Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Fərdi inkişafXoşbəxtlik

Günahkarlıq duyğusundan necə azad ola bilərik?

yazdı Admin 18 Yanvar 2022
yazdı Admin 18 Yanvar 2022
Günahkarlıq duyğusundan necə azad ola bilərik?

Özünü günahlandırma hissinin ifrat dərəcədə olduğu insanlarda özgüvənsizlik, mükəmməlliyyətçilik, şübhə, qorxu, davamlı olaraq depressiv ruh halı özünü göstərir.

Günahkarlıq duyğusu ailə və cəmiyyətin mühakimə edici düşüncələri və ya dini inanclar nəticəsində insanın şüurlu və ya şüursuz şəkildə qapıldığı və özü ilə bağlı dəyərlərini sarsan dərin bir duyğudur.

 Günahkarlıq duyğusu yanlış bir şey etdiyini düşünən insanın özünü bağışlaya bilməməsindən qaynaqlanır. Yanlış etdiyini düşündüyü üçün özünü günahlandırır, bağışlaya bilmir, keçmişdə qalıb indini yaşaya və həyatına qaldığı yerdən davam edə bilmir və özünü cəzalandırmağa başlayır. Keçmişdə qalıb indini yaşaya bilməmək get-gedə mənəvi olaraq insanı çökdürür.

Günahkarlıq duyğusundan necə azad ola bilərik?

Bütün psixoloji problemlər kimi özünü günahlandırmanın səbəbi də uşaqlıq dövrünə səyahət edərək araşdırılmalı və korreksiyası istiqamətində addımlar atılmalıdır. Bunun üçün psixoloq dəstəyindən faydalana bilərsiniz.

Dünəni dünəndə saxlamağı bacarın. Keçmişdə hər nə yaşamış olsanız da, geri dönüb keçmişi dəyişə bilməzsiniz, amma özünüzü bağışlayıb özünüzlə barışıq şəraitdə bu günü gözəlləşdirə bilərsiniz. Çünki hal-hazırda keçmiş və gələcək yox, burada və indi bu gün var.

Mükəmməlliyətçilik və daim hər şeyi nəzarətdə saxlamaq günahkarlıq duyğusundan xilas olmaq üçün qarşınızda duran ən önəmli əngəllərdən biridir, özünüzə rahatlıq verin, əlinizdən gələn hər şeyi etmisinizsə, hər şeyi öz axarına buraxın.

Uşaqlıq və gənclik xatirələrinizi yazın, bu zaman özünüzü niyə günahkar hiss etdiyinizi görə bilərsiniz.

Səbəbini tapdığınızda özünüzə bu sualları verin: “Özümü niyə bağışlamıram?”, “Özümü günahlandırmağım mənim üçün nə məqsəd daşıyır?”, “Günahkarlıq mənə nə qazandırır?”, “Özümü bağışlamaq üçün nə edə bilərəm?”.

Necə ki, başqa bir şəxslə aranızda problem olduğu zaman danışaraq, müzakirə edərək həll etməyə çalışırsınız, eləcə də özünüzlə də müzakirə edib suallarınıza cavab tapın.

Bu sualları özünüzə verərək analiz aparın, inanın, faydasını görəcəksiniz.

Keçmişə sadəcə gələcəyinizə işıq tutmaq üçün baxın. Çünki gələcəyinizi yaşaya bilmək üçün öncə keçmişin getməsinə icazə verməlisiniz. İnsan səhv edə-edə doğruları öyrənir. Günahkarlıq hissinizin səbəbi hər nə olursa olsun, o təcrübənin sizə nə öyrətdiyinə baxın.

Günahkarlıq duyğusundan azad olmaq bir anda mümkün ola biləcək proses deyil, tələsməyin, özünüzə zaman verin.

Baxış sayı: 578
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Ailədə birinci övladın ikinci övladın gəlişinə psixoloji hazırlığı – bacı-qardaş qısqanclığının həll yolu kimi
növbəti yazı
Araya məsafələr girdiyində sağlam münasibəti qorumaq mümkündürmü?

Related Posts

Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?

02 Fevral 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Sağlam və sağlam olmayan hisslər

17 Yanvar 2023

Əhvalım havaya görə dəyişir

27 Dekabr 2022

Ailədaxili münasibətlər

06 Dekabr 2022

Heç vaxt qazana bilməyəcəyimiz savaş

05 Dekabr 2022

Mükəmməlliyyətçiliyin öhdəsindən necə gələ bilərik?!

02 Noyabr 2022

Valideynlərimizdən gözləntilərimiz

18 Oktyabr 2022

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində...

13 Oktyabr 2022

Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

11 Oktyabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net