Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Fərdi inkişafPsixoterapiya

Bir uşağın nəyə ehtiyacı var?

yazdı Admin 28 May 2022
yazdı Admin 28 May 2022
Bir uşağın nəyə ehtiyacı var?

Deməli, ötən yazımda uşağın ailədən gördüklərinin bütün həyatına necə təsir etdiyini yazmışdım. İndi bu məsələni bir az açmaq istəyirəm. Gəlin, bu suala cavab verək. Bir uşağın nəyə ehtiyacı var?

  1. İlk növbədə bir uşağın təhlükəsizliyi hiss etməyə ehtiyacı var. Xüsusilə çox döyülən uşaqlar həmişə özlərini təhlükədə hiss edirlər. Çünki, sevdikləri insanlar onları incidir və onlar heç yerə gedə bilmirlər. Uşağın sabit ailəyə ehtiyacı var. Valideynlər uşağa həm fiziki, həm də mənəvi dəstək ola biləcək məsafədə olmalıdırlar. Uşaq özünü narahat hiss edəndə bunu valideynləri ilə bölüşə bilməlidir. Ona görə də, valideynlərin də bir biri ilə yaxşı yola getməyi lazımdır. Uşaq vaxtı bu tələbat ödənməyəndə, insan həyatı boyu insanlara güvənmir və psixoloji rahatlığı üçün çox az şey edə bilir. Bu tip insanların xüsusilə dostluq və sevgi həyatları sıxıntılı olur.
  2. Valideynlərdən sevgi, şəfqət və empatiya görmək də uşaq üçün son dərəcə önəmlidir. Bəzi valideynlər başları sakit olsun deyə uşaqlarının əllərinə telefon, planşet verir və özləri heç maraqlanmırlar. Bu tip uşaqlar yetişkin həyatlarında da insanlara bağlanmaqda çətinlik çəkirlər.
  3. Bir uşağın valideynləri tərəfindən müstəqil yaşamaq bacarığını inkişaf etdirilməsinə ehtiyac var. Bu o deməkdir ki, siz valideynlərinizin olmadan da müəyyən şeylər edə bilirsiniz. Əgər, ailəniz sizə tək başınıza nələrisə bacarmağı öyrədibsə, sizə uşaq olarkən müəyyən məsuliyyətlər veribsə, sizə cəsarətli olmağı, analiz etməyi və özünüzü müdafiə etməyi öyrədibsə, nə xoş sizə. Amma əgər həddən artıq qoruyucu bir ailədə böyümüsünüzsə, valideynləriniz sizin yerinizə hər işinizi görübsə, sizə azadlıq veribsə, o zaman bu gün də azad yaşamaqda çətinlik çəkir və bir valideyn fiquruna ehtiyac duyursunuz. Qoruyucu valideynlərin niyyətləri yaxşı olsa da, uşaqlarının yetişkin həyatını məhv edirlər.
  4. Uşaqların ən böyük ehtiyaclarından biri özgüvəndir. Amma tənqidçi valideynlər var. Onlar uşaqlarının hər zaman tənqid edir və onlardan daha yüksək nəticələr gözləyirlər. Bu tip valideynlərin xoşuna gəlmək mümkün deyil, çünki onlar üçün daima “daha yaxşısı” var. Onlar sizin sadəcə qüsurlarınızı görürlər. Uşaqlarsa qüsurlu olduqlarına çox tez inanırlar və düşünürlər ki, ailələri onları sevmir. Belə uşaqlıq keçirən insanlarda böyüyəndə də özgüvən problemi görünür.
  5. Uşaq özünü ifadə etməlidir və valideynlər onu dinləməlidir. Amma bir çox hallarda valideynlər uşaqlarının onların istəklərinə boyun əyməsini istəyir. Düşünürlər ki, bu tərbiyədi. Uşaqlarını daima öz istəklərinə uyğun yönəldirlər. Belə ailələrdə uşaqların istəkləri ciddiyə alınmır. Uşaq da valideynlərimin istəklərinə uyğun yaşayır və onları məyus etməmək üçün öz istəklərinizi unudur, valideynlərə boyun əyirlər. Bu bir növ valideynlər tərəfindən uşaqların istifadə olunmasıdır. Bu olduqca böyük bir problemdir. Çünki, bu tip insanlar həyatları boyunca valideynlərinə, müdürlərinə, həyat yoldaşlarına boyun əyirlər. Nəticədə, öz istəkləri olmur, həyatları boyunca əsəbi və sıxıntılı olurlar.
  6. Bir valideynin uşağına öyrədə biləcəyi ən dəyərli şey real limitlərdi. Bəzi valideynlər övladlarını çox ərköyün yetişdirirlər, uşaq nə istəsə onu edirlər, onu bütün məsuliyyətdən və nizam intizamdan azad edirlər. Bu tip uşaqlar ağlamaqla istədikləri hər şeyə çatırlar. Nəticədə, böyüyəndə də sadəcə öz istəklərini nəzərə alır, başqalarını düşünmür və intizamlı hərəkət eləmirlər. Nəticədə, həm sosial həyatları, həm də iş həyatları təhlükəyə girir. Buna səbəb olan başqa bir amil də var. Bəzi valideynlər uşaqlarını çox tənqid edir və onlara özlərini dəyərsiz hiss etdirirlər. Nəticədə, bu uşaqlar böyüyəndə dəyər duyğularını qazanmaq üçün sadəcə özlərini düşünür, öz istəklərini və hislərini hər şeydən üstün tutaraq özlərini məmnun etməyə çalışırlar. Ona görə də intizamsız olurlar. Çox siqaret çəkir və çox içirlər. Narsistlər adətən real sərhədləri tanımayan uşaqlar arasından çıxır.

Ona görə də uşaqlarınıza təhlükəsizlik, sevgi, azadlıq, özgüvən hislərini verin, onların istəklərini nəzərə alın və onlara həyatın real sərhədlərini öyrədin.

Fuad Əsədov

Baxış sayı: 313
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Məruz buraxma texnikası
növbəti yazı
Mənlik anlayışı

Related Posts

Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?

02 Fevral 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Sağlam və sağlam olmayan hisslər

17 Yanvar 2023

Əhvalım havaya görə dəyişir

27 Dekabr 2022

Ailədaxili münasibətlər

06 Dekabr 2022

Heç vaxt qazana bilməyəcəyimiz savaş

05 Dekabr 2022

Mükəmməlliyyətçiliyin öhdəsindən necə gələ bilərik?!

02 Noyabr 2022

Valideynlərimizdən gözləntilərimiz

18 Oktyabr 2022

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində...

13 Oktyabr 2022

Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

11 Oktyabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net