1. Sən böyüksən, o balacadır, başa düşmür ağlayır, oyuncağı ver o oynasın, ağlamasın, axı sən böyüksən başa düşürsən.
2. Sən dərsini oxu ki, qardaşın ( bacın) sənə baxıb dərs oxusun.
3. Sən böyüksən əşyalarını, otağını səliqəyə sal, o hələ balacadır, yığa bilmir.
Belə hallarda uşaqlar evin böyüyü olduğu üçün özünü çox bədbəxt hiss edir, təəssüf hissi keçirir. Böyük uşaq olmağı ağır məsuliyyət kimi qavrayır, bunun daim mənfi tərəflərini görür.
Uşaqlara birşeyi izah edərkən sən böyüksən, sən kiçiksən şəklində ifadələr işlətməyin. Nəyin doğru, nəyin yalnış olduğunu səbəbləri ilə izah edin. Nəyisə etməyin yanlış və həqiqi səbəblərini deməyə önəm verin. Ən əsası uşaqlarla ünsiyyət qurarkən onların boyu səviyyəsində aşağı əyilib, gözlərinin içinə baxaraq danışın. Hər uşağın ayrı ayrılıqda öhdəliklərinin olduğunu deyin. Yaxşı olardı ki öz öhdəliklərinizi də sadalayasınız.