Ailədə rol gözləmələri və tələblər”sorğusu (A.N.Volkova)
Məqsədi: 1. Ər-arvadın ailə həyatında seksual münasibətlərinin, şəxsi münasibətlərinin, valideyn borclarının, hər iki tərəfin profesional maraqlarının, mənəvi və emosional dəstəyin, partnyorların xarici cəlbediciliyinin əhəmiyyətliyi haqqında təsəvvürləri öyrənmək. Bütün bunlar ailənin əsas funksiyalarını əks etdirir, ailənin dəyərlər şkalasını (ADŞ) təşkil edir.
2. Ailədə ər- arvad arasında ailə funksiyalarını realizasiyası zamanı arzuolunan rol bölgüsü, haqqında təsəvvürləri dəqiqləşdirmək və rol gözləmələri və tələbləri şkalalarını (RGTŞ) birləşdirmək.
Metodikanın təsvirir: metodika hər birində 36 hökmdən ibarət olan iki variantdan (kişi və qadın) və 7 şkaladan ibarətdir. Tərəflərə hökmlərlə tanış olmaq və hər bir hökmə rəy bildirmələri təklif olunur. Aşağıdakı tip cavab variantlardan istifadə olunur: “tamamilə razıyam”, “ümumilikdə bu doğrudur”, “bu tamamilə belə deyil”, “bu doğru deyil”.
Təlimat: sizin qarşınızda nigaha aid olan 36 hökm var. Diqqətlə hökmləri oxuyun və onlara rəyi bildirin.
Sorğunun mətni (Qadınlar üçün)
№ Hökmlər
1 Insanın əhval –ruhiyyəsi onun seksual tələbatlarının təmin olunmasından asılıdır.
2 Nigahda xoşbəxtlik ər-arvadın seksual harmoniyasından asılıdır.
3 Seksual münasibətlər – ər- arvad münasibətlərində əsasdır.
4 Nigahda qadın və kişinin ümumi maraqlarının olması vacib amildir.
5 Ər – həyat yoldaşının maraqlarını, fikirlərini, meyillərini dəstəkləyən –dostdur
6 Ər – həyat yoldaşının işləri haqqında danışa biləcək dostdur.
7 Ərin ən böyük qayğısı – ailənin rahatlığını və maddi əsaslarını təmin etməkdir.
8 Ər qadınlar birlikdə ev işləri ilə maraqlanmalıdır.
9 Ər özünün qayğısına qalmağı bacarmalıdır, gözləməməlidir ki, qadın bütün işləri öz üzərinə götürəcək.
10 Ər qadınla bərabər eyni dərəcədə uşaqlarla maraqlanmalıdır.
11 Mən istərdim ki, həyat yoldaşım uşaqları sevsin.
12 Həyat yoldaşımın yaxşı ata olub –olmamasına fikir verirem.
13 Işgüzar və enerjili kişilərdən xoşum gəlir.
14 Işləri ilə ciddi məşğul olan kişiləri olduqca dəyərləndirirəm.
15 Həyat yoldaşımın işinin professional və işgüzarlığının necə dəyərləndirilməsi mənim üçün çox vacibdir.
16 Ər ailədə isti və etibarlı atmosferin yaratmağı bacarmalıdır.
17 Həyat yoldaşımın məni başa düşməsi və məni olduğu kimi qəbul etməsi mənim üçün vacibdir.
18 Həyat yoldaşım – mənim yaşantılarıma, əhval-ruhiyyəmə, vəziyyətimə diqqətli olan dostumdur.
19 Həyat yoldaşım müasir və yaraşıqlı geyinəndə xoşum gəlir.
20 Boylubuxunmlu və görkəmli kişilər mənim xoşuma gəlir.
21 Kişi elə görünməlidir ki, ona baxmaq xoş olsun.
22 Qadının ən böyük qayğısı ailədə hər şeyin yerli yerinə olmasıdır.
23 Mən həmişə ailəyə nə almaq lazım olduğunu bilirəm.
24 Mən evdarlıqla bağlı vacib məsləhətləri yığıram: dadlı yeməkləri necə bişirmək, tərəvəzləri, meyvələri necə konservləşdirmək və s.
