Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Fərdi inkişafMünasibətlər

Araya məsafələr girdiyində sağlam münasibəti qorumaq mümkündürmü?

yazdı Admin 18 Yanvar 2022
yazdı Admin 18 Yanvar 2022
Araya məsafələr girdiyində sağlam münasibəti qorumaq mümkündürmü?

Niyə də olmasın?

Bu gün uzaq məsafəli münasibətlərdə sağlam balansı qorumaq üçün diqqət edilməli olan məqamları diqqətinizə çatdırmaq istərdim:

1. Ehtimalları sıfırlayın.

İnsan beyni öncəliklə ən pis ehtimalları düşünə bilən bir mexanizmdir, pis ehtimalları ən başda düşünür. Məsələn, zəngə cavab vermir, mesaja gec baxırsa, deməli nəsə pis bir işlə məşğul olduğunu, zəng etdiyinizdə  məşğuldursa, deməli başqası ilə danışdığını düşünürsünüz. Halbuki bəlkə işlə bağlı telefonla danışır, ona görə mesajınızı da görməmişdir. Beyninizdə mənfi ehtimallar qurmaq əvəzinə, zənginizə və ya mesajınıza cavab verdiyində “Gec cavab verdin, narahat oldum, hər şey yolundadırmı?” deyə soruşmağınızda fayda var.

2. Hər münasibətdə mübahisələr və gərginliklər yaşanır. Bütün mövzularda eyni fikirdə ola bilməzsiniz. Fikir ayrılıqları yaşandığı və mübahisəyə doğru istiqamət aldığı zaman aranızda məsafələr olduğunu unutmayın. “Bu haqda görüşdüyümüz zaman danışarıq, indi uzadıb aramızı pozmayaq, aramıza hər hansı pis fikir, ya da şübhənin girməsinə icazə verməyək” deyib mövzunu yumşalda bilərsiniz.

3. Hər gün zəng edib danışmaq, səsini eşitmək, hətta görüntülü zəng edib üzünü görmək münasibətinizi sağlam tutacaq.

Aranızda məsafələr varkən zəng etməmək, maraqlanmamaq, diqqət göstərməmək sizi bir-birinizdən uzaqlaşdırıb aranızı soyuda bilər. Zəng edib danışmaq mesajlaşmalarda yarana biləcək yanlış anlaşılmaların qarşısını alar. Məsələn, mesajda bir ifadə işlətdin, halbuki demək istədiyin bu deyildi. Bu cür yanlış anlaşılmalara yol verməmək üçün zənglə həm səs tonunuzu, həm vurğunuzu, həm emosional vəziyyətinizi ortaya qoymuş olacaqsınız.

4. Sürprizlər. Bəli, kiçik, gözlənilməyən sürprizlər münasibətdə sağlam balansı qoruyar. Desəniz ki, hər kəs sürpriz sevmir, bəli, haqlısınız. Kişilərin demək olar ki, 80%-i sürprizləri xoşlamır. Bunun səbəbi isə budur ki, kişilər situasiyaları kontrol altında saxlamağı, yəni dominantlıq etməyi sevirlər. Sürprizlə qarşılaşdıqda isə ağıllarına “Vəziyyət mənim idarəetməmdən çıxdımı? Mənim niyə xəbərim olmadı bundan?” -kimi fikirlər gəlir.

Bunun əksi olaraq qadınların böyük əksəriyyəti isə sürprizləri sevirlər, haqsız da sayılmazlar. Çünki həyatındakı qadına xoşuna gələ biləcək sürprizlər etmək kişinin ona dəyər verdiyini, onu önəmsədiyini və xoşbəxt etməyə çalışdığını göstərər.

Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə uzaq məsafədən sürpriz etmək çox asandır. Alış-veriş saytlarından xoşuna gələcəyini bildiyiniz bir geyim və ya aksessuar, o cümlədən gül mağazasından üzərində özəl bir notla ünvanına gül göndərməyiniz ona olan diqqətinizi göstərəcək və özünü dəyərli hiss edəcək.

5. Ən önəmlisi bəlkə də budur. Uzaq məsafədən sağlam münasibətinizi nə qədər qorusanız da, müəyyən aralıqlarla üz-üzə görüşməyiniz də lazımdır. 15 gündən bir və ya ən az ayda 1 dəfə görüşmək sağlam balansı qoruyacaq. 4-cü hissədə qeyd edildiyi kimi bu görüşmələri də ona xəbər vermədən, gözləmədiyi vaxtda qarşısına çıxıb sürpriz halına gətirməyiniz lap əla olacaq.

Görüşdüyünüzdə bir-birinizin gözlərinə baxmaq, darıxdığınızı hiss etdirəcək qucaqlaşmalar, əl-ələ tutmaq, təmas etmək (müəyyən sərhədlər çərçivəsində) aranızdakı bağlılığı daha da gücləndirəcək və ondan uzaq olduğunuz zamanlarda da sizə güc verəcək.

Son olaraq uzaq məsafə münasibəti yaşayan bütün cütlüklərə təməlində qarşılıqlı hörmət, güvən, etibar dayanan sağlam münasibət arzu edirəm.

Baxış sayı: 560
0 şərh
1
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Günahkarlıq duyğusundan necə azad ola bilərik?
növbəti yazı
Ayrılıq zamanı daha yaxşı hiss etmək üçün nə edə bilərsiniz?

Related Posts

Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?

02 Fevral 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Sağlam və sağlam olmayan hisslər

17 Yanvar 2023

Əhvalım havaya görə dəyişir

27 Dekabr 2022

Ailədaxili münasibətlər

06 Dekabr 2022

Heç vaxt qazana bilməyəcəyimiz savaş

05 Dekabr 2022

Mükəmməlliyyətçiliyin öhdəsindən necə gələ bilərik?!

02 Noyabr 2022

Valideynlərimizdən gözləntilərimiz

18 Oktyabr 2022

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində...

13 Oktyabr 2022

Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

11 Oktyabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net