«AİLƏNİN RƏSMİ» TESTİ
Tədqiq olunanın A.A.S.:______________________________________
Tədqiq olunanın cinsi: K ____ Q ____ ; təvəllüdü _______________
Tədqiq olunanın sosial statusu _________________________________
Tədqiqatın keçirilmə tarixi «__» _____________ 200_ – cı il
Təlimat 1. «Öz ailənin rəsmini çək»
Təlimat 2. «Hamının adi işlə məşğul olduğu ailənin rəsmini çəkin»
Təlimat 3. «Dünyanı necə təsvir etdiyinizin rəsmini çəkin»
Təlimat 4. «Ailənin hər bir üzvünün fantastik varlıq kimi təsvir olunduğu rəsmi çək»
Təlimat 5. «Öz ailənin rəsmini metafora, sürət və rəmz şəklində çək»
«AİLƏNİN RƏSMİ » TESTİ
«Ailənin rəsmi» metodikası haqqında tarixi sorğu. Fərz edirlər ki, ailədaxili münasibətlərin diaqnostikası üçün ailənin rəsmindən istifadə olunması ideyası V.Xyüls, A. İ.Zaxarova, N.Korman, R.Beris, S.Kaufman və s. kimi bir sıra tədqiqatçılarda meydana çıxmışdır.
Testlərin tətbiq olunma məqsəd: Ailə daxili münasibətlərin əsas xüsusiyyətlərinin aşkar olunması.
Əsas vəzifləri: Təsvirin çəkilməsi və suallara cavab vermə əsasında qavrama xüsusiyyətlərini və uşağın ailə münasibətlərinə görə olan həyəcanını qiymətləndirmək.
Təchizat: işləmək üçün ölçüsü 15×20 sm və yaxud, 21×29 ölçülü ağ kağızdan, qələmdən, karandaşdan və pozandan istifadə etmək tövsiyyə olunur.
Təlimat 1: « Öz ailənin təsvirini çək». Bu zaman «ailə» sözünün mənasını aydınlaşdırmağa çalışın, əgər «nəyi çəkmək lazımdır?» sualı meydana çıxırsa, onda təlimatı bir daha təkrarlamağa çalışın. Fərdi müayinə zamanı tapşırığın yerinə yetirilmə müddəti 30 dəqiqə qədər uzadılmış olur.
Testin tətbiqi növbəti təlimatlarda ifadə olunan əlavə tapşırıqların yerinə yetirilməsini nəzərdə tutmuş olur.
Təlimat 2: «Hər kəsin adi işlə məşğul olduğu ailənizin təsvirini çəkin»
Təlimat 3: «Təssəvvürünüzdə canlandırdığınız ailənin təsvirini çəkin»
Təlimat 4: «Ailənin hər bir üzvünün fantastik varlıq kimi təsvir olunduğu ailənin təsvirini çəkin»
Təlimat 5: «Ailənizin metafora, hansısa bir surət və yaxud rəmz şəklində olan təsvirini çəkin»
Fərdi testləşdirmə zamanı protokolda növbəti amilləri qeyd etmək tövsiyyə olunur;
a) detalların rəsminin çəkilmə ardıcıllığı;
b) 15 saniyəyə qədər çəkən fasilə;
c) detalların silinməsi;
d) uşağın qarışıq şərhləri;
e) emosional reaksiyalar və onların təsvir olunan məzmun ilə olan əlaqəsi.
Tapşırıqların yerinə yetirilməsindən sonra əlavə məlumatı əldə etmək məsləhətdir.Adətən, növbəti suallar verilir:
1. De görüm, burada nə təsvir olunmuşdur?
2. Onlar haradadırlar?
3. Onlar nə edirlər? Bunu kim düşünüb?
4. Onlar şəndilər, yoxsa qəmgin? Bunun səbəbini başa sala bilərsənmi?
5. Rəsmi çəkilmiş insanlardan hansı biri xoşbəxt görünür? Bunun səbəbini başa sala bilərsənmi?
6. Onların arasından hansı biri bədbəxtdir? Bunun səbibini başa sala bilərsənmi?
Sonuncu iki sual uşağı hisslərin müzakirəsinə təşviq edir. Məhz elə buna görə də əgər o onlara cavab vermir və yaxud da ki, rəsmi olaraq cavab verirsə, onda eksplisitiv cavabın verilməsində israr etmək lüzumsuzdur.
Sorğu zamanı psixoloq uşaq tərəfindən çəkilmiş rəsmin mahiyyətini aydınlaşdırmağa çalışmalıdır: ailənin ayrı – ayrı üzvlərinə qarşı münasibət, uşaq nə səbəbdən öz ailə üzvlərindən birinin rəsmini çəkməyib. Bu baxımdan vasitəsiz suallardan yayınmaq, cavabda israr etməmək məsləhətdir. Belə ki, bu həyəcan və müdafiə reaksiyalarını induksiya edə bilər. Proektiv suallar əksər hallarda məhsuldar olurlar (məsələn, «Əgər quşun əvəzinə insanın rəsmi çəkilsəydi, onda o kim olardı?», «Qardaşın ilə sənin aranda olan yarışmada qələbə çalan hansı tərəf olardı?», «Ananız kimi onunla getməyə çağırır?» və s.).
