Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Psixologiya

K.Yunqun analitik psixologiyasında gender məsələləri

yazdı Admin 03 Fevral 2022
yazdı Admin 03 Fevral 2022
K.Yunqun analitik psixologiyasında gender məsələləri

    Karl Qustav Yunq psixologiya elminin öndə gedən dünyada ən tanınmış və bir o qədər də dəyərli elm adamlarından biridir. 26 iyun 1875-ci ildə İsveçrənin Konstans gölü yaxınlığında yerləşən kiçik bir qəsəbə olan Kessvilldə anadan olmuşdur. Atası protestant bir rahib olan Yunqun kiçik yaşlarda özünə qapalı bir uşaq olduğu, xəyallarla dolu bir uşaqlıq keçirdiyi söylənilir.

Ailə keçmişində çoxlu sayda sayda din adamı olan Yunq əvvəlcə din adamı olmağa qərar versə də, sonra Bazel ve Zurix universitetlərinə girdi. 1902-ci ildə universiteti qurtarıb həkim oldu. Bu vaxtı şüuraltı komplekslərə xitab edən sözlü çağrışım testi ilə bir anda tibb dünyasının marağına səbəb oldu. Çağrışım testinə görə terapevt daha öncə hazırladığı bir siyahıdan sözləri oxuyur və xəstədən sözləri eşitdiyi zaman ağlına gələn ilk şeyi söyləməsini istəyirdi. Bu sözlərdən xəstə üçün əhəmiyətli olan önəm daşıyanları şüuraltı kompleksləri hərəkətə gətirərək şüur axımında durğunluq yaradır və saniyəölçən ilə ölçülən çağrışım vaxtı artır.

Yunq 1907-ci ildə Vyanaya gedərək Freydlə ilk dəfə görüşmə fürsəti tapdı. Həyəcanla bir-birlərinə fikirlərini dedikləri aralıqsız 12 saat davam edən bu görüşmədən sonra dostluqları və yaxınlıqları artaraq davam etdi. Yunq Freydi bir ata kimi, Freyd də Yunqu bir oğul kimi sevməyə başladı. Freydin hərəkət etdiyi istiqamətdə irəliləyən və onun özünüdərkin çoxölçülük ideyasını yaradıcı şəkildə inkişaf etdirən K.Q.Yunq belə bir nəticəyə gəlmişdir ki, insanın məni mürəkkəb kompleks olaraq bunlardan ibarətdirki:

Eqodan – özü barəsində  şüurlu təsəvvürlərdən,  şəxsi qeyri-şüur məzmun elementlərindən və ümumi xarakter daşıyan qeyri-şüur elementlərindən – kollektiv qeyri-şüur arxetiplərindən ibarətdir və bu, gender nəzəriyyəsi baxımından müəyyən maraq doğurur. Ruh (Yunq nəzəriyyəsində  şəxsiyyətlə analoji termindir) üç ayrı, lakin bir-biri ilə qarşılıqlı təsirdə olan strukturdan ibarətdir:  Eqo, Yunqun göstərdiyi kimi, məni dərk edənin tamlığını, onun dəyişməzliyini, özü ilə eyniliyini və beləliklə də onun mahiyyətini, nisbi ayrılığını təmin edən bir məzmunlu şüur mərkəzidir. Eqo – düşünjələr, duyğular, sosial qəbul edilmiş anadangəlmə meyillər, simpatiya və antipatiyalar, mədəni stereotiplər, xatirələr, hisslərdir ki, onların vasitəsi ilə biz öz tamlığımızı, dəyişməzliyimizi hiss edir və özümüzü insan olaraq qəbul edirik. Yunq yazırdı: «Eqo deyərkən mən  şüurumun sahə  mərkəzini təşkil edən ideyalar, təsəvvürlər kompleksini başa düşürəm və mənə elə gəlir ki, o yüksək dərəcədə aramsızlığı və öz-özü ilə oxşarlığı (eyniliyi) ilə seçilir»  Şəxsi qeyri-şüuri özündə  nə vaxtsa dərk olunan, indi isə susdurulmuş, yaxud unudulmuş münaqişə  və xatirələri birləşdirir. Şəxsi qeyri-şüuriyə  fərdin öz keçmişi,  şəxsi təjrübəsi yaxud nəslini götürdüyü emosionallıqla dolu fikirləri, hissləri və xatirələrinin kompleksi yaxud yığımı daxildir. Yunq iddia edirdi ki, şəxsi qeyri-şüuri hər birimizdə təkrarlanmazdır. Bir sıra şəxsi meyil və niyyətlər ailədəki tərbiyə və həmin cəmiyyətə xas olan mədəni əxlaq normalarının təsiri nəticəsində qeyri-şüuriyə aid edilə bilər. Və nəhayət Yunq şəxsiyyətin strukturunda özünün kollektiv qeyri-şüuri adlandırdığı daha dərin qatın olması haqda fikir irəli sürürdü.  

