Sinif rəhbəri və sinfin liderini təyin etmək üçün tərtib olunan ekspress-sorğu
Təlimat:Anonimliyə zəmanət verilir.Yalnız doğru cavab verdiyiniz üçün sizə təşəkkür edirik!
1.Hansı fənlərdən ev tapşırıqlarını həvəslə yerinə yetirirsiniz və nə üçün?
2.Ən çox sevdiyiniz və hörmət etdiyiniz bir şəxsə hədiyyə vermək istəyirsiniz,o kimdir?
3.Öz əizlərinizdən uzaqda ən çox kim üçün darıxırsınız?
4.Sənin üçün qiymətli olan nəyisə itirmisən,bu haqda qəlbini kimə açırsan?
5.Sinifdə sənə və başqalarına hədiyələr verilib,bir nəfərinki isə daha qiymətlidir.Onun kim olmasın istərdin?
6.Siniflə gəzintidə bir neçə qrupa bölünmüsünüz.Səninlə kimlərin olmasın istəyərdin?
7.Yoldaşlarınızla şən bir məclisdəsən.Məclisə rəhbərliyi kimə həvalə edərdin?
8.Sənə gəzintiyə çıxmaq imkanı verilib,özündən başqa bir müəllim,bir şagird götürə bilərsən.Onlar kimlərdir?
9.Müəllim sinifdən bir neçə dəqiqəliyə çıxıb.Səncə,sinifi sinif yoldaşlarından kim idarə edə bilər?
10.Valideynlərin evdə olmayanda sən ailəni idarə edə bilərsənmi?
11.Turist səfərinə çıxmısınız.Bütün qrupa hansı müəllimin rəhbərlik etməsini istərdin və nə üçün?
12.Olubmu ki,hər hansı bir müəllimlə olan münasibətinlə əlaqədar məktəbə getmək istəməyəsən?O müəllim kimdir?
13.Fikirlərin barədə çəkinmədən valideynlərlə danışa bilərsənmi?
14.Bəs müəllimlərinlə necə?O müəllim kimdir?
Testin açarı
Dərslərə münasibət -1;
Rəğbət bəsləyən şəxs 2.4;
Sinif yoldaşlarına münasibət-5,6,7,8,9;
Özünə olan münasibət -10;
Müəllimlə münasibət-8,11,12,14;
Ailə üzvlərinə münasibət -3,13.
Sorğu tərtib edilərkən uşaq bilməlidir ki,məqsəd nədir.Əks halda düzgün nəticə əldə edilə bilməz.Suallar məqsədəuyğun məzmunda dəyişdirilə bilər.
Sinif rəhbəri və sinfin liderini təyin etmək üçün tərtib olunan ekspress-sorğu
əvvəlki yazı