Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Xəbərlər

XOCALI FACİƏSİ

yazdı Admin 19 Aprel 2019
yazdı Admin 19 Aprel 2019
XOCALI FACİƏSİ

1988-ci ildən başlamış Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. 
Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.
Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir.
1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də məskunlaşmışdılar.
1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.

Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edilmişdir.
Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov oldular. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da onların çoxu soyuqdan, şaxtadan məhv oldular…

Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.
Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər… 


Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
25 fevral 1997-ci ildə “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Fərman verilmişdir.

Baxış sayı: 864
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
XOCALI SOYQIRIMI
növbəti yazı
Uşaq nitqinin inkişafı

Related Posts

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun...

03 Fevral 2023

Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir

31 Yanvar 2023

“Beyin və Davranış Laboratoriyası”nın elmi tədqiqat qrupunun növbəti...

27 Yanvar 2023

Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib

25 Yanvar 2023

Uşaq Psixologiyası və İnkişafı rəsmi ixtsasartırma təhsilinin növbəti...

25 Yanvar 2023

Psixologiya Elmi-Tədqiqat İnstitutunda cari ildə görüləcək işlərlə bağlı...

24 Yanvar 2023

Psixologiya Elmi-Tədqiqat İnstitutu və “Zəfər” Şəhid Ailələrinə Dəstək...

21 Yanvar 2023

Elmi tədqiqat qrupunun növbəti görüşü keçirilib

18 Yanvar 2023

“Uşaqlar üçün Oyun Terapiyası və Rasional Emosional Davranışçı...

18 Yanvar 2023

AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA Kursu Rəsmi İxtisasartırma Təhsilinə qeydiyyat...

17 Yanvar 2023

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net