25 Uşağın tərbiyəsində əsas rolu qadın oynayır.
26 Mən uşağın dünyaya gəlməsi, tərbiyəsi ilə bağlı çətinliklərdən qorxmuram.
27 Mən uşaqları sevirəm və onlarla böyük məmnuniyyətlə məşğul oluram.
28 Mən həyatda öz yerimi tutmağa çalışıram.
29 Mən öz işimdə yaxşı mütəxəssis olmağa çalışıram.
30 Mənə çətin və məsuliyyəti işi tapşırdıqda çox fərəhlənirəm.
31 Yaxınlar və dostlar tez –tez məsləhət üçün mənə müraciət edirlər.
32 ətrafdakılar tez-tez öz bədbəxtliklərin mənə danışırlar.
33 Mən həmişə səmimi olaraq qayğıya və dəstəyə hetiyacı olan insanları dəstəkləyirəm.
34 Mənim əhval –ruhiyyəm mənim necə görünməyimdən asılıdır.
35 Mən qəşəng paltarları xoşlayıram, bər-bəzəkdən və kosmetikadan istifadə edirəm.
36 Mən xarici görünüşümə xüsusi əhəmiyyət verirəm.
Sorğunun mətni (Kişilər üçün)
№ Hökmlər
1 Insanın əhval –ruhiyyəsi onun seksual tələbatlarının təmin olunmasından asılıdır.
2 Nigahda xoşbəxtlik ər-arvadın seksual harmoniyasından asılıdır.
3 Seksual münasibətlər – ər- arvad münasibətlərində əsasdır.
4 Nigahda qadın və kişinin ümumi maraqlarının olması vacib amildir.
5 Qadın – həyat yoldaşının maraqlarını, fikirlərini, meyillərini dəstəkləyən –dostdur.
6 Qadın – həyat yoldaşının işləri haqqında danışa biləcək dostdur.
7 Qadının ən böyük qayğısı – ailəyə qulluq etmək və yemək bişirməkdir.
8 Qadın əgər yaxşı evdar xanım deyilsə onda mənim gözümdən düşür.
9 Qadın əgər yaxşı evdar xanımdırsa onda bununla fəxr edə bilər.
10 Mən istərdim ki, həyat yoşdaşım uşaqları sevsin və onlara yaxşı ana olsun.
11 Əgər qadın analıq hissindən sıxılırsa demək o natamam qadındır.
