K.Rocers və R.Daymondun sosial-psixoloji
adaptasiyanın diaqnostikası metodikası
Sorğu anketi
Təlimat
Anketdə insan, onun həyat tərzi: yaşantıları, fikirləri, vərdişləri, davranış tərzi haqqında fikirlər yer tapıb. Onları bizim həyat tərzimizlə uyğunlaşdırmaq olar.
Anketin hər bir mühakiməsinin özünüzə, həyat tərzinizə nə dərəcədə uyğun olub-olmadığını yoxlayın və qiymətləndirin. Cavabınızı blankda qeyd etmək üçün uyğun olan 7 cavab variantından birini 0, 1, 2, 3, 4, 5, 6 rəqəmi ilə işarə edin.
Cavab şkalası:
0 – bunun mənə heç aidiyyatı yoxdur
1 – əksər hallarda bu mənə aid deyil
2 – bunun mənə aid olmasına əmin deyiləm
3 – bunu özümə aid etməyə ürək eləmirəm
4 – bu mənə oxşayır, amma əmin deyiləm.
5 – bu mənə oxşayır
6 – bu dəqiq mənə aiddir.
Seçdiyiniz cavab variantını blankdakı xanada qeyd edin.
Mühakimələr
1. Kiminləsə söhbət etməyə utanır.
2. Başqalarının yanında ürəyini boşaltmaq istəmir.
3. Hər bir işdə yarışmağı, mübarizə aparmağı sevir.
4. Özünə qarşı çox tələbkardır.
5. Çox vaxt elədiyi işə görə özünü qınayır.
6. Çox vaxt özünü alçalmış hiss edir.
7. Əks cinsin nümayəndəsinin xoşuna gələcəyinə şübhə edir.
8. Sözünə həmişə əməl edir.
9. Ətrafdakılarla yaxın, xoş münasibətdədir.
10. Təmkinli, qaraqabaq, qapalı adamdır, başqalarından kənar gəzir.
11. Uğursuzluqlarında özünü günahlandırır.
12. Məsuliyyətlidir, ona arxalanmaq olar.
13. Anlayır ki, nəyisə dəyişmək iqtidarında deyil, etdiyi bütün səylər əbəsdir.
14. Bir çox məsələlərə yaşıdlarının gözü ilə baxır.
15. Ümumən o qayda və tələbləri qəbul edir ki, onlara riayət etmək lazımdır.
16. Şəxsi fikir və qaydaları kifayət qədər deyil.
17. Günün günorta çağı belə xəyal qurmağı sevir. Xəyallardan gerçəkliyə zorla qayıdır.
18. Müdafiəyə və hətta hücuma həmişə hazırdır: incikliyi uzun müddət saxlayır, fikrən qisas almaq haqqında düşünür.
19. Özünü və hərəkətlərini idarə etməyi, özünü məcbur etməyi bacarır, özünənəzarət onun üçün problem deyil.
20. Əhval-ruhiyyə tez-tez pozulur; ümidsizliyə qapılır, xiffət edir.
21. Başqaları ilə bağlı heç bir şey onu narahat etmir: özünü düşünür; özü ilə məşğuldur.
22. Bir qayda olaraq insanlar onun xoşuna gəlir.
23. Hisslərindən çəkinmir, onları açıq şəkildə büruzə verir.
24. İnsanların çox olduğu yerdə özünü azacıq da olsa tənha hiss edir.
25. İndi o heç özündə deyil, hər şeyi atıb haradasa gizlənmək istəyir.
26. Ətrafdakılarla adətən yola gedir.
27. Hər şeydən çətin insanın öz-özüylə mübarizə aparmasıdır.
28. Ətrafdakılardan layiq olmadığı halda xoş münasibət gördükdə ehtiyatlanır.
29. Daxilən nikbindir, hər şeyin yaxşı olacağına inanır.
30. Yolagetməz, tərs adamdır; belələrini çətin adam adlandırırlar.
31. İnsanları layiq bildiyi halda tənqid və mühakimə edir.
32. Adətən özünü idarəedən yox, idarə edilən kimi hiss edir: ona heç də həmişə müstəqil surətdə düşünmək və hərəkət etmək müəyyəssər olmur.
33. Onu tanıyanların əksəriyyəti yaxşı münasibət bəsləyir və onu sevir.
34. Hərdən elə fikirlər olur ki, heç kimlə bölüşmək olmur.
35. Cazibədar görkəmə malik insandır.
36. Özünü köməksiz hiss edir, yanında ola biləcək insana ehtiyacı var.
37. Qəbul etdiyi qərarı dərhal həyata keçirir.
38. İlk baxışdan guya müstəqil qərar qəbul edir, amma başqalarının təsirindən yaxa qurtara bilmir.
