Kurt Levinə görə – insan onu əhatə edən cisimlərdən təşkil olunmuş “psixoloji sahə”də yaşayır və inkişaf edir. Hər bir predmet insan üçün müəyyən valentlik təşkil edir. Əşyalar bir növ mənfi və ya müsbət reaksiya yaradır.
Bioqrafik məlumat: Əsil adı Çadek olan Kurt Levin 1890-cı ildə Prussiyanın Moqilno qəsəbəsində yahudi ailəsində dünyaya gəlmişdir. 1905-ci ildə Levin ailəsi uşaqların yüksək təhsil ala bilmələri üçün Berlinə köçdü.
Tibb universitetinə daxil olan Levin professor Karl Ştumpfun 14 müxtəlif dərsinin dinləyicisi olmuşdur. 1914-cü ildə Levin onun rəhbərliyi ilə doktorluq dissertasiyasını müdafiə etdi. Həmin il o, kiçik qardaşları ilə bərabər birinci dünya müharibəsinə əsgərliyə çağrıldı. Döyüş meydanında onun kiçik qardaşı həlak oldu, o özü isə ağır yaralandı və 8 ay qospitalda yatdı. Sağaldıqdan sonra Levin yenidən döyüş meydanına qayıtdı və böyük şücaətlər göstərərək “Dəmir xaç” ordeni iləmükafatlandırıldı.
1917-ci ildə o “Müharibənin landşaftı”məqaləsini nəşr etdirdi. İlk dəfə olaraq insanların fəaliyyət arealı və ona uyğun davranışları bu məqalədə şərh edilmişdir.
1918-ci ildə o tələbə yoldaşı Mariya Lansberq ilə evləndi, lakin bu evlilik 9 il davam etdi. Boşandıqdan sonra Mariya iki uşağı ilə Fələstinəköçdü.
Müharibədən sonra Levin Berlin universitetində assistant olaraq işləməyə başlasa da 1926-ci ildə professor olaraq fəaliyyət göstərməyə başladı. Bu müddətdə davranışın təşkil edilməsi barədə iki məqalə də dərc etmişdir.
1933-cü ildə Kurt Levin ailəsi və iki tələbəsi – Tamara Dembo və Cerom Frank ilə birgə Amerikaya immiqrasiya etdi. Onunla gedə bilməyən anası və bacısı, həmçinin tələbəsi B.V.Zeyqarnik isə faşist konslagerində vəfat etdilər.
1940-cı ildə o, Amerika vətəndaşlığını aldı. İkinci dünya müharibəsi dövründə strateji Tədqiqat Mərkəzində hərbi əxlaq, təbliğat, təyinat dəstələrində liderlik və yaralı əsgərlərin reabilitasiyası məsələləri üzərində tanınmış antropoloq Marqaret Mid ilə birgə tədqiqatlar aparırdı. Həmin dövrdə o, Sosial Problemlərin Psixoloji tədqiqatı Cəmiyyətini yaratdı. Bu cəmiyyətin dərc edilən məqalələri prezidentin də diqqətini cəlb etmişdir. Məqalələrdə əsasən sülh və müharibənin psixoloji aspektlərinə, kasıbçılıq və cəhalətə, eləcə də ailə problemlərinə toxunulurdu.
Sosial, xüsusilə də etnik problemlər daim Kurt Levini maraqlandırırdı. 1945-ci ildə o Amerika Yahudilər Konqresinin komisiya rəhbəri seçilir.
Müharibədən sonra onu Massaçuset Texniki Universitetində tədqiqat mərkəzinə rəhbərlik etmək üçün dəvət edirlər. Artıq o öz tədqiqat strukturunu yaratmaq imkanı əldə edir. Beləliklə, onun əməkdaşları ilə yaratdığı tədqiqat proqramı dörd istiqamətdən ibarət oldu:
1. Qrup məhsuldarlığının yüksəldilməsi üsullarının tədqiqi və nəzərdə tutulmuş məqsəddən yayınmanın aradan qaldırılması metodlarınmüəyyənləşdirilməsi;
2. Komunikativliyin və şəayələrin yayılmasının tədqiqi;
3. Şəxsiyyətlərarası münasibətlərin və sosial qavramanın tədqiqi;
4. Liderliyin inkişaf etdirilməsi treninqlərin tədqiqi.
Kurt Levin qəfil ürək tutmasından 56 yaşında 1947-ci ildə 12 fevralda Massaçusetdə vəfat etmişdir.