Kollektiv qeyri-şüuri bütün insan övladları üçün ümumi və bizim emosional keçmişi-mizin nəticəsi olan yaddaş  və hisslərin latent izlərinin saxlanıldığı yerdir. Yunq kollektiv qeyri-şüurinin arxetip (hərfi mənası «ilkin modellər») adlandırılan güclü psixi obrazlardan ibarət olması haqda hipotez irləri  sürmüşdü.  Arxetiplər –insanları hadisələri müəyyən bir tərzdə qəbul etməyə, duymağa və onlara reaksiya verməyə yönəldən anadangəlmə ideya yaxud xatirələrdir. Həqiqətən bu özü-özlüyündəki xatirə yaxud obraz deyil, daha dəqiq desək bu – yönəldici amillərdir ki, onların təsiri altında insan hansısa bir obyektə yaxud hadisəyə cavab olaraq öz davranışında universal dərketmə modelini reallaşdırır. Burada anadangəlmə olan konkret vəziyyətdə məhz emosional, koqnitiv və davranış olaraq reaksiya vermək meylidir. Arxetip öz-özlüyündə  təsvir oluna bilməz, o – şüurda özünün nəticəsi olaraq, arxetipik obraz və ideya şəklində aşkarlanır. Yunq hesab edirdi ki, hər bir arxetip müəyyən növ hiss və fikrin müvafiq obyekt yaxud vəziyyətlə əlaqədar ifadə olunma meyli ilə bağlıdır. Sonra Yunq arxetipik obraz və ideyaların çox zaman yuxularda əks olunduğundan, həmçinin onlara rəssamlıqda,  ədəbiy-yatda, dində istifadə olunan rəmz  şəklində mədəniyyətdə rast gəlinməsindən danışırdı. O cümlədən qeyd edirdi ki, ayrı-ayrı mədəniyyətlər üçün xas olan rəmzlər arasında çox vaxt inanılmayacaq bənzərlik olur, çünki onlar bütün bəşəriyyət üçün ümumi olan arxetiplərə köklənmişdir.

Yunqun təsvir etdiyi çoxsaylı arxetiplərin sırasında Şəxsiyyət, Kölgə, Günəş Allahlığı, Allah, Ölüm, Ana Uşaq, Qəhrəman, Müdrik insan və s. vardır. Lakin gender aspekti baxımından maraq doğuran  Anima və  Animus arxetipləridir. Bu arxetiplərdə insanın Yun-qun etiraf etdiyi anadangəlmə androgin təbiəti öz əksini tapır. Mənin dərin bütövlüyünü, müxtəlif mifoloji ənənələrdə kişi və qadın başlanğıclarının bir şəxsdə mövcudluğunu yaxud cinsə görə və mənəvi istiqamətlərə görə ziddiyyətli olan başlanğıcların mənşə birliyi kimi qəbul edilən genişliyini, özlazımlığını  əsas götürən Yunq insan düşünjəsinin dərinliklərində onların mövcudluğunu aşkar etdi. Yunq kişilərdə Animunu, qadınlarda isə Animusu müəyyənləşdirdi. Anima  (latınja qəlb) – kişidə daxili qadın obrazı, onun qeyri-şüuri qadın tərəfi;  Animus  (latınja ruh) isə qadında daxili kişi obrazı, onun qeyri-şüuri kişi tərəfidir.  


