Psixoterapiya (yun.dan psyhe – ruh və therapeia müalicə mənasını verir) – psixikanın müalicəsi ilə məşğul olan sahədir. Psixoterapevtik metodlar-psixoloji prolemlərin aradan qaldırılmasında insan psixikasına təsir məqsədilə yönəldilmiş xüsusi üsullar və vasitələr məcmusudur. Psixoterpevtik metodların icrasızamanı müraciət edən subyektlə müalicə edən subyekt arasında müvafiq əlaqə baş verdiyindən bu metodlar emprik qrupa aid edilir. Ənənəvi olaraq psixoterapiya dedikdə, xəstə ilə həkimin qarşılıqlı əlaqəsi nəticəsində xəstəliyin müaslicəsinə məqsədyönlü şəkildə yönəldilmiş psixoloji təsirlər nəzərdə tutulurdu. Belə qəbul olunurdu ki, bu metodlar yalnız xəstə olan insanlara tətbiq olunmalıdır. Lakin son vaxtlar lazım gəldikcə psixoloji köməyə ehtiyacı olan sağlam insanlara da bu sahənin müəyyən metodları tətbiq edilir. Psixoterapevtik müdaxiləyə aşağıdakı hallarda ehtiyac yaranır: sosial əlaqələrin (məs: dostluq, işgüzar, ailə münasibətləri və s.) pozulması, ünsiyyət çətinlikləri və digər sosial adaptasiya problemləri. Belə halları yaşayan insanlarda tez-tez nevroza tutulma müşahidə olunur, özünə və ətrafına hörmət azalır, aqressiya artır və s. neqativliklər özünü göstərir. Elə buna görə də son vaxtlar istənilən psixoloji gərginliklərin yaranmasında (qorxular, daxili konfliktlər, depressiya, həyəcn, ünsiyyət pozuntuları və s.) psixoterapevtik metodlardan (psixoloji yönümlü,tibbi olmayan) istifadə edilir. Şərti olaraq psixoterpaiyanı iki qrupa ayırmaq olar: tibbi və şəxsiyyət yönümlü. Tibbi psixoterapiyadan psixoloji xəstəliklərin əlamətlərinin yüngülləşməsində və ya aradan qaldırılmasında istifadə edilir. Şəxsiyyət yönümlü psixoterapiya şəxsiyyətin fərdi – psixoloji xüsusiyyətlərinin formalaşmasına və inkişafına yardım edir. Tibbi praktikada da psixoterapiyanı iki hissəyə ayırırlar: fərdi və ümumi. Ümumi psixoterapiya dedikdə, hər hansı xəstəliyi olan xəstənin xəstəliklə mübarizə aparması üçün mənəvi cəhətədən gücünü artırmağa, səfərbər etməyə yönəldilmiş üsullar sistemi nəzərdə tutulur. Bu halda psixoterapiya digər müalicə sahələri (cərrahi, fizoterapiya və s.) üçün əlverişli psixoloji iqlimin yaradılmasında köməkçi sahə rolunu oynayır. Fərdi psixoterapiya isə hər hansı xəstənin fərdi şəkildə müalicəsinə doğru yönəldilmiş psixoloji təsir səpkili üsullar sistemini özündə əks etdirir.
Psixoterapiya hal-hazırda təbabətin bütün sahələrində, o cümlədən psixoaktiv maddələrdən asılılığın müalicəsində qəbul olunmuş əsas müalicə metodlarından biridir və bu metodsuz dərmanla müalicənin effekti davamsız xarakter daşıyır.
Psixoterapiyanın 2 bölümü vardır:
• Ümumi psixoterapiya-bunu bütün həkimlər ixtisasından asılı olmayaraq ba-carmalıdır. Ümumi psixoterapiya tibbi deontologiyaya yaxındır. Deontologiya – vəzifə davranış normalarını öyrənən elmdir.
• Xüsusi psixoterapiya-xəstəliklərin daxili şəklinə təsirini öyrənir. Xəstəliklərin daxili şəkli dedikdə xəstənin öz xəstəliyinə münasibəti deməkdir. Xəstə öz qarşısında belə sual qoyur: “Mən xəstəyəm yoxsa yox, xəstəyəmsə nədir bu xəstəlik?
