Bəzən yemək yeyərkən o qədər doyuruq ki, yeməyin davamını gətirə bilmirik. Nə qədər özümüzü məcbur etsək də, görürük yox, getmir artıq. Anlayırıq ki, özümüzü yeməyə məcbur etsək, sonra əziyyət çəkəcəyik. Belə olanda, neynirik? Deyirik, qalsın, bir azdan yeyərik ya da sabah yeyərik.
Bəzən, problemlərə də bu cür yanaşmaq lazımdır. Əgər, həll edə bilmiriksə və bizi çox incidirsə, onun üstündə qalmağın bir mənası yoxdur. O problemi hələlik bir kənara qoyub, istirahət etmək, həyata davam etmək və ehtiyac olarsa, yenidən “yeməyə” başlaya bilərik.
Fuad Əsədov