Onun rəhbərliyi altında aşğıdakı tədqiqatlar aprılmışdır:
v “Bitmiş və natamam işlərin unudulması”- B.V. Zeyqarnik ilə birgə;
v “Məqsədlərin unudulması” – Q.B.Birenbaum;
v “Frustrasiya haqqında”- T.Dembo;
v “İddianın dərəcəsi”- F.Xoppe və s.
Kurt Levinin sahə nəzəriyyəsi

İnsanın davranışı iki formada – iradi və sahəvi olur. İradi davranış daxili ehtiyac və motivlərdən, sahəvi davranış xarici obyektlərin təsirindən yaranır.
Bunu müəyyən etmək üçün Kurt Levin öz eksperimentini aşağıdakı formada aparır: Tədqiq olunanı eksperiment otağına guya intellektini və ya qavrayışını öyrənmək üçün dəvət edirlər. Tədqiq olunan otağa daxil olduqdan az sonra eksperimentator təcili bir yerə zəng edəcəyini bildirərək otaqdan çıxır. Otaqda tək qalan şəxsin davranışı gizli kamera və görüntülü güzgü ilə izlənilir. Otaqda yerləşən əşyalardan hansılarının tədqiq olunanda maraq yaradacığını müşahidə edirlər.
Kurt Levin nəzəriyyəsinin əsasanlayışları:
Həyati sahə – bu əsas açar anlayışlardan biridir. Bu termin daxilində real və qeyri-real aktiv keçmiş və gələcək hadisələr ifadə olunur. Biz bura gözləmələri, sevgi və ya nifrət obyektlərini, ümumiyyətlə insan fəaliyyətini şərtləndirən hər bir şeyi aid edə bilərik. Həyati sahəni Kurt Levin “psixoloji sahə” də adlandırırdı.
Region və sərhədlər – psixoloji sahə qrafik təsvirlərlə bölünən müxtəlif şöbə və regionlardan təşkil olunub. Sərhədlər keçicirilik xüsusiyyətinə malikdir. Həmçinin sərhəd nə qədər qalındırsa, bir o qədər də sərtdir vəkeçirilməzdir.
İnsanın dərk etdiyi hər bir şey həyati sahə faktoru adlanır. Hadisələr bir neçə faktorun qarşılıqlı təsirinin nəticəsidir. Şöbə və regionların sayı faktorların sayından asılıdır. Şöbə insanın şəxsi sahəsinə nə qədər yaxındırsa, bir o qədər də təsir etmə gücünə malikdir.
Bağlantı ( lokomosiya) – Regionlar arasında əlaqələr lokomosiyalar vasitəsilə reallaşır. Onların əsas vəzifələri insanın həyati sahəsində baş verən gərginlikləri tənzimləməkdir. Bir faktorun gərginlik dərəcəsi başqa bir faktorun lokomosiyası hesabına tənzimlənə bilər. Məsələn, arzu qeyri-real olaraq lokomosiya olub həyatda fiziki cəhətdən reallaşa bilməyən gərginliyin tənzimləyicisi ola bilər. Əgər arzu tam olaraq gərginliyi tənzimləyə bilmirsə, onda insan başqa regionları aktivləşdirir. Bu da effekt vermirsə, demək ki, regionların sərhədləri sərtdir, yəni insanın davranışı asılılıq səviyyəsindədir.
