Q.Lebon (7.05.1841-13.12.1931)- fransız həkimi, psixoloqu və sosioloqu. Sosial psixologiyanın yaradıcılarından biri, kütlə psixologiyası üzrə mütəxəssis.
A.Vallon (15.06.1879 — 1.12.1962) – fransız psixoloqu. Əməllə idrakın əlaqəsini göstərmişdir. Ontogenetik inkişafın mərhələlərinin sxemini təklif etmişdir.
J.M.Sarko (29.11.1825 – 16.08.1893)-fransız həkim-psixiatri. Müasir nevrologiya və psixiatriyanın yaradıcılarından biri. Z.Freydin müəllimi. Sarko duşunun (müalicəvi su qəbulu) yaradıcısı. Isteriya üzrə mütəxəssis.
Alfred Bine (11.07.1857 – 18.10.1911) – fransız psixoloqu. Fransada psixoloji laboratoriyanın yaradıcısı (1889). Testologiyanin da yaradıcılarından biri sayılır. “Bine-Simon əqli inkişaf şkalası” onun adı ilə bağlıdı.
24 fevral 1947-ci ildə 88 yaşında fransız psixoloqu, psixiatrı və nevropatoloqu P.M.F.Jane vəfat edib. O, nevrozların psixoloji konsepsiyasının və psixoasteniyanin biopsixoloji nəzəriyyəsinin müəllifi olmaqla, dissosiasiya, interiorizasiya və psixoasteniya anlayışlarını elmə daxil edib. Onun konsepsiyasının təsiri əsasında L.S.Vıqotskinin nəzəriyyəsi formalaşıb
Fransız psixoloqlar
əvvəlki yazı