Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Psixoloq məsləhəti

Uşaq nitqinin inkişafı

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019

Uşaq nitqinin inkişafı
İlk dövrdə uşaqda nitqi mənimsəməyə hazırlıq gedir. Uşağın nitqi valideynlərin, onu əhatə edən yaxınların nitqinin təsiri altında formalaşır. Uşaq anadan olduğu andan səs reaksiyaları olan çığırtı, ağlamaq yaranır. Bunlar artikulyasiya aparatının inkişafına kömək edir. İlk birinci ayında dodaqlarını tərpədir və gülümsəməyə çalışır. Uşaq səsli oyuncaqdan da çox insan səsinə reaksiya göstərir. Körpə uşağın çox xoşuna gəlir ki, onu dindirsinlər. O, bundan sevinir və ağlamağı kəsir. Körpəyə həmişə mehriban və qayğıyla yanaşmaq uşağın yaxşı inkişaf etməsinə kömək edir. Bir aylığında artıq onu beşik mahnıları (lay-layla) ilə sakitləşdirmək olar . 1-aydan 3 aya kimi uşaq görmə və eşitmə qıcığına qarşı reaksiya verir. Bu ayda əllərinə baxma reaksiyası formalaşır, 4-5 aya kimi davam edir. Əvvəllər özündən asılı olmayaraq hər hansı bir şeyi edirdisə, tədricən özü başa düşərək etməyə çalışır. Hər hansı bir şeyə qarşı üzündə ifadə yaranır (məs; küsmə). Daha sonra o, danışana tərəf başını çevirir və gözləri ilə onu izləyir. Təxminən 2 aylığında uğultu, 3 aylığından vağ-vuğ (uşaq danışığı) başlayır. 5 aylığından uşaq səsləri eşidir, ətrafında olanların dodaqlarının hərəkətlərini görür və yamsılamağa səy göstərir. Hər hansı bir hərəkətin təkrarı, hərəkət vərdişinin möhkəmlənməsi ilə nəticələnir. 5 ayında uşaq üzə diqqətlə baxır, gözlərini və ağzını geniş açır. Böyük adam ona yaxınlaşırsa, onunla ünsiyyətə girirsə, uşaq bəzi hərəkətlər etməyə çalışır (məs; özünü tərpədir). Bu zaman sevinc, qorxu, kimi hisslər yaranır. 3 aydan 6 aya kimi reaksiyalarda canlanma hiss olunur və yaxın adamlarını yaxşı tanıyır. Elə bu aydan başlayaraq uşaq iməkləyir və bu zaman əllərinə dirənərək bədənini qaldırmağa çalışır. Uşaq iməkləməyə başlayarkən ətraf aləmə marağı artır, əşyaları görür və hiss edir. Bunu qisməndə olsa, nitqində yamsılama yolu ilə müxtəlif hecalarla bildirməyə çalışır (məs; ma-ma, pa-pa). Uşaq oyuncaqları əlinə alarkən diqqətlə baxmır, həm də onun hara qoyulmasını izləyir və əli ilə göstərir. Oyuncağı verəndə sıxır və ağzına aparır. Bu hərəkətlər emosional reaksiya ilə hiss olunur. O, gah gülür, gah da ağlayır. Artıq 7-9 aylığında uşaq böyüklərin ardınca daha çox səs birləşmələrini təkrarlayır. 10-11 aylığında şəraitdən asılı olmayaraq körpədə sözlərə reaksiya yaranır. Bu zaman uşağı əhatə edən nitq mühitinin onun nitqinin formalaşmasına çox böyük təsiri vardır. Bir yaşın sonunda artıq ilk sözlər deyilməyə başlayır.
Məsləhət:Hamiləliyin ilk günlərindən bətndaxili uşaqla ünsiyyətdə olmaq lazımdır. Nitqin inkişafı üçün valideynlərin bir-birilə danışması, uşaqlarla ünsiyyətdə olmaq əsas amillərdən biridir. Uşaqla danışarkən düzgün və səlis nitqdən istifadə olunsun. Bu zaman aydın nitq və çoxlu söz ehtiyatının olması vacibdir. Elə fikirləşməyin ki, uşaq sizi başa düşmür. Körpə deyilən sözü, danışdığınız hər bir şeyi başa düşür, beyninə yığır və lazım olduğu vaxtda o, sizə cavab verəcək. Körpəni qucağınızda və ya əlindən tutub gəzdirdikdə bu zaman çoxlu danışmaq və əşyaları göstərmək lazımdır. (məs; mebeli gördükdə bu mebeldir, bu stoldur) və s . Körpəniz hər hansı bir şeydən qorxursa, çalışın ondan uzaq tutun (məs; tozsoranın səsi) və.s Bu qorxu körpənizdə nitqin inkişafdan qalmasına səbəb ola bilər.
mənbə–http://www.geleceknesil.az/

Baxış sayı: 726
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
XOCALI FACİƏSİ
növbəti yazı
Davamlı nəsihətlə problemi həll edə bilməzsiniz

Related Posts

Psixoloji təsir və məsləhət.

19 Aprel 2019

Psixoloq məsləhəti

19 Aprel 2019

Psixoloqlara görə xoşbəxtliyin səkkiz şərtindən biri.

19 Aprel 2019

Psixokonsultasiya və məsləhət.

19 Aprel 2019

PSixoloji Meslehetler

19 Aprel 2019

Psixoloq mesleheti

19 Aprel 2019

Asperger sindromu nədir?

19 Aprel 2019

Davamlı nəsihətlə problemi həll edə bilməzsiniz

19 Aprel 2019

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net