Psixoterapevtin qarşısında hansı məqsəd durur:
• Xəstəlik əlamətlərini aradan qaldırmaq – simptomatik psixoterapiya
• Xəstənin öz xəstəliyinə münasibətini dəyişdirmək
• Xəstənin həm özünə, həm də ətrafına qarşı münasibətini dəyişdirmək.
Psixoterapiyanın effekti aşağıda göstərilənlərdən asılıdır:
• Psixoterapevt və pasiyent arasında yaxşı münasibət və əməkdaşlıq, hansı ki, bunun üzərində psixoterapiya qurulur.
• Pasiyent psixoterapevtlə öz problemini müzakirə etməklə ondan kömək almağa ümüd edir, yəni ona inanır. Psixoterapevt bu inamı qazanmalıdır, əks təqdirdə onun apardığı psixoterapevtik müalicənin effektindən söhbət gedə bilməz.
Psixoterapiya 2 komponentdən ibarətdir.
• Psixoterapevtik strateqiya-nəyi dəyişmək, nəyi izah etmək suallarını həll etmək, onlara cavab tapmaq.
• Psixoterapevtik taktika-xəstəyə psixoterapevtik metodla təsir etmək.
Psixoterapevtik təsirlər üç formada həyata keçirilə bilər: • Fərdi psixoterapiya – mütəxəssis tərfindən hər hansı fiziki və ya psixoloji rahatlığın bərpası məqsədilə müraicət edənə fərdi şəkildə (yəni, hər hansı digər insanın iştirakı olmadan) tətbiq edilən üsullar sistemidir (təlqin, hipnoz, söhbət, treninq, oyun və s. ola bilər.) • Qrup psixoterapiyası – mütəxəssis tərəfindən hər hansı fizikivə ya psixoloji rahatlığın bərpası məqsədilə insan qrupuna tətbiq edilən üsullar sistemidir. • Kollektiv psixoterapiya – mütəxəssisin təsirinin və qrup üzvlərinin bir –birilə təsirinin qarşılıqlı olmasına əsaslanır (məs: hər hansı ailə, əmək, idman terapiyası, reabilitasiya mərkəzlərində və ya klublarda həyata keçirilən terapiya və s.) Psixoterapiyanın metodları müxtəlifdir, lakin bir neçəsi daha çox istifadə edilir: hipnoterapiya, autogen məşq, rasional psixoterapiya, oyun psixoterapiyası, psixoestoterapiya, narkopsixoterapiya, sosial psixoterapiya.
Psixoterapiyanın növləriPsixodinamik psixoterapiya – Freydin psixoterapevtik nəzəriyyəsindən qaynaqlanan psixoterapiya metodudur. İnsayt üzərində fokuslaşmış uzunmüddətli psixoterapiyadır. Psixodinamik psixoterapiya psixi fəaliyyəti haqqında psixoanalitik nəzəriyyənin müddəalarına (müdafiə mexanizmləri, transfer, psixi reallıq və s.) əsaslanır. Psixoterapevtik müdaxilələrin əsas məqsədi insayta, yəni şüurdan kənarda olan psixi proseslərin uşaqlıqda formalaşmış psixi və davranış patternlərinin aydınlaşdırmasına və onların derk edilməsinə nail olmaqdır.Koqnitiv-bihevioral terapiya (KBT) – disfunksional fikirlər, davranış və emosiyalarla bağlı olan problemlərin həllinə yönələn psixoterapevtik müalicə üsulu. KBT-də strukturlaşmış, problemlərin həllinə yönəlmiş psixoterapevtik yanaşma istifadə olunur. Bu termindən həm koqnitiv, həm də bihevioral texnikaları tətbiq edən birləşdirilmiş psixoterapevtik metodu müəyyen etmək üçün istifadə olunur.İnterpersonal (şəxslərarası) psixoterapiya (İPT) – pasiyentin həyatında emosional cəhətdən yaxın insanlarla münasibətlərindəki problemlərin həllinə yönəlmiş psixoterapiyadır. Psixoterapevt pasiyentə yaxın adamları ilə münasibətlərini nizamlamağa ve yaxşılaşdırmağa kömek edir. Bunun nəticəsində pasiyentin emosional vəziyyeti yaxşılaşır və psixopatoloji simptomları azalır. Bu psixoterapiya metodu da, adətən, həftədə 1 dəfə olmaqla 12-20 psixoterapevtik sessiya keçirilməsini nəzərdə tutur.