39. Hətta səbəb olmadıqda belə günahkarlıq hissi keçirir.
40. Onu əhatə edən hər bir şeyə ədavətlə yanaşır.
41. Hər şeydən məmnundur.
42. Məcrasından çıxıb: özünü ələ ala, toplaya bilmir.
43. Əzginlik hiss edir: əvvəllər onu narahat edən şeylər birdən əhəmiyyətini itirir.
44. Müvazinətlidir, sakitdir.
45. Qəzəblənəndə bir çox hallarda özündən çıxır.
46. Çox vaxt özünü incidilmiş hiss edir.
47. Coşqun, hövsələsiz, çılğın adamdır: hövsələsi çatmır.
48. Qeybət etdiyi vaxtlar olur.
49. Hisslərinə o qədər də etibar etmir: hissləri hərdən onu aldadır.
50. Özün kimi olmaq çox çətindir.
51. Birinci ağıldır, sonra hissdir: bir şey etməmişdən əvvəl düşünüb daşınır.
52. Başına gələnləri özünə uyğun şərh edir, hətta bəzən uydura bilər. Bir sözlə, bu dünyanın adamı deyil.
53. Başqalarına qarşı dözümlüdür və hər kəsi olduğu kimi qəbul edir.
54. Öz problemləri haqqında düşünməməyə çalışır.
55. Özünü insan kimi maraqlı, şəxsiyyət kimi cəlbedici hesab edir.
56. Utancaqdır, tez pərt olur.
57. Hər hansı bir işi axıra çatdırmaq üçün mütləq ona xatırlatmaq, təhrik etmək lazımdır.
58. Ürəyində başqalarından üstün olduğunu hiss edir.
59. Fərdiyyətini, “Mən”ini heç nədə ifadə edə bilmir.
60. Başqalarının onun haqqında nə düşünəcəyindən qorxur.
61. Şöhrətpərəstdir, uğura, tərifə laqeyd deyil, onun üçün əhəmiyyətli olan məsələlərdə yaxşıların sırasında olmaq istəyir.
62. İndiki halında daha çox nifrətə layiqdir.
63. Fəaldır, enerjilidir, təşəbbüskardır.
64. Çətinliklər və ağır hallara gətirib çıxaran situasiyalar qarşısında pəs edir, geri çəkilir.
65. Özünü kifayət qədər qiymətləndirmir.
66. Təbiətinə görə “başçı”dır və başqalarına təsir etməyi bacarır.
67. Ümumən özünə yaxşı münasibət bəsləyir.
68. İnadkar, qətiyyətlidir: öz sözünün üstündə durmaq onun üçün həmişə vacibdir.
69. Fikir ayrılığı üzə çıxmasın deyə, kiminləsə münasibətlərinin korlanmasını istəmir.
70. Uzun müddət bir qərara gələ bilmir, sonra isə onun doğruluğuna şübhə edir.
71. Çaşqınlıqdadır, beynində hər şey bir-birinə qarışıb.
72. Özündən razıdır.
73. Bəxti gətirməyəndir.
74. Xoş adamdır, özünə qarşı hüsn-rəğbət oyadır.
75. Üzdən o qədər də xoşa gəlimli olmasa da insan kimi, şəxsiyyət kimi xoş təsir yaradır.
76. Əks cinsin nümayəndələrinə nifrət edir və onlarla münasibət qurmur.
77. Nəsə etmək lazım gələndə, canını qorxu bürüyür: birdən öhdəsindən gələ bilmədim, birdən alınmaz.
78. Ürəyində sakitdir, bərk həyəcanlandıracaq heç bir şey yoxdur.
79. Səylə işləməyi bacarır.
80. Böyüdüyünü və yaşlandığını hiss edir: özünə və ətraf aləmə münasibəti dəyişir.
81. Elə hallar olur ki, heç xəbəri olmadığı işdən danışır.
82. Həmişə yalnız həqiqəti deyir.
83. Həyəcanlıdır, narahatdır, gərgindir.
84. Nəyisə etməyə təkidlə məcbur etdikdə, təslim olur.
85. Özünə inamsızdır.
86. Çox vaxt şərait özünü müdafiə etməyə, öz əməllərini təmizə çıxarmağa və əsaslandırmağa məcbur edir.
