Lyuşer testi
Rənglərin insanda həm fizioloji, həm də psixoloji effektlər əmələ gətirməsi artıq yaxşı məlumdur. Bu amili incəsənət, estetika və istehsalda nəzərə alırlar. Rənglərə qarşı emosional münasibət onlardan bəzilərinə üstünlüyün verilməsi ilə (seçim), bəzilərinə qarşı etinasızlıqla və imtina ilə (neqativ qiymətləndirmə) xarakerizə olunduğundan psixodiaqnostikada da bu məsələ önəm daşıyır.
Lyuşer testinə görə rəng seçimi tədqiq olunanın fəaliyyət istiqamətini , əhvalını və şəxsiyyətin funksional vəziyyəti və nisbətən sabit keyfiyyətlərini özündə əks etdirir.
Lyuşerə görə rənglərin xarakteristikası 4 əsas və 4 əlavə rəngi özündə birləşdirir:
Əsas rənglər:
1.Göy-məmnunluq və sakitliyi simvolizə edir;
2.Tünd yaşıl-özünəinam, qətiyyətlilik hissi, bəzən isə tərslik;
3.Al-qırmızı-iradi səyin güclülüyünü, aqressivliyi, təzyiq tendensiyalarını,
ehtirası simvolizə edir;
4.Açıq-sarı-aktivlik, ünsiyyətə meyl, ekspansivlik, şən əhval-ruhiyyə.
Optimal vəziyyətdə, konflikt mövcud deyilsə əsas rənglər ilk beş pozisiyada yer tutur.
Əlavə rənglər:
5.bənövşəyi
6.qəhvəyi
7.qara
8. «0» ton (boz)
Bu rənglər neqativ tendensiyalardan olan həyəcanlılıq, stress, qorxu hissini, məyusluluğu simvolizə edir. Onların mənaları bir-biri ilə qarşılıqlı əlaqədə müəyyənləşdirilir.Aşağıda bunun üçün müxtəlif pozisiyalar verilib.
Təlimat (psixoloq üçün) : «Rəngli kartları qarışdırın və rəngli üzlərini üstə qoyun. Tədqiq olunandan ona təqdim olunmuş 8 rəngdən onun ən çox xoşuna gələnini seçməsini xahiş edin. Tədqiq olunana əvvəlcədən izah edin ki, o rəng seçərkən sevdiyi geyim rənginə və ya göz rənginə və s. görə seçməməlidir. Tədqiq olunan təklif olunmuş 8 rəngdən ona ən xoş olanını seçməlidir. Seçilmiş kart rəngli üzü aşağı olmaqla qırağı qoyulmalıdır. Qalan rənglərin içindən ən xoş olanını seçməyi tədqiq olunandan xahiş edin. Seçilmiş növbəti kartı rəngli üzü aşağı olmaq şərti ilə birinci kartın sağ tərəfinə qoyun. Proseduru təkrar edin. Kartların nömrələrini seçilmə ardıcıllığı ilə qeyd edin.
2-3 dəqiqədən sonra kartların rəngli üzünü çevirin və eyni proseduru təkrar edin. Tədqiq olunana izah edin ki, o bundan əvvəlki prosedurdakı rənglərin seçilmə ardıcıllığını yada salıb, ixtiyari olaraq seçim ardıcıllığını dəyişməməlidir.
Birinci seçim arzu olunan vəziyyəti , ikinci isə reallığı təsvir edir. Tədqiqatın məqsədindən asılı olaraq testin nəticələrini interpretasiya etmək olar ».
Testin nəticələrindən alınan 8 pozissiya:
– nəzərə çarpan üstünlük (+ + kimi işarə olunur)
– üstünlüyün verilməsi (x x kimi işarə olunur)
– rəngə qarşı etinasızlıq (= = kimi işarə olunur)
– rəngə qarşı antipatiya (- – kimi işarə olunur)
I Pozissiya- məqsədə çatma yollarını əks etdirir(məsələn: göy rəngin seçilməsi tədqiq olunanın sakit , əlavə təzyiqsiz fəaliyyət göstərmək niyyətindən xəbər verir).
II Pozissiya- tədqiq olunanın can atdığı məqsədi əks etdirir.
III- IV Pozissiya- tədqiq olunanın hal-hazırda olduğu mövcud situasiyaya münasibətini və situasiyanın ona diktə etdiyi fəaliyyət obrazını əks etdirir.
V-VI Pozissiya- rəngə qarşı etinasılığı , neytral münasibəti xarakterizə edir. Bu sanki tədqiq olunanın əhvalını öz vəziyyətini motivlərini bu rənglə bağlamasından xəbər verir. Lakin müəyyən situasiyalarda bu pozissiya rəngin rezerv traktovkası ola bilər. Məsələn: göy rəngin (sakitlik rənginin) konkret bu situasiyaya uyğun olmaması ilə əlaqədar müvəqqəti qırıqda tutulması.
VII-VIII Pozissiyalar- rəngə qarşı neqativ münasibəti xarakterizə edir. Bu rəngdə əks olunmuş hansısa tələbatın, motivin, əhvalın basılması ilə əlaqədardır.
Seçilmiş rənglərin nömrələri pozissiyalara müvafiq qaydada qeyd olunur. Məsələn: qırmızı , sarı, göy, boz, yaşıl, bənövşəyi, qəhvəyi və qara rənglərin seçimi zamanı qeydiyyat aşağıdakı kimi aparılmalıdır:
+ + x x = = – –
3 4 1 0 2 5 6 7
Zonalar özlüyündə dörd funksional qrupu əmələ gətirir.
Lyuşer testi
əvvəlki yazı