“Attachment theory” azərbaycan dilində isə “Bağlanma nəzəriyyəsi” olaraq keçir. Ilk öncə başlayaq “bağlanma” sözündən. Bağlanma nədir?
Bağlanma uşaq ilə onun qayğısına qalan fərd arasında yaranan emosianal bağdır. Qayğısına qalan fərd dedikdə, ana, ata, nənə və ya baxımı ilə maraqlanan başqa şəxslərdən də söhbət gedir.
Bağlanma nəzəriyyəsi, uşağın yaşamındakı ilk 1-2 ildə qurduğu bağın onun həyatına və həm özü ilə, həm də ətrafdakı insanlarla quracağı yeni əlaqələrə psixoloji və emosiyanal cəhətdən təsirini öyrənir. Bağlanma nəzəriyyəsi II Dünya Müharibəsi zamanı John Bowlby tərəfindən körpələrlə əsas baxıcı valideynləri arasında qarşılıqlı əlaqə formalarının müşahidəsi nəticəsində formalaşmışdır. Bowlby hesab edirdi ki, uşaqların öz baxıcıları ilə qurduqları ən erkən bağlar, ömürboyu davam edən böyük təsirə malikdir.
Bowlby`nin 1944-cü ildə dərc ediyi “Qırx dörd uşaq oğru: Onların şəxsiyyətləri və həyatları” adlı məqaləsinə əsasən həyatın ilk 3 ilində ananın məhrumiyyətinin uşaqları fiziki və ruhi xəstəlik riski ilə qarşı-qarşıya qoyduğuna diqqət çəkdi. O bu məqaləni yazmaq üçün uşaq və yeniyetmə yaşlarında oğurluq edən şəxslərin həyatını araşdırmış və bu şəxslərin körpəlik və erkən uşaqıq yaşlarında analarından uzun müddət ayrı qaldığını görmüşdür.
Bowlby Freud`un “Uşaqlar analarını yalnız aclıq instinktini doydurduqları üçün sevirlər” fikrinə qarşı çıxmaqla bağlılıq nəzəriyyəsini inkişaf etdirdi. O bu fikirlə bağlı yeni bir araşdırma aparır və 1952-ci ildə yeni işini təqdim edir.
Belə ki, əməliyyat və ya başqa səbəbərdən dolayı anası xəstəxanada qalacaq olan uşaqlar baxım evlərinə verilib və 10 gün müddətində mərkəzdəki baxıcılar onların qayğısına qalıb, və bu müddətdə uşaqların hərəkətləri videoya alınıb. Ara günlərdə ataları ilə görüşmək imkanları olub sadəcə. Və 10 günün sonunda ana gələndə, uşağın ana ilə bağının tamamilə qırıldığı videoda görünüb. Bu araşdırmada Bowlby və digərləri müşahidə etmişlər ki, bir uşağın ana və ya bağlı fiqurla qurduğu bağı qırması 1 həftə çəkir. Lakin uşaq 1 həftədən sonra fiqursuz qalmır, yeni fiqur axtarışına çıxır.
Madam ki, sadəcə qidalanma əsasdır. Onda niyə anaya qarşı bu qədər aqressiv davrandı uşaqlar? Ana nə üçün bu qədər önəmlidir?
Elə isə burda ananın fərqli rolu var, amma bu rol nədən ibarətdir? Bu məsələ üzərinə bir neçə araşdırma aparılmışdır. Məsələn, Harlov`un bala meymunlar üzərində apardığı təcrübə.
Yeni doğulmuş bala meymunlar analarından ayrılaraq başqa qəfəslərə salınır. Qəfəslərin bir qismində taxta və məftidən hazırlanmış ana fiquru, bir qisminə isə yumşaq xəzlə örtülmüş ana meymun fiquru qoyulur. Hər iki fiqurun arxasına işıq lampası qoyulur, istiliyi təmin etmək üçün. Bir tək taxta modelin sinəsinə süd butulkası yerləşdirilir və bala meymunların ana fiquruna tərəf gedib, getməyəcəyi izlənilir. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, bala meymunlar daha realist, lakin süd verməyən, isti və yumşaq olan anaya üstünlük verirlər. Qorxduqları və yatmaq istədikləri zaman onu qucaqladıqlarını müşahidə etdilər. Bu araşdırmanın ən mühüm nəticəsi, bağlılıq əlaqəsinin aclıq və susuzluq kimi fizioloji ehtiyacların ödənilməsi ilə birbaşa əlaqəli olmadığının eksperimental nümayişidir.
