Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Maraqlı məlumatlar

Fərqli cəhətlər

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

1970-ci illərdə alimləri o narahat edirdi ki, gender fərqi sahəsindəki tədqiqatlar qadınlarla bağlı stereotiplərin korlanmasına və bunların qadınlara mənsub çatışmamazlıq kimi yozulmasına gətirib çıxaracaq.1980-ci illərdən başlayaraq gender fərqini tədqiq edən alimlər özlərini daha sərbəst hiss etməyə başladılar: ilkin mərhələdə əsassız şişirdilmiş stereotipləri təkzib etməklə «cinslərin bərabərliyi barədə olan təsəvvürləri inkişaf etdirmək» istəyirdilər.Bundan sonra 1990-cı illərdən başlayaraq bir çox tədqiqatçılar psixologiyanın digər sahələrində öyrənilənlərdən heç də az əhəmiyyət kəsb etməyən bir sıra əhəmiyyətli gender fərqləri aşkara çıxardılar.Bir çox elmi-tədqiqatlar cinslər barədə olan bir sıra stereotipləri təsdiqlədi. Məs., kişilərlə müqayisədə qadının daha az aqressiv olması, onların daha çox qayğıkeş, himayədar və hissiyyatlı olmaları və s. eksperimental şəkildə sübut olundu
Ümumi halda, kişilərdə məntiqi-rasional funksiya daşıyan sol və qadınlarda hissi-atributiv funksiya daşıyan sağ beyin yarımkürəsinin dominant aktivlik təşkil etməsi ilə əlaqədar olaraq, onların istər davranış və düşüncə modeli, istərsə də, cəmiyyətin etik və estetik normalar sistemindəki yeri həmişə biri-birindən kəskin fərqlənib və bütün bunlar son nəticədə, tarixən əks qadın-kişi stereotiplərinin formalaşmasına gətirib çıxarıb.
Hələ uşaq yaşlarından oğlanlara – inadkarlıq, rasionalizm, öz qüvvəsinə inam və s. qızlarasa – qayğıkeşlik, həssaslıq, mülayimlik, zəriflik və s. kimi keyfiyyətlər təlqin edilir.
Sırf kişi davranış stili həmişə aktivlik, məqsədyönlülük, qətiyyət və rasionallıqla əlaqədar təsəvvür olunub. Qadınlarsa əksinə, həmişə intellektual və iradi sferalardan kənar, yalnız emosiyalarla əlaqədar bir məxluq kimi qəbul edilib. Kişi adı bütün hallarda – qüvvə, qadın adısa – ismət, incəlik, həssaslıq və qayğıkeşliklə assosiasiya edilir.
Kişilərdə – xarici görkəm (hündürboyluluq, enlikürəklilik…), qüvvə, kişilik, ağıl, müstəqillik, qeyri-adilik, istedad, vicdanlılıq və s.; qadınlardasa – müxtəlif davranış və danışıq maneralarında, hətta duruşlarında üzə çıxan incəlik, zəriflik, köməksizlik, mehribanlıq, utancaqlıq, emosionallıq və s. kimi xüsusiyyətlər əks cins üçün xüsusi cəlbedici təsir göstərir.
Funksional baxımdan kişiləri eyni məsələnin yalnız məntiqi-rasional tərəfləri, qadınlarısa onun emosional – hissi tərəfləri daha çox maraqlandırır. Kişilər üçün öz emosiyalarını gizlətmək, qadınlarçünsə – əksinə, onları dərhal büruzə vermək daha çox xasdır. Kişilər öz həmsöhbətləri ilə əsasən iş, idman, ictimai problemlər və s. barədə, qadınlarsa – öz problemləri, həyatları və s. barədə daha intim söhbət aparırlar.
Ailədə qadınlar öz həyat yoldaşlarına daha çox emosional dəstək göstərsələr də, bunun müqabilində ondan heç vaxt dərin emosional yaxınlıq görmədiklərindən (çünki kişilərdə, ümumiyyətcə, belə hiss fitrən yoxdur) məyus olur, belə yaxınlığı öz rəfiqə və qohumlarından axtarır, yaxud da öz aləmlərinə qapılırlar (əlbəttə ki, «qisasçılıq» mövqeyi tutmurlarsa).
İctimai həyatda – kişiləri məqsədin əldə edilməsi maraqlandırdığı halda, qadınlar üçün – əməkdaşlıq prosesinin özü daha önəmli olur.
Həmçinin, rəngarəng məhəbbət macəralarında – qadınları birinci növbədə ailə qurmaq, özünə daimi arxa, güclü və etibarlı dost tapmaq maraqlandırdığı halda, kişilər üçün bu məcaralar çox vaxt həyat təcrübəsi toplamaq, özünütəsdiq, bir sıra halda isə, öz cinsi tələbatını ödəmək və s. üçün əhəmiyyət kəsb edir.
Sadalanan aspektdə aşağıdakı qanunauyğunluqlar da, xüsusi əhəmiyyətlidir.
Yüksək məlumatlı və təhsilli qadınlar istər öz cinsi və istərsə də əks cins yanında elə böyük cəlbedici təsirə malik olmurlar. Hər iki cins onlarla kontaktı nə isə çox az zövqlü bir iş kimi qəbul edir. Onlar hətta öz sahələrində tanınmış mütəxəssis olsalar da belə, tanışlar onlara ünsiyyət tərəf-müqabili kimi başqalarından daha az hərarət və canıyananlıq nümayiş etdirirlər. Kişilərsə belə qadınları daha az seksuallığı və cəlbediciliyi olan tip kimi qəbul edirlər.
Həmçinin ikinci məsələ barədə: Eyni bir qrupdan, peşə sahəsindən, kollektivdən və s. olan qadın və kişi bir-biri üçün daha az cəlbedici və qeyri-adi təsir bağışlaya bilirlər. Kişilərin təsəvvürünə görə ‘‘yad’’ qadınlar daha çox zəruri qadın keyfiyyətlərinə (məs., lətiflik, qayğıkeşlik, mülayimlik, mehribanlıq, oynaqlıq, gülərüzlülük, taktlılıq və s. kimi) malikdirlər, nəinki ‘‘öz’’ qadınları. ‘‘Öz’’ qadınları aydındır, kişilər üçünsə qadında vacib olanı – onların ‘‘anlaşılmazlığıdır’’.
Bunlar çox geniş aspektdə qadın və kişi dəst-xəttini bir-birindən fərqləndirən ən ümumi tendensiyalar idi. Gündəlik həyatda çox tez-tez bunlardan istisnalara rast gəlmək mümkün olsa da, ümumi halda, bu istisnaların sayı qadın və kişi səsi arasındakı fərqlərdən o qədər də çox deyil və bu əkslik bir yerdə ümumi fəlsəfi tamlığı yaradır.

Baxış sayı: 616
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Aylara gore xasiyyetiniz
növbəti yazı
Xarkterə görə həyata baxış

Related Posts

20 psixoloji effekt

15 Fevral 2022

Maraqlı məlumatlar

19 Aprel 2019

Gülüş psixologiyası

19 Aprel 2019

Maraqli faktlar ve haisələr

19 Aprel 2019

Xrng psixoloji dstk hyata balayr

19 Aprel 2019

Şəxsiyyətin anomaliyası

19 Aprel 2019

Maraqlı məlumatlar

19 Aprel 2019

Xalq pedaqogikasında əmək tərbiyəsi.

19 Aprel 2019

Uşaqlara xəbər necə təsir edir

19 Aprel 2019

"Yox" demək və yaxşı əlaqələr saxlamaq üçün yeddi...

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net