Yəqin ki, 2-ci Dünya müharibəsində baş vermiş Holokost hadisəsini – Nasist Almaniyasının yəhudilərə qarşı törətdiyi soyqrımı eşitmisiniz. Soyqrımı icraedənlərin məhkəmədə vermiş olduqları açıqlamalar Milqram eksperimentinin keçirilməsi üçün başlanğıc oldu. Bu eksperiment Yale universitetinin psixoloqu Stanley Milqram tərəfindən aparılmışdır və psixologiyada itaətkarlıqla bağlı olan ən məşhur araşdırmalardandır. Eksperiment 1961-ci ildə iyulda Adolf Hitlerin Qüdsdəki mühakiməsindən 1 il sonra başladı. Milqram eksperimenti bu suala cavab vermək üçün həyata keçirirdi: Bəlkə Adolf Eyxman və Holokostdakı milyonlarla köməkçisi yalnız əmrləri yerinə yetirirdilər? Hamısına şərik deyə bilərikmi?
Yale’dəki araşdırma üçün iştirakçılar qəzet elanları və poçt vasitəsilə tapıldı.Təcrübələr universitetin keçmiş kampusunda Linsly-Chittenden binasının zirzəmisində iki otaqda aparıldı.Təcrübənin təqdimatında, təcrübənin bir saat davam etdiyi və təcrübəni tamamlamasalar, belə iştirakçılara 4,50 dollar ödəniləcəyi bildirildi.İştirakçılar 20-50 yaş arasında ibtidai sinfi tərk edənlərdən doktorantura məzununa qədər hər növ təhsil keçmişinə sahib olan kişilərdən ibarət idi.Təcrübə müşahidəçisinin rolunu sərt, hissiyatsız görünüşlü bir biologiya müəllimi oynayırdı.Qurban rolunu bu rol üçün təlim almış İrlandiyalı-Amerikalı mühasib oynayırdı.Qurban və təcrübə müşahidəçisi rolunu oynayan iştirakçılar əslində iş birliyi qurmuş olsalar da , bu fakt real iştirakçıdan gizlədilmiş və qurban könüllü olaraq iştirak etmiş başqa bir subyekt kimi iştirakçıya təqdim olunmuşdu. Buna görə də eksperiment iştirakçının gözündə təcrübə müşahidəçisindən və iki iştirakçıdan ibarət idi.Təcrübə müşahidəçisi hər 2 iştirakçıya “cəzanın öyrənməyə təsiri” ilə əlaqədar bir təcrübədə iştirak etdiklərini və biri “müəllim”, digəri “şagird” rolunu aparacaqları barədə məlumatlandırdı.Daha sonra hər 2 iştirakçıya bir vərəq verildi. İştirakçı bu kağızlardan birində “müəllim”, digərində “şagird” yazıldığına və sənədlərin təsadüfi olaraq verildiyinə inandırılırdı. Əslində hər iki vərəqə “müəllim” yazılmışdı və iş ortağı olan iştirakçı öz vərəqinə “şagird” yazıldığına digər real iştirakçını inandırmalı idi. Beləliklə, iştirakçının həmişə “müəllim” olması təmin edildi. Bu zaman “müəllim” və “şagird” biri-birini eşitməsin və görməsin deyə ayrı otaqlara aparılırdı.Təcrübənin versiyalarından biri iş ortağı olan iştirakçının əsl iştirakçıya ürək xəstəliyi olduğunu söyləməsi kimi əlavə özəllik daşıyırdı.
