Novruz – bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəliminə həsr olunur.
Nizami özünün “İskəndərnamə” poemasında Nüşabənin İskəndəri məhz edən Novruz bayramında qonaq çağırmasıdan, tonqal qalamasından və stola cürbəcür nemətləri qoymasından bəxs edir.
Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.
Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. QədimVavilonada bu bayram Nisanın (mart, aprel) 21 gün qeyd olunurdu və 12 gün davam edirdi. Bununla belə bu 12 günün hər birisinin öz ritualları (mərasim, ayin), öz əyləncələri mövcüd idi. Ilk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.
Islam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasına görkəmli maarifçilərdən Fürdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz Bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır və azərbaycan xalqı bunu çox təntənəmi və həm də hələ bir ay qalmışdan qeyd etməyə başlayır. Belə ki, hər həftənin üçüncü günləri Su Çərşənbəsi, Odlu Çərşənbə, Torpaq Çərşənbə və Axır Çərşənbə günləri qeyd olunur. Xalq mövhumatına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbə od, üçüncü çərşənbə yer, dördüncü çərşənbə küləyin köməyilə ağaclar cücərir və baharın gəlməsindən xəbər verir. Xalq arasında elə təsəvvür yaranır ki, külək sudan da, oddan da, yerdən də güclüdür.
Çərşənbələrin içində ən vacibi axırıncı – axır çərşənbə axşamıdır və əsas qəziyyələr onda başlanır. Həmin gün qədim ənənələrlə zəngin olur, bütün həyat tərzini əhatə edən, təzə ilə xoş arzular, ailəyə səadət, xoşbəxtlik və bütün bədbəxtlikdən uzaq olmaq arzulanır. Bütün evlərdə bayram süfrəsi açılır. Cürbəcür yeməklər, əsasən aş, şirniyatlar: paxlava, şəkərbura, şəkərçörək, şorqoğal, badambura və s. Bayram süfrəsində bayram xonçasının olması vacibdir. Xonçanın ortasında səməni, hər ailə üxvünə şam, boyadılmış yumurta qoyulur. Stolda yeddi növ yemək olmalıdır. Həmin gün hamı öz evində olmalıdir, ancaq uşaqlar ata-analarına baş çəkib, yenə də evə qayıtmalıdırlar.новруз
Həmin qədim ənənərlə, oyunlarla zəngirdir. Ən yayılmışı xalqı tərənnüm edən yaradıcılığının bütün janrlarından: nağıllar, hekayələr, dastanlar, lətifələr, məsxərlər və sair istifadə olunur. Qədim ənənələrdən “Xıdır İlyas” (məhsuldarlıq, çiçəklənmə rəmzi), “Kos-kosa” – meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.
Su və odla bağlı maraqlı ənənələr var. Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl axırıncı Çərşənbə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən tullanmalıdır, özü də yeddi dəfə, ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə. Tullamaqla bərabər bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə”. Tonqal heç vaxt su ilə söndürülmür. Tonqal özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır.
Su ilə saflaşma isə suyun real əlamətilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə illə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaqla, keçən ilin günahlarını yumuş olursan. Bundan başqa bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyulənə görə axırıncı Çərşənbə Gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətda ağaclar da yerə əyilir. Əgər təzə il axşamı hər kəs bu sudan içərdisə, onlar Təzə ildə bütün xəstəliklərdən uzaqlaşırdılar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərin təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yaylım atəşləri açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: “Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yaylım atəşləri bildirirdi”. Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Şamaxı Adam Oleariy hələ 1637-ci ildə yazırdı: “Münəccim (astroloq) tez-tez arxasından qalxaraq, astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlühünü təyin edərək, gündüzlə gecənin bərabərlişdiyi anda elan etdi: “Təzə il gəldi” və elə bu anda yaylım atəşləri başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə Bahar bayramı başlandı.”
Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə yeddi növ xörək olmalıdır ki, adları da “S” hərifdən başlayır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa stola güzgü və şamlar qoyulur, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam od, işıq deməkdir hansı ki, insana bədnəzərdən qoruyur, güzgü aydınlıq rəmzidir. ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır.
Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan.” Bir qayda ilaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağınlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci günü – yaz, ikinci – yay, üçüncü – payız, dördüncü gün isə – qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı tə’yin olunurdu.
Novruz şən və sevimli bayramdır, xalqımızın bütün varlıqlarını özündə cəmləşdirən bayramdır.
Novruz Adətləri
Hər xalqın həyatında, məişətində çoxlu bayramlar olsa da, onlardan biri daha məşhur, daha sevimli olur. Azərbaycan xalqınında eləliklə keçirdiyi belə bir bayram Novruz bayramıdır.
Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. ….. Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramıda bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar:
Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Əkinçi məhsul əkəcəyi torpağın şumuna başlayır. Bağban meyvə ağacların quru budağlarını kəsib atır. Uşaqlar Novruz gülü, qar çiçəyi üçün meşələrə, çöllərə üz tuturlar.
El-obada, hər ayilədə Novruz Bayramının gəlməsinə azı bir ay qalmış hazırlıq işləri aparılır. Evlər Ağardılır, Paltar-palaz, qab-qacaq yuyulur. Həyət-baca süpürülüb təmizlənir. Hamı üçün təzə paltar tikilməyə cəhd göstərilir.
Novruz bayramının çərşənbələrində həyətlərdə tongal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələrdə oxuyarlar.
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Yaxud:
Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.
Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq salmaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.
Onların qurşaqlarına qovurqa, boyanmış yumurta, alma, armud, ərik, qavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi şəhriyar da ” Heydərbabaya salam” əsərində bu qurşaq sallamadan danışıb:
Bayram idi gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydaydı şal sallamaq,
Bəy şalına bayrampayı bağlamaq.
şal istədim məndə evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qullamgilə qaçdım şalı salladım,
Fatma xala mənə corab bağladı.
Xan nənəmi yada salıb ağladı.
Novruz bayramı süfrəsinə cürbəcür xörəklər, çərəz, şirniyyat düzülür. Səməni, gül-çiçək, güzgü, su, qızıl əşyalar qoyulur. Evdəkilərin hər birinin adına şam yandırılır.
Inama görə, Novruz bayramı axşamında hər kəs gərək öz evində olsun. Həm də hamı dərd-qəmi unudub şən ovqatlı olmalıdır. Onda bütün il adam üçün elə belə keçər.
Novruz bayramı günündə adamlar taza paltarlarını geyib bir-birinin evinə bayram təbrikinə gedər, hədiyyələr apararlar. Bayramlaşmağa gələnlər üçün süfrəyə Novruz munasibətilə bişirilmiş şəkərbura, paxlava, qoğal və başqa şirniyyatlar, çərəzlər düzülür.
Novruz bayramında kin-küdürət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.
Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.
Novruz bayramı
əvvəlki yazı