Uşağımızın kiçik olduğunu düşünərək, yalanımızı başa düşməyəcəyini hesab etdik.
1. Kimsə gəlib, ana onunla görüşmək istəməz, övladına onun evdə olmadığını söyləməsini deyər.
2. Ataya zəng gələr, yoldasan deyə sual verilər. Ata evdə olduğu halda yolda olduğunu deyər. Uşaqlar da buna şahid olar.
3. Uşaq məktəbə yeni başlayıb və anadan ayrıla bilmir, ana onu aşağıda gozlədiyini deyər. Uşaq aşağı düşərkən ananın orda olmadığını görər.
4. Uşağın tapşırığını ata yerinə yetirər, müəllimə özünüz etdiyini söyləməsini tapşırar.
Unutmayaq dürüst bir uşaq yetişdirmək istəyiriksə, ilk öncə özümüz onlara nümunə olmalıyıq. Onlara anlayışla, səbrlə yanaşıb, hərşeyi səbəbləriylə izah etməliyik.