Bir-birinizə qarşı sıx duyğular hiss edirsiniz və çox yaxın bir zamanda evlənməyi planlayırsınız. Dayanınn!.. Ekspertlər nigah dəftərinə imza atmağa hazırlanan cütləri xəbərdar edir. “Sevdiyinizə bəli demədən əvvəl bir dəfə daha düşünün!”
30 yaşından əvvəl evlənməyin: Statistikalar 30 yaşından sonra evlənən cütlukərin evliliklərinin daha uzun sürdüyünü göstərir.
Əvvəlki əlaqələri qiymətləndirin: Bu təcrübələr, sizə qarşı cinsdə neyə əhəmiyyət verdiyinizi öyrədəcək.
Ümidsiz evliliklər etməyin: Qorxu, güvən hiss etmek ya da evdən uzaqlaşmaq üçün edilən evliliklər uzun ömürlü olmur.
Evlənəcəyiniz adamı tanıyın: Kim olduğunu həqiqi şəkildə təyin edin və yalnız sizin istədiyiniz adam olması üçün səy göstərməyin.
Tayınızla evlənin: Ər-arvaddan birinin digəri üzərində hakimiyyət qurduğu evliliklərdən xeyr gəlmir.
Ən az bir il gözləyin: Statistikalar, tələsik evlənən kəslərin eyni sürətlə boşandıqlarını ortaya qoyur.
Asılılığı olan kəslərə diqqət: Siqaret vərdişi kimi sadə asılılıqlar belə problem yarada bilər.
Dialoq qura biləcəyiniz biriylə evlənin: Evlənmədən əvvəl gələcək yoldaşınızla dialoq qura bilmirsinizsə, nigahdakı kəramət çox bir işə yaramayacaq.
Həyəcanı göz ardı etməyin: Evlilikdə həyəcan və ehtirasın lazımlı olduğunu ağılınızdan çıxarmayın.
Evlənmədən əvvəl bir daha düşünün
əvvəlki yazı