Science Jurnalının xəbərinə görə yaddaşınızı gücləndirmək üçün gül iyləməlisiniz.
Almaniyadakı Lübeck Universiteti elm adamlarından Jan Born və qrupu, yuxunun yaddaşa necə təsir etdiyini tapmaq səbəbiylə tədqiqat aparıblar.
Təcrübədəki insanlar sonra 2 qrupa ayrıldı və birinci qrup gül qoxusu, ikinci qrup isə heç bir şey iylədilmədən yatdı.
Yuxu əsnasında da qoxu iylədən mütəxəssislər, yuxu əsnasında beynin verdiyi reaksiyaları MRI cihazıyla ölçdülər.
Təcrübəyə qatılanların 97.2%-i 1 gün sonra yatmamışdan əvvəl özlərinə göstərilən kartların yerlərini xatırladılar.
Gül qoxusunu iyləmədən yatanlarda isə bu nisbət 86%-də qaldı.
MRI hesablamalarında da yuxu əsnasında qoxu iyləyənlərin beyinlərinin hippocampus hissəsində fəaliyyət təsbit edildi.
Yaddaşın gücləndirilməsində gülün rolu
əvvəlki yazı