    Yunqun fikrincə, kişinin təhtəlşüurunda zahiri həyatda sıxışdırılıb çıxarılmış, onu tamamlayan qadın elementi, qadının təhtəlşüurunda isə kişi elementi vardır. Özünün qeyri-şüuri tamamlayıcısını kişi qadın obrazı vasitəsi ilə, qadın isə – kişi obrazı vasitəsi ilə qəbul edir. Yunq yazırdı: «Kişinin şüurunda kollektiv qadın obrazı mövcuddur ki, onun köməyi ilə kişi qadın təbiətini dərk edir», «hər bir ana və hər bir sevgili insanın ən dərin reallığına müvafiq gələn bu əbədi və yaşı olmayan obrazın təşəssümünə çevrilir»  Bu obrazlar insanın  şüuri və qeyri-şüuri təbiəti arasında araçı rolunda çıxış edir. Yunq burada müəyyən dərəcədə müəllimi Freydin ardınca gedir: insan üçün daha əlçatan olan  qəlbin qeyri-şüuri ideyaları çox vaxt əks cinsin obrazı ilə bağlı olur. Psixologiya ilə heç bir tanışlığı olmayanlar adətən Anima obrazını tamamilə real qadına keçirir və onu sırf zahirən qəbul edirlər. Psixoloci baxımdan isə  Anima – yalnız kişiyə  təsir göstərən xarici amil yox, onun içində olan bir şeydir. Anima mənəvi yüksəlişə aparan hansısa ideal şəklində  təsəvvür olunan daxili qadın obrazı  yaxud qadın başlanğıjıdır. Bu – kişi şəxsiyyətinin qeyri-şüuri qadın tərəfidir. Bütövlükdə Anima anlayışına üç müxtəlif səviyyəli komponent daxildir: kollektiv,qadın obrazı; insanın qadın keyfiyyətləri barədə fərdi təsəvvürləri;  kişinin daxilində gizlənmiş qadın prinsipi.  Animanı bilavasitə  əllə duymaq mümkün deyil, o, yuxularında kişini yolundan azdırandan ta  mənəvi müşayiətçiyə  kimi ayrı-ayrı qadın obrazları ilə  şəxsləndirilir. Anima Eros prinsipidir, çünki kişidə animanın inkişafı onun qadınlara olan münasibətində öz əksini tapır. Anima ilə eyniləşmə ovqatda dəyişmələr kimi, kişiliyin itirilməsi və dərin həssaslıq kimi aşkar olunur. Əgər patoloji deyil, bütün insanlar üçün eyni olan proses kimi nəzərdən keçirilsə, animanın insan üzərində hökmranlığı anaya qeyri-şüuri bağlılıq və ilk vurğunluğa, sonra isə məhəbbətə uyğun gəlir. Anaya bağlılıq özünümüdafiə instintini aşkar edir. Lakin özünümüdafiə ilkin şəkildə özünüdərkdir və deməli, qeyri- şüuridən təfəkkürə ilk  addımdır. Bu mənada Anima şüur və qeyri-şüuri arasında ilk körpüyə çevrilir. Qadın obrazı kollektiv qeyri-şüuri arxetipi olduğu üçün müxtəlif dövrlərdə  dəyişə bilir, amma zamandan kənar olaraq öz dəyişməz xasiyyətnaməsini saxlayır: Adətən anima cavan görsənir. O müdrikdir, amma çox da yox; belə demək olar ki, o – «gizli müdriklik sirri»nə malikdir. Anima çox zaman torpaqla və su ilə bağlıdır və özündə «xaotik həyat tələbi» gəzdirir; yüksək hakimiyyətə malik ola bilir. 

Onun iki aspekti vardır – açıq və tünd   o paklığı və xoşxasiyyəti ilə seçilə bilər, amma füsunkar və xain də ola bilər. «Bəzən Anima kişinin fikrini işdən və evdən yayındıran elf yaxud pəriyə bənzəyir; yaxud özünü ona  əbədi sevdirmək yaxud batırmaq üçün onu onu öz sularına çəkən sirena, su pərisi yaxud nimfanı xatırladır  – obrazına girmiş olduğu qadın kimi dönükdür və onu təsvir etmək üçün Yunq adətən «həyati qəlb prosesini abstrakt elmi formuldan daha dürüst izləyən» mifoloji yanaşmaya müraciət edir. Kişidə qadın keyfiyyətlərini  əks etdirərək Anima həm də insanın əhvalını, onun qabaqcadan duyma bacarığını və emosional partlayışlarını ifadə edir. Bunun analogiyasını biz qədim çin mətnlərində tapa bilərik ki, onlarda insan əhvalının pis olduğu zaman onu qadın qəlbinin idarə etməsindən danışılır.   Anima idarə etdiyi insandan əzarətə tabe olmayan emosional enmə-düşmələr yaradır. 

