Hər bir nəzəriyyəçi özünü öyrənərəq yeni nəzəriyyəsini yaradır. Bütün insanların qorxulari, sevincləri du dünyada reallaşır, bu dünyada yaşanır.Baxmayaraq hər birimizin daxilində öz dünyamız var. Ona görə hər bir nəzəriyyə müəyyən qədər hər birimizi əhatə edir.
Həyatı:
Alfred Adler 1870-ci ildə Venada tacir ailəsindəanadan olub. Freydən fərqli olaraq onların məhəlləsində yahudilər az olub və o almanca ondan daha təmiz danışırdı. Atası leopuld adler gənckən Venaya gəlir və burda uğurlu ticarətlə məşğul olur.Adler 6 uşaqlı ailənin üçüncü uşağı olub.Özünün yazdığına görə uşaqlığında çox əziyyət çəkib, dəfələrlə ölümlə qarşılaşıb. Onunla bir yatağı paylaşan qardaşı elə onun yanındaca vəfat edir, daha sonra küçə iğtişaşlarinın birində az qala öldürüləcəkdi. Həmçinin yeniyetmə olarkən o ağır pnevmaniyaya tutulur.Orta məktəbin ilk illəri onu üçün çox çətin olmuşdur.riyaziyatı götürə bilmədiyi üçün 2-ci sinifdə qalmalı olur. Dərslərdə zəif oxuduğu üçün məktəb direktoru onun atasına məsləhət görür ki, oğlunu çəkməçiyə şagirdliyə qoysun. Lakin atası oğlunu həvəsləndirə bilir və tezliklə Adler məktəbin ən yaxşı oxuyan şagirdlərindən biri olur.
18 yaşında Adler Vena Tibb Universitetinə daxil olur. Həmin dövrlərdə o Venada fəallaşan siyasi və ictimai hərəkatlara qoşulur. Yığıncaqların birində o, gələcək həyat yoldaşı rus mənşəli Raisa Epşteyn ilə tanış olur.onlar 1895-ci ildə evlənirlər.
1898-ci ildə adler ilk məqaləsini kiçik braşurada dərc etdirir.”dərzilər üçün sağlamlıq dərsliyi” adlı bu braşurada peşədən irəli gələn xəstəliklərdən bəhs edir.
1900-cu ildən etibarən psixiatriya problemləri ilə maraqlanmağa başlayır.Ziqmund Freydin “Yuxuların yozumu” kitabı ilə tanış olur və bu kitab haqqında fikirlərini 1901-ci ildə nəşr etdiyi məqaləsində müsbət kontekstdə şərh edir. Bu məqalədən sonra Freyd Adleri öz həftəlik psixoanalitiklər dərnəyinə çağırır.adler əvvəlcəbu dəvəti tərəddüdla qarşılayır. Çünki onun marağı fərqli idi, belə ki, onu daha çox fiziki qüsurların şəxsiyyətin inkişafına təsiri maraqlandırırdı. Lakin Freyd onu inandırır ki, bu yığıncaqda bir çox psixoloji problemlər haqqında diskusiyalar aparılacaq. 1902-ci ildə 32 yaşlı Alfred Adler psixoanalitiklər cəmiyyətinə üzv olur. Bu cəmiyyətin üzvləri içərsində Freydən başqa Vilhelm Ştekel, Maks Koqan və Rudolf Reytler də daxilidi. Bu cəmiyyət daha sonralar Vena Psixoanalitiklər Cəmiyyəti adını daşımağa başlayır.
Alfred Adler 1907-ci ildə Orqanların natamamlığının öyrənilməsi kitabını dərc edir.
Freydin “bütün psixi xəstliklərin əsasında seksual travmalar durur” fikri ilə razılaşmayan Adler bu kitabda öz fərqli düşüncələrini əsk etdirirdi. Kitabdakı yazılarına baxmayaraq onu 1910-cu ildə Vena Psixoanalitiklər Cəmiyyətinin prezidenti seçirlər. Lakin 191-ci ildə Adler öz həmfikirləri ilə (Freyd onları Adlerin bandası adlandırırdı) Freydlə və cəmiyyətlə əlaqələrini kəsirlər.
1912-ci ildə Adler “Fərdiyyat psixologiya”jurnalını təsis etdirir. Bu jurnalın nəşri Birinci dünya müharibəsi dövrü dayanır və Adler cəbhə bölgəsində hərbi qospitalda həkim işləyir.Müharibədən sonra 1919-cu ildə Avstriya hökümətinin dəstəyi ilə o uşaqlar üçün reabilitasiya klinikası açır. Daha sonralar bu cür klinikalar Almaniyada, Niderlandda, ABŞ-da təşkil edilir.Həmin klinikalarda Adlerin tələbələri fəaliyyət göstərirdilər. Gitlerin hakimiyyəti dövründə bu klinikalar bağlanılır və yalnız 1946-cı ildə yenidən bərpa olunur. Onun təsis etdiyi jurnal isə “Beynəlxalq Fərdiyyat psixologiyası”adı ilə 1947-1947-ci illərdə yenidən nəşr edilməyə başlanır.1926-cı ildə Adleri Nyu0Yorkun Kolumbiya Universitetinə professor kimi işləməyə və mühazirələr söyləməyə dəvət edirlər.1935-ci ildə o tam olaraq Amerika vətəndaşlığını qəbul edir.
