1987-ci ildən fəaliyyət göstərən və Avropanın psixologiya üzrə ixtisaslaşmış ən böyük təşkilatı olan Avropa Tələbə Psixoloqları Assosasiyasının (EFPSA) İdarə Heyətinin və Milli Nümayəndəliklərinin bu il üçün nəzərdə tutulan görüşü 6-13 noyabr tarixlərində Türkiyənin Anamur şəhərində keçirilib.
Azərbaycan “Gənc Psixoloqları”nın bu toplantıda iştirakı nəticəsində Azərbaycan Avropa Tələbə Psixoloqlar Assosasiyasının müşahidəçi ölkələri sırasına qoşulub və 18-25 aprel 2010-ci il tarixində Hollandiyanın Barloo şəhərində keçirilməsi nəzərdə tutulan illik konfransa dəvət olunub.
Qeyd edək ki,1987-ci ildə Portuqaliyada yaradılımış Avropa Tələbə Psixoloqlar Assosasiyasının əsas məqsədi Avropa universitetlərində psixologiya ixtisası üzrə təhsil alan tələbələr arasında şəbəkələşməni yaratmaq,bununla da elmi və praktik biliklər mübadiləsini həyata keçirtməkdir.Hal-hazırda EFPSA-ya Avropanın 25 ölkəsi üzvdür və yaxın illərdə bu ölkələrin sayının artırılması nəzərdə tutulur. EFPSA-nın fəaliyyət istiqamətləri kimi yay kursları,psixoloq tələbələrin mübadilə proqramları,psixologiyanın müxtəlif istiqamətllərinə həsr olunmuş konfransları göstərmək olar
Psixoloqların yeni toplantısı
əvvəlki yazı