12 Mənim üçün həyat yoldaşımın yaxşı ana olmasıdır.
13 Işgüzar və enerjili qadınlardan xoşum gəlir.
14 Işləri ilə ciddi məşğul olan qadınları olduqca dəyərləndirirəm.
15 Həyat yoldaşımın işinin professional və işgüzarlığının necə dəyərləndirilməsi mənim üçün çox vacibdir.
16 Qadın ailədə isti və etibarlı atmosferin yaratmağı bacarmalıdır.
17 Həyat yoldaşımın məni başa düşməsi və məni olduğu kimi qəbul etməsi mənim üçün vacibdir.
18 Həyat yoldaşım – mənim yaşantılarıma, əhval-ruhiyyəmə, vəziyyətimə diqqətli olan dostumdur.
19 Həyat yoldaşım müasir və gözəl geyinəndə xoşum gəlir.
20 Yaxşı geyinən qadınları həmişə dəyərləndirirəm.
21 Mən həmişə evə nə lazım olduğunu bilirəm.
22 Mən ev işləri ilə məşğul olmağı xoşlayıram.
23 Mən evi təmir edə və texniki işləri həll edə bilərəm.
24 Uşaqlar mənimlə oynamağı xoşlayırlar və səbrlə onlarla ünsiyyətdə oluram.
25 Mən uşaqları çox sevirəm və onlarla məşğul olmağı bacarıram.
26 Mən uşağın tərbiyəsində aktiv iştirak edirəm və hətta boşansam belə bu belə olacaq.
27 Mən uşaqları sevirəm və onlarla böyük məmnuniyyətlə məşğul oluram.
28 Mən həyata öz yerimi tutmağa çalışıram.
29 Mən öz işimdə yaxşı mütəxəssis olmağa çalışıram.
30 Mənə çətin və məsuliyyəti işi tapşırdıqda çox fərəhlənirəm.
31 Yaxınlar və dostlar tez –tez məsləhət üçün mənə müraciət edirlər.
32 Ətrafdakılar tez-tez öz bədbəxtliklərin mənə danışırlar.
33 Mən həmişə səmimi olaraq qayğıya və dəstəyə hetiyacı olan insanları dəstəkləyirəm.
34 Mənim əhval –ruhiyyəm mənim necə görünməyimdən asılıdır.
35 Mən mənə yaraşan paltarları geyinməyə çalışıram.
36 Mən kostyuma, köynəyin formasına, qalstukun rənginə xüsusi əhəmiyyət verirəm.
Alınan nəticələrin təhlili:
Cütlüklər testdən keçdikdən sonra cavabları “Ailə dəyərlərinin konsultasion tədqiqi” cədvəlində qeyd olunur (cədvəl 1.).
Cədvəl 1.
Ailə dəyərləri şkalası Hökmün№ – Bal – Hökmün№ – Bal- Ümumi göstərici (balda)
Intim seksual 1
2
3
=
Həyat yoldaşı ilə şəxsi
indentifikasiya 4
5
6
=
Səmərəli məişət təsviri Gözləmə Iddia
7 22
8 23
9 24
= =
Valideyn – tərbiyəçi 10 25
11 26
12 27
= =
Sosial aktivlik 13 18
14 29
15 30
= =
Emosional – psixoterapevtik 16 31
17 32
18 33
= =
Xarici cəlbeidicilik 19 34
20 35
21 36
= =
Metodika 7 ailə dəyəri şkalasına bölünür. Hər bir şkala üzrə ballar ayrıca hesablanır. Əvvəlki iki şkala üzrə ballar cəmlənərək axırıncı sırada yazılır. Digər 5 şkalada isə 2 alt şkalaya (gözləmə, iddia) bölünür. Rollu gözləmə – bu ər və arvadın ailə vəzifələrini aktiv şəkildə yerinə yetirməsi ustanovkası, rollu iddia isə – hər bir partnyorun ayrı-ayrılıqda ailə rolunu yerinə yetirməsinə hazırlığıdır. Cavablar aşağıdakı kimi qiymətləndirilir:
“Tamamilə razıyam”3 bal .
“ümumilikdə bu doğrudur” – 2 bal.
“bu tamamilə belə deyil” – 1 bal.
“bu doğru deyil” – 0 bal
Beləliklə, şkala üzrə minimum bal 0, maksimum isə 9-dur.
Şkala üzrə kiçik qiymət – 0- 3 bal;
Şkala üzrə orta qiymət – 4-6 bal
Şkala üzrə yüksək qiymət – 7- 9 bal.
Ailə dəyərləri şkalasının interpretasiyası:
1.İntim seksual şkala – (№1-3 hökmlər) – ailə münasibətlərində seksual münasibətlərin əhəmiyyətliyini qeyd edir. Bu şkala üzrə yüksək bal göstərir ki, cütlüklər seksual münasibətləri ailə xoşbəxtliyinin vacib şərti hesab edir. Cütlüklərin bir –birinə münasibəti onların necə seksual partnyor olmasından asılıdır. Şkala üzrə aşağı qiymət nigahda seksual münasibətlərin qiymətləndirilməməsi kimi interpretasiya olunur.