Uşağa həll edilmə məqsədilə 6 vəziyyəti təqdim etmək olar; onlardan 3–ü ailə üzvlərinə qarşı olan mənfi hisslərin aşkar edilməsinə, 3–ü isə müsbət hisslərin aşkar olunmasına təkan verməlidirlər.
1. Təsəvvür et ki, sənin sirkə getmək üçün iki biletin var. Sən özünlə kimi sirkə dəvət edərdin?
2. Təsəvvür et ki, sənin bütün ailən qonaq gedir, lakin onlardan biri xəstələnib və o evdə qalmalıdır. O kimdir?
3. Sən konstrukturdan ev qurursan (və yaxud, gəlincik üçün kağız paltar kəsirsən) və sənin bəxtin gətirmir. Sən kimi köməyə çağırardın?
4. Sənin maraqlı filmə ….biletin var (lakin biletin sayı sizin ailə üzvlərinizin sayından bir bilet azdır). Səncə evdə kim qalmalıdır?
5. Təsəvvür et ki, sən uzaq yaşıl adaya düşmüsən. Sən orda kiminlə birlikdə yaşamaq istərdin?
6. Sən maraqlı lotonu hədiyyə kimi almısan. Bütün ailə onunla oynamaq istəyir, lakin onların arasından bir nəfər artıqdır. Səncə kim bu oyunu oynamamlıdır?
İnterpretasiya üçün növbəti amillərdən də xəbərdar olmaq məsləhətdir:
A) tədqiq olunan uşağın yaş həddi;
B) onun ailəsinin tərkib hissəsi, qardaş və bacıların yaş həddi;
V) əgər mümkündürsə, uşağın evdə, uşaq bağçasında və yaxud da, məktəbdə necə davrandığı haqqında məlumata malik olmaq.
«Ailənin rəsmi» testinin tərtibi növbəti sxem üzrə həyata keçirilir;
P/p № – si. Qeyd olunmuş əlamətlər. Əlamətlərin çoxluq təşkil etməsi haqqında qiymətlər.
1. Rəsmin ümumi ölçüsü (onun sahəsi)
2. Ailə üzvlərinin sayı
3. Ailə üzvlərinin müvafiq ölçüləri
Ana
Ata
Bacı
Qardaş
Baba
Nənə və s.
4. Ailə üzvləri arasındakı məsafə
Onlar arasında hansısa bir predmetlərin çoxluq təşkil etməsi
5. Heyvanların çoxluq təşkil etməsi.
6. Təsvirlərin növləri
Sxematik təsvirlər
Realistik təsvirlər
Estetik təsvirlər
İnteryerdə, peyzajın fonunda və s.
Metamorfik təsvirlər.
Hərəkətdə, əməldə.
7. Müsbət emosiyaların təzahür etmə dərəcəsi (1,2 və 3 balları ilə ifadə olunan)
Mənfi emosiyaların təzahür etmə dərəcəsi (1,2 və 3 balları ilə ifadə olunan)
İfanın səliqəlilik dərəcəsi (1,2,3)
Verilmiş təlimatlar üzrə tapşırıqların yerinə yetirilməsi zamanı təsvir olunan bu və ya digər vəziyyətlərdə müştərək qüvvələrin çoxluq təşkil etməsi və yaxud, mövcud olmaması qiymətləndirilir.
«Ailənin rəsmi » testinin interpretasiyası. Təsvirlərin xüsusiyyətlərinin əsasında növbəti amilləri müəyyən etmək vacibdir:
1) Uşağın yerləşdiyi təsviredici fəaliyyətin mərhələsi, təsviredici mədəniyyətin inkişaf səviyyəsi. Təsvirin primitivliyi və yaxud, surətlərin ifadəlilik və açıq–aydınlıq dərəcəsi, xətlərin gözəlliyi, emosional ifadəlilik rəsmlərin biri–birilərindən fərqləndirilməsinə təkan verən xarakterik xüsusiyyətlərdir:
2) Uşağın rəsm çəkmə vəziyyətinin əsas xüsusiyyətləri. Güclü ştrixləmə halının çoxluq təşkil etməsi, kiçik ölçülər uşağın əlverişsiz fiziki vəziyyətdə olduğunu, gərginlik və sıxılma səviyyəsini və s. sübuta yetirmiş olur, iri ölçülər isə əks amillərdən xəbər verirlər; əhval – ruhiyyənin yüksək səviyyədə olması, risklilik, gərginləşmə və yorğunluq halının mövcud olmaması;
3) Ailədaxili münasibətlər ilə uşağın ailədəki emosional əhval – ruhiyyəsinin əsas xüsusiyyətlərini, müsbət emosiyaların ailə üzvlərində təzahür etməsi və eləcə də, onların yaxınlıq dərəcəsi üzrə təyin etmək mümkündür (biri – birilərinin əllərindən tutaraq yanaşı dayanmışlar, birlikdə nəsə edir və yaxud, hamar vərəqin üzərində xaotik şəkildə yerləşmişlər, biri–birilərindən uzaq məsafədə dayanmışlar, mənfi emosiyalar güclü şəkildə ifadə olunmuşdur və s.);
Nəticələrin interpretasiya olunması zamanı müəlliflər tədqiq olunanın kiçik və yaxud, böyük ailənin rəsmini çəkməsi halına xüsusi diqqət yetirmişdirlər (müəlliflər hesab edirlər ki, bu, müəyyən müdafiə mexanizmlərinin fəaliyyət göstərməsinə işarədir – təsadüfsüzlüklərin sayı nə qədər çox olarsa, mövcud olan vəziyyətdən qane olmamaq halı da çoxluq təşkil edəcəkdir).