        Beləliklə, Animanın mahiyyətini izah edərək və Animusun mahiyyətini işıqlandıraraq, Yunq yazır: «Elə bir kişi yoxdur ki, özündə qadınlıqdan  əsər-əlamət tapmayacaq qədər  ər olsun. Əslində elə  ən  ər kişilərə (gizlinjə maskalanmış olsa da) olduqca incə hissiyyat aləmi (çox zaman düzgün olmayaraq «qadına xas» adlandırılan) xasdır. Qadınlıq  əlamətlərinin və meyillərinin sıxışdırılıb çıxarılması  əlbəttə ki, qeyri-şüuridə bu iddiaların cəmlənməsinə aparır» Beləliklə, Anima – kişi «mən»inin strukturundakı «daxili qadınlıq», müvafiq olaraq da Animus – qadın «mən»inin strukturundakı «daxili kişilik»dir; və bu əlamətlər dərin qeyri-şüuri xarakter dayışır.   Animus – qadın  şəxsiyyətinin qeyrişüuri, kişi tərəfidir. Yunqun fikrincə, animusla eynilik qadını sərt, özünəinamlı və mübahisəsevər edir. Müsbət mənada animus qeyri-şüuridə qadın Eqosu ilə onun şəxsi yaradıcılıq mənbələri arasında körpü kimi hərəkət edən daxili kişidir. Qadının Animusu onda hər şeydən əvvəl kişi xüsusiyyətləri aşkar edir. Bütövlükdə kişinin Animası kimi, bu anlayışa üç müxtəlif səviyyəli komponent daxildir:  kollektiv, kişi obrazı; insanın kişi keyfiyyətləri barədə fərdi təsəvvürləri; qadının daxilində gizlənmiş kişi prinsipi. 

Kişi ağlının xarici tətbiq sahəsi – kommersiya, siyasət, elm və texnikaya qadın çox zaman kişinin öz hisslərinə yanaşdığı kimi yarım-şüurlu yanaşır. Beləliklə, qadının təfəkkürü və kişinin hissiyatı  şüuraltı sahəyə  məxsusdur. 

    Əgər Anima dərkedilməyən  əhval, həyəcanlar yaradırsa, Animus – qeyri-şüuri inam yaradır və onların həqiqətən dərki  əvəzinə  qəbul edilmiş etiqad və fikirlərə  təkidedir. Ana Anima obrazının ilk daşıycısı olduğu kimi, ata da bir çox kişi fiqurlarının foormalaşmasına təsir göstərir. Ağılın inkişafından asılı olaraq, ən primitivdən başlayaraq dərin mənəviyyatlıya qədər hər bir kişi fiquru Animusu təcəssüm etdirə bilər: yuxuda o, həm oğlan kimi və  həm də eləcə  səs kimi gözqarşısına gələ bilər. O həmçinin bir qrup kişi kimi də  şəxsləndirilir ki, bu  çox vaxt bir fiqurla təşəssüm olunan Anima üçün o qədər də səciyyəvi deyil. «Animus şəksiz dərrakəli fikirlər söyləyən layiqli insanların yaxud ataların iclasına bənzəyir». Animusun tənqidi fikri özünün natamam olması hissi yarada, yaxud təşəbbüsü boğa bilər. Digər tərəfdən, o, həddindən artıq tənqidə sövq edir. Animus hakimiyyət həvəsindədir, və adi həyatda qadın nə qədər zərif olsa belə Animus ona toxunarkən mühafizəkar və qəddar olur, əqlin səsini eşitmir.