Alfred Adler 1937-ci ildə mühazirə söyləmək üçün gəldiyi Şotlandiyanın Abardin şəhərində ürək tutmasından vəfat edir. Övladlarından Aleksandra və Kurt onun davamçıları olmuşdur.
FƏRDIYYƏT PSIXOLGIYASININ ƏSAS MÜDDƏALARI:
1. Fərdin bir tam kimi: Insanın bütöv bir orqanizm olması haqqında fikirlər Adler psixologiyasının əsas müddəasını təşkil edir. Latınca “individium” – bölünməz mənasını verdiyi üçün Adler də öz nəzəriyyəsini “Individual psixologiya” adlandırmışdır. Adlerə görə həyati fəallığın heç bir formasını şəxsiyyətdən ayırıb nəzərdən keçirmək olmaz. Fərd beyin ilə bədənin qarşılıqlı əlaqəsində bütöv bir tam olduğu kimi, psixi həyata münasibətdə də belədir. Adlerə görü individual psixologiyanın əsas vəzifəsi bu bütövlüyü hər bir fərddə, onun təfəkküründə, hisslərində, hərəktlərində, şüur və şüursuzluğunda sübut eləməkdir. Şəxsiyyətin bütövlüyü strukuturunu Adler həyat tərzi kimi müəyyən etmişdir.
2. Insan həyatı mükəmməlləşməyə fəal cəhd kimi: Insana orqanik bütöv, tam baxış vahid bir psixodinamik prinsip tələb edir. Adler onu həyatdan, daha doğrusu, həyatın elə bir şəraitindən çıxarmışdır ki, hansı ki, onu böyümə və inkişafa doğru istiqamətlənmiş daimi hərəkətsiz təsəvvür etmək olmaz. Ancaq həyatı əhəmiyyətli məqsədlərə istiqamətlənmiş hərəkət zamanı fərd bütöv bir tam kimi qavranıla bilər. Insanın daimi mükəmməlləşməyə cəhd etməsini deyərək Adler fikirləşirdi ki, inanlar hеç də daxili və xarici səbəblərdən itələnmirlər, əksinə onlar həyatı əhəmiyyətli məqsədlərə doğru, irəli hərəkət edirlər. Insanların qarşılarına qoyduğu məqsədlər, eləcə də onların uğur əldə etmək üçün istifadə etdikləri fərdi üsulllar onların öz həyatlarına əhəmiyyətin verdiyini başa düşməyə kömək edir. Adlerə görə bu həyati məqsədlər dərəcədə fərdi olaraq seçilir, deməli, daim mükəmməlləşməyə çalışan insan öz hərəkətlərini planlaşdıra və öz taleyini müəyyən edə bilir.
3. Fərd yaradıcı və özünü müəyyən edən bir tam kimi: Şəxsiyyətin formalaşmasında irsiyyətin və ətraf mühitin rolunu qəbul edən Adler, insanların yaradıcı qüvvəyə malik odluğunu iddia edir. Bu qüvvə insan təcrübəsinin hər bir sahəsinə təsir edir: qavrayış, hаfizə, fantaziya, arzular. Bu hər bir insanı özünümüəyyən edən fərd, öz həyatının arxitektoru edir. Insanın yaradıcı təbiəti və azadlığı barədə məhz bu fikirlər psixoloqlara Adleri müasir humanist nəzəriyyənin yolgöstərəni hesab etməyə imkan verir.
4. Fərdin sosial mənsubiyyəti: Adler insanı böyük sistemlərin, ailə, cəmiyyət və s. tərkib hissəsi kimi anlayırdı. “Individual psixologiya” fərdi cəmiyyətin tərkibində öyrənir. Adler nəzəriyyəsində əsas aparıcı fikir, insanın bütün davranışın sosial kontekstdən doğması və insan təbiətinin mahiyyətinə yalnız sosial münasibətləri başa düşdükdən sonra çatmaq olar fikridir. Bu konsepsiyada davranışın sosial determinantları o qədər vurğulanır ki, o müasir psixologiya nəzəriyyəsində ilk sosial psixoloq reputasiyasını qazanmışdır.
5. Fərdi subyektivlik: Fenomoloji ənənələrə sadiq olaraq Adler hesab edirdi ki, insanın davranışı həmişə onun özü və ətrafdakıları barədə fikirlərindən asılıdır. Insanlar özlərinin yaratdığı dünyada öz “appersepsiya” sxemlərinə uyğun olaraq yaşayırlar. Sonralar Adler sübut etmişdir ki, insanlar yalançı, üzdə görsənən məqsədlərlə-onların davranışını tənzimləyən, indiki və gələcək hadisələr barədə şəxsi fikirlərlə motivləşir. Insanlar onların obyektiv real olub-olmamasından asılı olmayaraq özlərinin bu şəxsi mühakimlərinə əsasən hərəkət edirlər.