss orqanları ilə bağlı heç bir fiziki çatışmazlıqları yox idi. Saens qeyd edir ki, eşitmə sinesteziyası ilə bağlı əvvəllər heç bir məlumatın olmaması onunla bağlıdır ki, əksər vaxtlarda hərəkətdə olan əşyalar səs çıxarırlar. Eşitmə sinesteziyası olan insanlar başqa sinestetiklərdən fərqli olaraq özlərinin bu hissiyatının qeyri-adi olmasını sadəcə dərk etmirlər. Bu insanlarda yəqin ki, “geniş eşitmə yolu” vardır.
Saens və onun kolleqası Kox bir sıra testlər keçirdilər. Bu testlərin nəticələrinə görə eşitmə sinestetikleri görmə vasitesilə ritmləri daha yaxşı qavrayırlar və bu zaman onlara beyinlərindəki səs müşaiyəti kömək edir. Sinestetikler işıq ritmlərinin ardıcıllığını nəinki görürlər həm də eşidirlər: – Saens deyir.
Alimlər güman edirlər ki, eşitmə sinesteziyası vizual proseslərin beyində emalının əks olunmasıdır – gözlərdən alınan sinir impulsları eşitmə qavrayışının sahəsindən keçir və bu, sinestetiklərdə eşitmə duyğusunun yaranmasına səbəb olur.

TƏRCÜMƏYƏ GÖRƏ TƏLƏBƏMİZ Əlixanova DilbəRƏ TƏŞƏKKÜL EDİRİK