Səbəb də bundadır ki, Animusun fəaliyyəti qadın üçün beyninə yeridilənləri kənara qoyaraq fikir yürütmək üçün real çətinlik yaradır. O, dayanmadan: «belə olmalıdır» deyən və reallığı olduğu kimi görməyə imkan verməyən daxili səsindən çəkinməli olur. Buna baxmayaraq Animus kritik vəziyyətdə dayaq yaradaraq və biliyə, həqiqətə meyilləri həvəsləndirərək həm də pozitiv rol oynayır.  Yunq iddia edirdi ki, əgər kişinin hissləri onu ümumi reallıqdan Animanın yaratdığı aləmə ararırsa, qadının sevgisi onu xarici həyat üçün açıq edir. Bu zaman qadın reallığa öz Animusunun mövqeyindən, yəni yarımşüuri variantda  onun sevdiyi kişinin subyektiv nəzəri ilə, sırf qeyri-şüuri olaraq isə cəmiyyət tərəfindən onun beyninə yeridilmiş  ənənələr mövqeyindən baxır, çünki ictimai əxlaq xalqa münasibətdə ata rolunda çıxış edir. Animusun yarımşüuri idarə etdiyi qadın dünyagörüşü kişinin tam aşkarlanmış idrak sahəsinə aid olan baxışından daha fanatikdir.   Aydındır ki, kişilik və qadınlıq bölümü digər tərəfdən  şərtidir və qadın  şəxsiyyətinin kişi hissəsi müəyyən vaxtda onun qadın qəlbinin ehtiyacından daha yaxşı dərk oluna bilər. Yunqun müasir ardıcılları hesab edir ki, Anima və Animus bütün insanlara xasdır  və insana öz şəxsiyyətinin müxtəlif gizlin  xüsusiyyətlərinin dərk olunmasında köməklik göstərir. Bu arxetiplərin insan qəlbində aktivləşməsi, öz təkrarolunmaz və  uşaqlıqdan qeyri-şüuri olaraq mənimsəmiş olduğumuz rollar sırasının heç birinə bənzəməyən individuallığın yaranması yolunda atılmış ilk addımdır. Anima və Animus öz aralarında yalnız cins obrazı (Yunq onlara eyni ad verərkən belə  də düşünmüşdü) ilə  fərqlənərək vahidlik təşkil etməlidir. Aydındır ki, eyni adamda kişi və qadın başlanğıclarının vahidliyi birdən-birə baş verməmişdir.

   Freydin baxışlarını davam etdirən Yunq valideyinlərin uşaq üzərindəki müxtəlif rollarına diqqəti cəmləyərək qeyd edir ki, övladın qız yaxud oğlan olmasından asılı olmayaraq, ata uşağın həyatında anadan fərqli bir rol oynayır. Yunqun fikrincə, ata həmişə insanın xarici aləmdə ümumi meylini və nüfuzunu təcəssüm etdirir ana isə ovlada daxili  hiss və arzular aləminin inkişafı üçün sezilməz qabiliyyət verir. Ana uşağını xarici həyatdan müdafiə edir – buna müvafiq olaraq Anima varlığın reallığından uzaqlaşdırır. Ata isə nüfuz və mənəviyyat sahəsini təcəssüm etdirərək, uşaq qarşısında obyektiv xarici dünyanı açıb göstərir. Uşaq özünü ana ilə eyniləşdirir, lakin ata onun üçün yaddır. Bu mənada ana subyektiv şüuru, ata isə – obyektiv varlığı  təmsil etdirir. İnsanların hamısı üçün anima şəxsi qeyri-şüuri sahəyə  bələdçi rolunu oynayır,  Animus isə öz sərhədləri hüdudundan kənarda kollektiv qeyri-şüuriliyə  bələdçilik edir. Bundan başqa Yunq maskalanmış valideyin ambivalentliyi barədə söhbət açır: bir tərəfdən onlar öz uşağını real həyatla qarşılaşmaqdan qoruyur, digər tərəfdən isə övladının ata evindən gedib müstəqil yaşaya bilmədiyindən narazılıq edirlər.

Baxış sayı: 473
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
NƏZƏRİ TƏFƏKKÜR ANLAYIŞI VƏ ONUN TƏDQİQİ İSTİQAMƏTLƏRİ
növbəti yazı
BÖYÜK VƏ KİÇİK QRUPLARIN UYĞUNLAŞMASININ SOSİAL-PSİXOLOJİ TƏHLİLİ

Related Posts

Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri

01 Fevral 2023

Turet sindromu

31 Yanvar 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Autizm spektr pozuntusu

24 Yanvar 2023

İstedadlı uşaqların yaradıcılıq potensialının inkişafının psixo-pedaqoji məsələləri

19 Yanvar 2023

“Hər yerdə sizi təqib edən həmin qara bulud”

14 Yanvar 2023

Ailədə valideyn münasibətlərinin psixoloji xüsusiyyətləri

29 Dekabr 2022

Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri

26 Dekabr 2022

Köməksizlik vəziyyətinin psixoloji mahiyyəti və diaqnostikası

20 Dekabr 2022

Nevrozun etiologiyasına psixoanalitik yanaşma

14 Dekabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net