Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Fərdi inkişafPsixoterapiya

Obsesiv-Kompulsiv pozuntunda əxlaqi hislər

yazdı Admin 12 May 2022
yazdı Admin 12 May 2022
Obsesiv-Kompulsiv pozuntunda əxlaqi hislər

Obsesiv-Kompulsiv pozuntudan əziyyət çəkən pasiyentlərim arasında özünü əxlaqi olaraq mənfi yöndə yarğılayan insanlar çoxluq təşkil edir. Bir neçəsinə baxaq. Adlar şərtidir.

  1. Aynur adlı xanımın ağlına tez-tez belə bir fikir gəlir ki, görəsən nə vaxtsa ərimə xəyanət etmərəm ki? Və bunu düşünməyi belə əxlaqsızlıq olaraq dəyərləndirir.
  2. Ülviyyə uşaq olarkən bacısının oyun oynama istəyini geri çevirmiş və bundan sonra bacısı təkbaşına həyətə düşərkən pilləkəndən yıxılıb həyatını itirmişdi. Və Ülviyyə illərdir ki, bacısının ölümündə özünü günahlandırır, məsuliyyətsiz və rəhmsiz olduğunu düşünür.
  3. Səmayə xala qabları yuyarkən hər birini ən azı 10 dəfə sabunlayır və bunu etmək onu hər nə qədər yorsa da bunu etməməyi vicdansızlıq olaraq görür. Çünki, əks halda növbəti yeməkdə kimsə zəhərlənə bilər.

Hər üç nümunədə insanlar normal davranışlarını əxlaqi və vicdani dəyərlərə tərs bir şey kimi görürlər. Ağlınıza hər cür düşüncə gələ bilər. Onları həyata keçirmədiyiniz müddətcə yarğılana bilməzsiniz. Tanıdığınız ən əxlaqlı və vicdanlı insanı düşünün. Niyə görə onun yaxşı insan olduğunu düşünürsünüz? Davranışlarına, ya düşüncələrinə görə? Düşüncələrini heç vaxt bilə bilməzsiniz. Buna görə də etdiklərinə görə qiymətləndirirsiniz. Sizinlə kobud danışan bir insanın ağzını burnunu partlatmaq içinizdən keçə bilər. Amma, bunu etmədiyiniz müddətcə dalaşqan insan sayılmazsınız. Kiməsə hirslənəndə xəyalınızda onu öldürməyi görüntüləyə bilərsiniz. Amma, bu, qatil ruhlu olmağınız demək deyil. Bizim beynimizdən gündə 4000-ə yaxın fikir keçir. Bu qədər fikrin arasında təbii ki, xarakterimizə yaraşmayanları da var. Və əmin olun ki, hər kəsin belə düşüncələri var. Birinin yanında olmadığınız üçün başına bir iş gəlibsə də özünüzü günahlandırmaq doğru deyil. Belə olacağını bilə bilməzdiniz. Və bütün mümkün təhlükələrin qarşısını ala bilməzsiniz. Bəzən obsesiv davranışlar guya hansısa təhlükənin qarşısını almaq üçün olur. Xəstələnməmək üçün əllərini tez-tez spirtləmək, tükənəcəyiniz həddə qədər hər şeyi yumaq və s. Belə insanlar çox vaxt obsesiyalarının onları xilas etdiyini düşünürlər. Amma əksinə. Obsesiya onlardan o qədər çox şey alırsa, ondansa xəstələnsələr daha yaxşı olar. Bütün bu psixoloji yüklə yaşamaq daha ağırdı. Xüsusilə də, bu yük əxlaq və vicdanınızla bağlı şübhələrdən ibarətdirsə. Amma bu cür hallarda özünüzü günahlandırmağın mənasız olduğunu anlamaq üçün belə bir praktika edək. Bir kağıza tanıdığınız ən yaxşı insanın adını yazın. Bu insanı şəxsən də tanıya bilərsiniz, televizordan da. Daha sonra rüşvət alan və ya kobud bir insanın adını yazın. Daha sonra daha böyük pislik edən insanın adını. Daha sonra da tanıdığınız ən pis insanın. Yəni getdikcə daha pis insanın adını yazırsınız. Sonra, özünüzü bu cədvəldə neçənci sıraya qoya biləcəyinizi düşünün. Bunu edəndə əslində pis insan olmadığınızı anlayacaqsınız. Çünki, pis insan olsaydınız zatən bu, sizi narahat etməzdi. Eyni siyahını sizi narahat edən digər xüsusiyyətlərə aid də yaza bilərsiniz. Bu zaman əslində özünüzün düşündüyünüz qədər pis insan olmadığınızı görəcəksiniz.
Bəzən pasiyentlər obsesiv fikirlərdən qaçmağa çalışırlar. Fikirlərini yayındırır, bu haqda düşünməməyə çalışır və ya nəsə bir ritual edirlər. Bu bəlkə qısamüddətli kömək edir, amma ümumilikdə obsesiyanı daha da inkişaf etdirir. Fikirlərdən qaçmaqla bu işi həll edə bilməzsiniz. Sizə desəm ki, yaxın 5 dəqiqə ərzində pinqvinlər haqda heç nə düşünməyin, heç vaxt düşünməyə bilməzsiniz. İnanmırsınızsa, yoxlaya bilərsiniz. Əgər, yuxarıda yazdığım tipli obsesiyadan əziyyət çəkirsinizsə yaxın 1 həftə ərzində yazdıqlarımı tətbiq edin.

Fuad Əsədov

Baxış sayı: 388
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Heç vaxt gec deyil
növbəti yazı
Xoşbəxtliyə əngəl olan 13 davranış

Related Posts

Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?

02 Fevral 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Sağlam və sağlam olmayan hisslər

17 Yanvar 2023

Əhvalım havaya görə dəyişir

27 Dekabr 2022

Ailədaxili münasibətlər

06 Dekabr 2022

Heç vaxt qazana bilməyəcəyimiz savaş

05 Dekabr 2022

Mükəmməlliyyətçiliyin öhdəsindən necə gələ bilərik?!

02 Noyabr 2022

Valideynlərimizdən gözləntilərimiz

18 Oktyabr 2022

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində...

13 Oktyabr 2022

Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

11 Oktyabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net