Önəmli olan burda fiziki təmasdır. Hansı ki, əmmə zamanı yaranan fiziki təmasdan söhbət gedir. Çünki, bu zaman ana uşağına sarılır, göz təması qurur, istilik ötürür.
Bağlanma sistemi təbiətdə bütün məməli növlərində mövcud olan və müstəqil hərəkət etmək qabiliyyəti olmayan yeni doğulmuş körpənin sağ qalmasını təmin edən təkamül sistemidir. Bunun iki əsas məqsədi var:
Birincisi, qoşma fiquruna yaxınlığı qoruyub saxlamaqla təhlükələrdən qorunmaq, ikincisi isə bağlayıcı fiqurun inamı ilə ətraf mühiti müstəqil şəkildə araşdırmaqdır. Bağlanma davranışları (ağlamaq, seyr etmək, yapışmaq, əsəbləşmək) adətən ilkin bağlanma fiqurunun gözlənilmədən qəfil yoxluğu və ya yeni təhdidedici stimul kimi təhlükə vəziyyətlərində baş verir.
Bağlanma münasibətləri üslubları bir çox fərqli yollarla təsnif edilmişdir. Bu təsnifatda əsas fərq- etibarlı bağlanma(secure attachment) və etibarsız bağlanma(insecure attachment) arasında aparılır; güvənsiz bağlanma, narahat bağlanma(anxious attachement) və qaçınan bağlılığa(avoidant attachment) bölünür.
Etibarlı bağlanma münasibəti qurmuş uşaqların valideyni əsasən uşaqları ilə yaxşı bağ qurmuş, uşağı ağladıqda niyə ağladığını bilən və bunu təmin edən valideynlər olurlar. Eyni zamanda güvənli bağlanma tərzinə malik olan yetkinlərin romantik münasibətlərində daha müsbət təcrübə və inanclara sahib olduqlarını, tək qalmaqdan qorxmadıqlarını, özləri ilə barışdıqlarını və başqaları ilə asanlıqla emosional yaxınlıq qurduqlarını müşahidə etmişlər.
Qaçınan bağlanma tərzinə malik olan uşaqlar analarından ayrıldıqda bundan təsirlənmir, aqressiv reaksiyalar göstərmir, birləşdikdən sonra anaları ilə təmasdan qaçaraq diqqətlərini oyuna verdikləri müşahidə edilmişdir. Analara baxdığımızda onların ümumiyyətlə soyuqqanlı olduqları, uşaqların yaxınlıq istəklərini rədd etdikləri və duyarsız olduqları görülür. Belə bağlanma tərzinə malik yetkinlər isə yaxın emosional əlaqələrdən qaçmağa meyllidirlər, qarşı tərəfin gözləntilərindən narahatdırlar, müstəqil olmaqdan xoşbəxtdirlər, heç kimə etibar etmirlər və başqalarının onlara güvənməsini istəmirlər.
Narahat bağlılığı olan uşaqlara baxdığımızda, anaları ayrıldıqda güclü narahatlıq, gərginlik və qəzəb yaşayır, yad adamla ünsiyyətdən imtina edir, anaya qovuşduqdan sonra sakitləşməkdə çətinlik çəkir, ətraf mühiti araşdırmaqdan imtina edirlər. Bu analara baxdığımızda, ümumiyyətlə, uşaqlarının ehtiyaclarına uyğun olmayan şəkildə reaksiya verdikləri və uşaqların ehtiyacı olmadan istədikləri zaman əlaqəni var və ya yox olaraq formalaşdırdıqları müşahidə edilmişdir. Narahat bağlılıq tərzinə malik olan yetkinlərin romantik münasibətlərdə həddindən artıq qısqanc olduqlarını, həyat yoldaşları və münasibətlərinə aludə olduqlarını, tez-tez emosional eniş-yoxuşlar yaşadıqlarını və hər an tərk edilmə qorxusu yaşadıqlarını müşahidə etdilər.