Təcrübədən əvvəl “müəllim” rolunu aparan real iştirakçıya 45 Voltluq bir elektrik şoku tətbiq edilərək “tələbə”yə tətbiq edəcəyini sandığı şokun nəyə bənzədiyinə dair bir fikir formalaşdırılırdı. Müəllim”ə daha sonra “tələbə”yə öyrətmək üçün söz cütlərinin siyahısı verilirdi və müəllim bu siyahını şagirdə bir dəfə oxumaqla başlayacaqdı. Sonra müəllim, siyahını təşkil edən söz cütlərinin ilk sözlərini bir-bir oxuyur, oxuduğu hər söz üçün dörd variant təqdim edir və şagird düzgün hesab etdiyi cavabı bildirmək üçün cavab düyməsini basırdı. Bu variantlar arasında cavabı səhv olsaydı, hər səhv cavabı üçün artan elektrik cərəyanına məruz qalırdı. Cavab düzgün olsaydı, müəllim növbəti söz cütlüyünə keçirdi.
İştirakçılar şagirdin verdiyi hər yanlış cavab üçün əsl zərbələrə məruz qaldığını düşünürdü. Əslində heç bir şok verilmirdi.İş ortağı olan iştirakçı əsl iştirakçıdan ayrılanda, keçdiyi otaqda elektroşok maşınına inteqrasiya edilmiş, hər şok səviyyəsi üçün əvvəlcədən yazılmış qışqırıq səsi səsləndirən bir səs yazıcısı işləyirdi.Gərginlik bir neçə dəfə artırıldıqdan sonra, aktyor onu qonşu otaqdakı iştirakçıdan ayıran divarı yumruqlamağa başlayacaqdı.Bir neçə dəfə yumruq atıb ürək vəziyyətini xatırladıqdan sonra artıq suallara cavab vermir və şikayətçi deyildi.
Bu nöqtədə bir çox iştirakçı tələbənin necə olduğunu öyrənmək üçün təcrübəni dayandırmaq istədiklərini bildirdilər. Bəzi iştirakçılar 135 Voltda dayandı və təcrübənin məqsədini soruşmağa başladı. Onların bir çoxu nəticələrə görə məsuliyyət daşımayacaqlarına dair zəmanət aldıqdan sonra davam etdilər. Bir neçə iştirakçı şagirddən ağlamalarını eşidəndə əsəbi şəkildə gülməyə və ya həddindən artıq stress altında olduqlarını göstərən digər davranışlarla məşğul olmağa başladılar. İştirakçı təcrübəni hər hansı bir anda dayandırmaq istədiyini ifadə edərkən ona aşağıdakı qaydada şifahi xəbərdarlıqlar verilirdi:
1. Zəhmət olmasa davam edin.
2. Təcrübə üçün davam etməlisiniz.
3. Davam etməyiniz tamamilə vacibdir.
4. Seçiminiz yoxdur, davam etməlisiniz.
İştirakçı bu dörd xəbərdarlıqdan sonra da dayanmaq istəyirdisə, təcrübə dayandırılırdı. Əks halda isə iştirakçı yalnız mövzu ən yüksək şok olan 450 Volta 3 dəfə ardıcıl olaraq tətbiq edildikdən sonra dayandırılırdı.Təcrübə aparılmadan əvvəl, Milgram, Yale universitetinin psixologiya ixtisası üzrə magistr təhsili alan 14 tələbə ilə nəticələrin necə olacağını görmək üçün sorğu keçirdi.Bütün tələbələr sadist meylli bir neçə subyektin (1,2%) ən yüksək gərginliyi tətbiq edəcəyini düşünürdülər. Milqram əlavə olaraq kolleqaları arasında da şifahi sorğu apararaq onların da sadəcə bir neçə iştirakçının çox yüksək gərginlik tətbiq edəcəyini düşündüklərini proqnozlaşdırdı. Milqramın ilk təcrübə seriyasında, subyektlərin 65% -nin (40 -dan 26 -sı) , özünü olduqca narahat hiss etmələrinə baxmayaraq, təcrübədə ən yüksək gərginlik olan 450 volt tətbiq etdikləri təsbit edildi.Hamısı təcrübənin bir nöqtəsində dayandı və təcrübəni sorğu -suala tutdu, hətta bəziləri hətta ödədikləri pulu geri qaytaracaqlarını söylədilər.İştirakçılardan heç biri 300 voltdan əvvəl şokdan imtina etməkdən çəkinməmişdi.