Rəsmlərdə (L. Korman üzrə) təhlil edirlər;
A) Qrafik keyfiyyət ( xətlərin xarakteri, fiqurların mütənasibliyi, məkandan istifadə, səliqəlilik);
B) Formal struktur (rəsmin dinamikliyi, ailə üzvlərinin yerləşdirilməsi), məzmun (rəsmin mahiyyətinin təhlili).
Tədqiqatın ənənəvi şəkildə həyata keçirilməsi ilə (tapşırığın oxunması və yerinə yetirilməsi) paralel olaraq tədqiq olunanı ailədəki münasibətlərin (məsələn: « Sizcə, ailədə ən pis adam kimdir?») məzmununun müzakirə edilməsinə təhrik edən, bilavasitə müsbət və ya mənfi seçimi (məsələn: «Ata avtomobillə səfərə çıxmaq istəyir, lakin onun avtomobilində hamı üçün yer yoxdur. Evdə kim qalmalıdır?») nəzərdə tutan xüsusi sualları və eləcə də, söhbət prosesi zamanı uşaq üçün çəkilmiş vəziyyətin mahiyyətini dəqiqləşdirən sualları təklif edirlər. «Ailənin rəsmi» aşağı səviyyəli intellektual inkişafı olan uşaqlar üçün daha əlverişlidir.
Bizim psixologiya sahəsində «Ailənin rəsmi» texnikası kliniki tədqiqatlarda geniş şəkildə tətbiq olunmağa başlanmışdır. A. İ. Zaxarov iki tapşırıqdan ibarət olan metodika variantını təklif etmişdir. Onlardan birinin yerinə yetirilməsi üçün uşaq «iki mərtəbədə» yerləşən dörd «otaqda» özü də daxil olmaqla ailə üzvlərindən birinin rəsmini çəkməlidir. Rəsmin interpretasiyası zamanı ailə üzvlərinin mərtəbələrdə yerləşdirilməsinə və eləcə də onlardan hansının uşaqla qaldığına (yəni, emosional cəhətdən yaxın olması ) diqqət yetirmək lazımdır. İkinci tapşırıq – rəsmin əlavə təlimatlar olmadan sərbəst şəkildə yerinə yetirilməsidir.
«Ailənin rəsmi» metodikası psixoloji məsləhətləşmə şəraitində tətbiq olunma zamanı daha əlverişlidir, məsləhətçi –psixoloqun şəxsiyyətlərarası münasibətlərin pozğunluğunun psixoloji cəhətdən korreksiya olunması üzrə olan fəaliyyəti taktikasının seçilməsi nöqteyi – nəzərindən mühüm əhəmiyyətə malikdir. Belə ki, uşağın öz ailəsini, ailədə tutduğu yerin və digər ailə üzvləri ilə olan münasibətlərinin subyektiv şəkildə qiymətləndirilməsi haqqında təsəvvürləri meydana çıxarır. Uşaqlar rəsmlərdə söyləməyə çətinlik çəkdikləri amilləri təsvir edirlər, yəni, rəsmin dili daha səmimi bir amildir və o, verbal dilə nisbətən təsvirin mahiyyətini daha açıq – aşkar şəkildə ifadə etmiş olur.
Bu metodika, tapşırığın cazibədarlığı və eləcə də, təbiiliyi baxımından psixoloqun uşaqla daha yaxşı emosional münasibət yaratmasına təkan verərək, müayinə zamanı meydana çıxmış gərginlik vəziyyətini aradan qaldırır. Ailənin rəsminin böyük məktəbəqədər və kiçik yaş hədlərində tətbiq olunması daha məhsuldar xüsusiyyətlərə malik olmuşdur. Belə ki, bu nəticəyə əsasən əldə olunan nəticələr uşağın öz hiss – həyəcanlarını verballaşdırmaq qabiliyyəti və eləcə də, introspeksiyaya olan münasibətindən, yəni, verbal texnikaya əsaslanmış tapşırıqların yerinə yetirilməsi zamanı mühüm əhəmiyyət kəsb edən psixi fəaliyyətin xüsusiyyətlərindən demək olar ki, cüzi şəkildə asılı olur.
AİLƏNİN RƏSMİ TESTİ
əvvəlki yazı