Uşağımıza qarşı özümüzü günahkar hiss etdiyimizdə , tələsəndə və ya çox təzyiq altında böyütdüyümüzü düşündüyümüzdə hər istədiklərini qəbul etməyə meyilli oluruq . Halbuki , lazımsa istəklərinə “ xeyr “ deyə bilməliyik . İstədiyi edilə biləcək bir şeysə edək , amma uyğunsuz bir istəklə rastlaşmışıqsa “ xeyr “ deməyi bacarmalıyıq . Baxışlarımızı gözlərinə zilləyərək dominant bir səs tonu ilə bunun olmayacağını ona söyləməliyik və etdiyimizdən günahkarlıq hissi keçirməməliyik .
Çünki :
- Uşağı bəzən əngəlləmək ona anlıq sevinclərdən və həzzdən əl çəkmək gərəkdiyini öyrədir. Bu da uşağın psixoloji və emosional inkişafında vacib bir təcrübədir . Onun məsuliyyətli və bacarıqlı bir insan olmasına kömək edir .
- Bütün istəklərini qəbul etsək , hər istədiyini edə biləcəyi bir dünyada olduğunu zənn edər . Halbuki reallıq belə deyil .
- Uşaqlar gördükləri hər şeyi həmin an istəyir . Uşaqlarınızın istədiklərini yerinə yetirərək ona yaxşılıq etmiş olmarıq . Gerçəklik budur ki , uşağımız böyüyüb yetşkin olanda istədiyi bir çox şey üçün gözləmək , istədiklərinin ən vacibini seçmək məcburiyyətində qalacaq və nəticədə istədiklərini hamsini əldə edə bilməyəcək . Sonraya saxlana bilən doyma qavramını anlamaq , həyatda uğuru bərabərində gətirən dəyərli bir bacarıqdır . Çox tələskən və instiktiv qərarlar verməyi bu formada öyrənmiş oluruq .
- Yenə uşaqlar bəzən gözləməyin gərəkdiyini də öyrənirlər . Ana – ata oyuncaq dükanında gördüyü hər oyuncağı ona almamalıdır . Valideyn və uşaqlar aralarında bağ qura bildiklərində uşaqlar onların söylədikləri hər şeyin doğruluğuna güvənirlər . Uşaqlar çox sevdikləri valideynlərinə itaət etdikcə rəhbərə güvənməyi və hörmət bəsləməyi öyrənirlər . Həyatda bəzi sərhədlər olduğunu , istədikləri hər şeyə sahib ola bilməyəcəklərini də qavrayırlar .
- Bilməliyik ki uşağınızı əşyalar, oyuncaqlar , obyeklər deyil onları , onlara ayıracağınız zaman və enerji xoşbəxt edir .