Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Fərdi inkişafPsixoterapiya

Sadəcə sizin olanı kəşf edin

yazdı Admin 30 May 2022
yazdı Admin 30 May 2022
Sadəcə sizin olanı kəşf edin

Məqsədləriniz var. Hər birinizin. Amma nəsə mane olur sizə? Nəsə məqsədinizə doğru addımlamağa mane olur. Bir çox səbəb ola bilər. Vaxtınız yoxdur, həvəsiniz yoxdur, imkanınız yoxdur, dəstəyiniz yoxdur, enerjiniz yoxdur, gücünüz yoxdur, biliyiniz yoxdur, bacarığınız yoxdur və s. Bunlardı sizə mane olan şeylər? Yox. Sizsiniz. Özünüz. Bunlar bəhanələrdi. Bəhanələr yaxşı səslənir. Bəhanələr zehninizin uydurduğu yalanlardı. Siz onlara inanırsınız. Amma bəhanələri bir kənara atıb, reallıqla üzləşməlisiniz. Reallıq isə budur ki, vaxtınız var, həvəsiniz var, imkanınız var, dəstəyiniz var, enerjiniz var, gücünüz var, biliyiniz var, bacarığınız var. Nəsə etmək çox asandır. Çünki, hərəkətə keçmək insanın vücudunu adrenalin və dopaminlə doldurur. Özünüzü enerjik və yaxşı hiss edirsiniz. Çətin olan heç nə etməməkdir. Çünki, bu zaman insan özünü pis hiss edir. Heç nə etmədiyiniz anlarda siz çətin olanı seçirsiniz. Bunu özünüzə xatırladın.

Keçən postlarımın birində dediyim kimi 20 günə ingilis dilində sürətlə danışmağı öyrənmişəm mən. İkinci bir dildə danışmağı öyrənmək dünyanın ən çətin işlərindən biridir. Çünki, beyin buna öyrəşmiyib. Həmişə ana dilinizdə düşünür və ana dilinizdə danışırsınız. Beynimi ingiliscə düşünməyə vadar etmək üçün gündə 11-12 saat çalışırdım. Bu dövrdə ağlıma mənim də min cür bəhanə gəlirdi.

  • Yorğunsan, bu gün məşq etmə
  • Heç kim bu qədər çalışmır.
  • Cavansan, bir az əylən, dostlarla görüş.
  • Bütün bu səylər bir nəticə verməyə bilər.
  • Mücərrəd bir şey üçün bu qədər pul xərcləməyə və çalışmağa dəyməz.

Bütün bunlar mənim də ağlıma gəlirdi. Sadəcə məhəl qoymadan çıxdığım yolda addımlamağa davam edirdim. Və nələri bacardığım və əslində gün ərzində nə qədər boş vaxtımın olduğunu görəndə həqiqətən təəccübləndim. Məsələn, mənim bir terapiya seansım 50 dəqiqə sürür. Bir seansın bitişindən o biri seansın başlanğıcına qədər 10 dəqiqə boş vaxtım olurdu. 6 seans arası boş vaxtların cəmi bir saat edir. Dolayısıyla, həmin 10 dəqiqələri birləşdirəndə ekstra bir saat boş vaxt əldə edirdim. Həmin bir saatı dəyərləndirmək isə məni çox İrəli salırdı. Həm də 10 dəqiqəlik zaman dilimləri ilə məşğul olduğum üçün yorulmurdum. 3c business calendar proqramı ilə gündəlik işlərimi saatlara böləndə nə qədər əlavə vaxtımın olduğunu görürdüm. Həmin əlavə vaxtları dəyərləndirmək isə insanı hər zaman irəli aparır. Üstəlik hobbiləriniz üçün də vaxt qalır.
Enerjiniz yoxdur deyə də düşünə bilərsiniz. Elə düşünürsünüzsə, enerjinizin və gücünüzün nəyə çatacağı ilə bağlı ən kiçik təsəvvürünüz belə yoxdur. İçinizdə, çox güclü bir enerji var. Hər hansı bir işi bitirəndə o enerjini hiss edəcəksiniz. Bəzən gecə saat 12-ə qədər çalışıram. Artıq yoruluram və öz-özümə deyirəm ki, bunu bitirim, day heç nə etməyəcəm. Amma bitirəndən sonra içimdə elə bir güc hiss edirəm ki, deyirəm, yox, bir az da çalışa bilərəm. Bunun verdiyi xoş hislər heç nə ilə müqayisə edilə bilməz. Bir dəfə yorğun halda gecə saat 11-də tanışımın toyundan evə gəldim. “Bu gün artıq keçdi, heç nə etmə, yorğunsan və gecədir” deyə zehnimdə fikir yarandı. Bunun bəhanə olduğunu bilirdim. Ona görə də qulaq asmadım və etməyim lazım olan hər şeyi etdim.
Siz də edə bilərsiniz. İçinizdə sonsuz güc var. Sadəcə sizin olanı kəşf edin.

Fuad Əsədov

Baxış sayı: 352
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Niyə bəzi insanlar tərk edilməkdən və tək qalmaqdan qorxurlar ?
növbəti yazı
Özünüzü tərifləyin

Related Posts

Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?

02 Fevral 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Sağlam və sağlam olmayan hisslər

17 Yanvar 2023

Əhvalım havaya görə dəyişir

27 Dekabr 2022

Ailədaxili münasibətlər

06 Dekabr 2022

Heç vaxt qazana bilməyəcəyimiz savaş

05 Dekabr 2022

Mükəmməlliyyətçiliyin öhdəsindən necə gələ bilərik?!

02 Noyabr 2022

Valideynlərimizdən gözləntilərimiz

18 Oktyabr 2022

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində...

13 Oktyabr 2022

Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

11 Oktyabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net