Ümumiyyətlə, bir həyati sferadan lokomosiyanı çıxardarkən aşağıdakı üç əsas prinsip nəzərə alınmalıdır:
v Bağlılıq prinsipi – hadisələr iki və daha artıq faktorun nəticəsidir;
v Konkretlik prinsipi – effektlik konkret faktorlardan asılıdır;
v Zaman prinsipi – gərginlik mövcüd olduğu anda lokomasiyanın effekti gözlənilə bilər.
Psixoloji zaman – Kurt Levinə görə psixoloji zaman həyati situasiyalarla şərtlənir. Bura individin real vəziyyəti ilə yanaşı, insanın öz keçmiş və gələcəyi haqqında təsəvvürləri də daxildir. Bu sahənin təsəvvürləri istər keçmiş olsun, istərsə də gələcək real olaraq yaşanır və birbaşa insanın davranışına təsir edir.
Valentlik – yuxarıda qeyd olunduğu kimi insanı əhatə edən əşyalar valentlik xüsusiyyətinə malikdir. Kurt Levin tərəfindən tədqiq olunan bu anlayış altında obyektin cəlbetmə və uzaqlaşdırma xüsusiyyəti nəzərdə tutulur. Burda insan üçün dəyərlər regionundan söhbət gedir. Cəlbetmə obyektləri müsbət valentlik, uzaqlaşdırma obyektləri isə mənfi valentlik yaradır. Məsələn, əgər insan acdırsa, yeməyin qoxusu onda müsbət valentlik, əsk halda mənfi valentlik yaradır.
Gərginlik – bu anlayış müasir psixologiyada xüsusi yer tutur, insana təsir gücünü şərtləndirir. İnsan gərginliyini aradan qaldırmaq və ya gizlətmək üçün onu tənzimləməyə çalışır. Buna əsasən də Kurt Levin konflikt fenomeninin mexanizmini izah etməyə çalışır. Onun nəzəriyyəsinə əsasən müsbət və mənfi valentliklər iki əsas hərəkətverici qüvvələrdir. Bu iki hərəkət qüvvəsi üç növ daxili konfilikt yaradır:
1. Insan iki müsbət valentlik arasında qalır. O, məcburən onlardan birini seçməli olur. Lakin o tərəddüddə qalır, tərəddüdün səbəbi seçimdə yanılmaq qorxusu olur.
2. İki mənfi valentlik arasında seçim etməli olur. Bu zaman tərəddüdün müddəti və gərginliyi daha yüksək olur.
Kurt Levin görə insanın konfliktli vəziyyəti onun psixoloji sahəsində obyektlərin valentlik xüsusiyyətindənasılıdır.
3. Eyni zamanda həm mənfi, həm də müsbət valentliklə qarşı-qarşıya gələrkən yaranan tərəddüd baş verir. İnsan bir növ var-gəl vəziyyətində qalır.
Psixoloji yüksəliş – Kurt Levinin nəzəriyyəsinə görə psixoloji yüksəliş bir regionun digər regiona hərəkəti kimi qəbul edilir. Belə ki, insan ilk A regionu tərk edərək yeni B regiona hərəkət etməyi psixoloji yüksəlişin başlanğıcıdır. Bu zaman şəxsi sferanın differensiasiyası baş verir. Differensiya nə qədər çoxdursa şəxsiyyətin inkişaf pilləsi bir o qədər yüksəkdir. Differensiya genişliyi və dərəcəsinə görə xarakterizə olunur.
Beləliklə, deyə bilərik ki, insanın da digər canlılar kimi müəyyən fiziki və sosial sahəsi vardır. O, öz istək və münasibətlərini, məqsəd və planlarını bu sahənin real qanunlarına əsasən qurmağa məcbur oluruq. Bu isə bizə zaman və müasir qanunlar çərçivəsində davranışımızı tənzimləməyər, həyata olduğu kimi yanaşmağımıza kömək edir.
İstənilən şəxs düzgün inkişaf etmək üçün öz mövcud qabiliyyət və bacarıqlarını aşkarlamalı, yalnız bundan sonra onları inkişaf etdirməlidir. Daha sonra formalaşan biliklərini cəmiyyətə təqdim etməli, onların dəyərləndirmələri arasında seçim etməlidir.