2. Həyat yoldaşı ilə şəxsi indentifikasiya – (№4-6 hökmlər) – ər və arvadın bir-birilərinə olan şəxsi identifikasiya ustanovkasın əks etdirir: maraqların birliyinin gözlənilməsi, tələbatlar, dəyərlərin orientasiyası. Şkala üzrə aşağı qiymət şəxsi avtonomiya ustanovkasını göstərir.
3.Səmərəli məişət təsviri şkalası ailənin səmərəli məişət funksiyasının cütlüklər tərəfindən necə həyata keçirilməsini göstərir. Bu şkala iki subşkalalara bölünür: rollu gözləmə, rollu iddia. Rollu gözləmə (№7-9 hökmlər)partnyordan qiymətlərə gözləmə səvviyyəsi kimi nəzərdən keçirilir. Rollu gözləmə şkalasında qiymətlər nə qəər yüksəkdirsə, o qədər də həyat yoldaşının tələbləri artır. Rollu tələblər şkalası (№22-24 hökmlər) məişət işlərində cütlüklərini özünün istəyilə iştirak etməsini əks etdirir. Şkala üzrə ümumi bal kişinin(qadının) ailənin məişət baxımından təşkilində əhəmiyyətliyi kimi baxılır.
4. Valideyn –tərbiyəçi şkalası cütlüklərin valideyn öhdəliklərinə olan münasibətini əks etdirir. Rol gözləmələri şkalası (№10-12 hökmlər) həyat yoldaşının aktiv valideyn pozisiyasına olna münasibətini əks etdirir. Rollu iddia (№25-27 hökmlər)ər və ya arvadın uşaqların tərbiyəsində öz məsuliyyətinə orientasiyasını əks etdirir. Ümumi qiymət şkalası cütlüklər üçün valideyn funksiyası kimi baxılır. Şkalanın balı nə qədər yüksəkdirsə o qədər də kişi atalıq, qadın analıq hissi yüksəkdir.
5. Sosial aktivlik şkalası – ailə münasibətlərinin stabilliyinin xarici sosial aktivliyin əhəmiyyətliyini əks etdirir. Rollu gözləmə şkalası (№13-15 hökmlər)kişi və ya qadının ciddi professional maraqlarının orientasiyasının, aktiv ictimai rol oynamasının səviyyəsini ölçür. Rollu iddia şkalası (№ 28 – 30 hökmlər) cütlüklərin şəxsi professional tələbatının inikas olunmasını illüstrasiya edir. Şkalanın ümumi qiyməti kişi və ya qadının ailədaxili maraqlarını əks etdirir.
6. Emosional – psixoterapevtik – şkala ailənin emosional – psixoterapevtik funksiyasının əhəmiyyətliliyini əks etdirir. Rollu gözləmə şkalası (№ 16 – 17 hökmlər) kişi və ya qadının öz üzərinə ailədə emosional lider rolu götürməsinin səviyyəsini ölçür. Bunlara aşağıdakılar aiddir: ailədə psixoloji iqlimin korreksiyası, mənəvi və emosioanl dəstəkləmə, psixoterapevtik atmosferin yaradılması. Rollu gözləmə şkalası (№ 31 – 33 şkalası) kişi və ya qadının ailə psixoterapevti olmasını göstərir. Ümumi qiymət şkalası ailədə cütlüklər üçün qarşılıqlı və emosional dəstəyin əhəmiyyətliyini göstərir.
7. Xarici stabillik şkalası – qadın və kişinin xarici görünüşünün, onun müasir moda ilə uyğun gəlməsinin əhəmiyyətliliyini göstərir. Rollu gözləmə şkalası (№ 19 – 21 hökmlər) ər və ya arvadın əks cinsin gözəl görünməsini istəyir. Rollu iddia şkalası (№ 34 – 36 hökmlər) şəxsi cəlbediciliyinə önəm verdiyini göstərir. Ümumi qiymət şkalası xarici görünüşünün müasir obrazına orientasiyasını göstərir.
Mənbə: “114 psixoloji test” kitabı
Ailədə rol gözləmələri və tələblər”sorğusu (A.N.Volkova)
əvvəlki yazı