87. Başqaları ilə münasibətdə güzəştə gedəndir, üzüyola və yumşaqdır.
88. Ağıllıdır, fərasətlidir, düşünməyi sevir.
89. Bəzən öyünməyi sevir.
90. Qərar qəbul edir, o saat da fikrini dəyişir; iradəsizliyinə nifrət edir, özü ilə bacarmır.
91. Kiminsə köməyinə deyil, öz gücünə arxalanmağa çalışır.
92. Heç vaxt gecikmir.
93. Daxilən azad deyil, “əl-qolu bağlıdır”, sərbəst deyil.
94. Başqalarından seçilir.
95. O qədər də etibarlı adam deyil, hər şeydə etibar etmək olmaz.
96. Öz-özlüyündə hər şey aydındır, özünü yaxşı başa düşür.
97. Ünsiyyətcildir; insanlara tez uyuşur.
98. Qarşısına çıxan məsələləri həll edə biləcək güc və qabiliyyətə malikdir; hər şeyin öhdəsindən gələ bilər.
99. Özünü qiymətləndirə bilmir: heç kim onu ciddi qəbul etmir, ən yaxşı halda ona mərhəmətlə yanaşır, sadəcə dözürlər.
100. Əks cinsin nümayəndəsi haqqında fikirlərin onu daha çox məşğul etməsindən narahatdır.
101. Hesab edir ki, onun bütün vərdişləri yaxşıdır.
Göstəricilər və interpretasiya açarları
№ Göstəricilər Mühakimələrin nömrəsi Norma
1 A Adaptivlik 4, 5, 9, 12, 15, 19, 22, 23, 26, 27, 29, 33, 35, 37, 41, 44, 47, 51, 53, 55, 61, 63, 67, 72, 74, 75, 78, 80, 88, 91, 94, 96, 97, 98 (68-170)
68-136
B Deadaptivlik 2, 6, 7, 13, 16, 18, 25, 28, 32, 36, 38, 40, 42, 43, 49, 50, 54, 56, 59, 60, 62, 64, 69, 71, 73, 76, 77, 83, 84, 86, 90, 95, 99, 100 (68-170)
68-136
2 a Səmimiyyət – 34, 45, 48, 81, 89
(18-45)
18-36
b Səmimiyyət +
8, 82, 92, 101
3 A Özünü qəbuletmə 33, 35, 55, 67, 72, 74, 75, 80, 88, 94, 96 (22-52)
22-42
B Özünü qəbuletməmə 7, 59, 62, 65, 90, 95, 99 (14-35)
14-28
A Başqalarını qəbuletmə 9, 14, 22, 26, 53, 97
(12-30)
12-24
B Başqalarını qəbuletməmə 2, 10, 21, 28, 40, 60, 76 (14-35)
14-28
5 A Emosional komfort 23, 29, 30, 41, 44, 47, 78 (14-35)
14-28
B Emosional diskomfort 6, 42, 43, 49, 50, 83, 85 (14-35)
14-28
6 A Daxili nəzarət 4, 5, 11, 12, 19, 27, 37, 51, 63, 68, 79, 91, 98 (26-65)
26-52
B Xarici nəzarət
13, 25, 36, 52, 57, 70, 71, 73, 77 (18-54)
18-36
7 A Dominantlıq 58, 61, 66 (6-16)
6-12
B İdarə olunan 16, 32, 38, 69, 84, 87 (12-30)
12-24
8 Eckapizm
İnsanın reallıqdan qaçışı 17, 18, 54, 64, 86 (10-25)
10-20
İnteqral göstəricilər
Adaptasiya: A=a/(a+b)*100%;
Özünü qəbul etmə: S=a/(a+b)*100%;
Başqalarını qəbuletmə: L=1.2a/(1.2a+b)*100%;
Emosional komfort: E=a/(a+b)*100%;
İnternallıq: I=a/(a+1.4b)*100%;
Dominantlığa cəhd: D=2a/(2a+b)*100%;
Səmimiyyət şkalası üçün balların hesablanması cədvəli
Cavablar Səmimiyyət + Səmimiyyət –
Bunun mənə heç aidiyyatı yoxdur 0 6
Əksər hallarda bu mənə aid deyil 1 5
Bunun mənə aid olmasına əmin deyiləm 2 4
Bunu özümə aid etməyə ürək eləmirəm 3 3
Bu mənə oxşayır, amma əmin deyiləm 4 2
Bu mənə oxşayır 5 1
Bu dəqiq mənə aiddir 6 0
Hər bir şkala üzrə nəticələrin interpretasiyasında qeyri-müəyyənlik sahəsi yeniyetmələr üçün mötərizədə, yaşlılar üçün mötərizəsiz verilir. Qeyri-müəyyənlik sahəsinə qədər olan nəticələr ən aşağı, ən yüksək göstəricilərdən sonrakı qeyri-müəyyənlik sahəsi isə yüksək hesab edilir.
K.Rocers və R.Daymondun sosial-psixoloji
əvvəlki yazı