Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Ümumi psixologiya

Yaradıcı təfəkkür və təxəyyül

yazdı Admin 22 Fevral 2022
yazdı Admin 22 Fevral 2022
Yaradıcı təfəkkür və təxəyyül

Yaradıcı təfəkkür(düşüncə) nədir?

Yaradıcı düşüncə, “qutudan kənarda düşünməyə” imkan verən xəyal gücünüzü inkişaf etdirmə prosesidir. Zehninizi yaradıcı düşünməyə öyrətmək yeni yollar ixtira etməyə, problem həll etməyə, yaratmağa və ünsiyyət qurmağa kömək edir. Dünya İqtisadi Forumunun son hesabatında deyilir ki, yaradıcı düşünənlərə iş bazarında böyük tələbat var və yaradıcı düşüncə gələcək işlərdə tələb olunan əsas bacarıqlardan biridir. Gəlin yaradıcı düşüncə bacarıqlarınızı inkişaf etdirək!  

Yaradıcı düşüncənin hər kəs üçün vacib bir bacarıq olmasının 8 səbəbi:

1.Yaradıcı düşünmə yalnız sizin həyatınıza deyil, başqalarının həyatına da dəyər qatır.Düşüncələrinizi gözəl əsərlərə çevirərək,özünüzü yaşadığınız dünyaya açıq şəkildə əks etdirir.

2.Yaradıcı düşüncə özünə inamlı və daha əmin olmağa kömək edir. Başqalarının köməyi olmadan özünüz düşünə bilərsiniz, bu sizi daha güclü və həqiqətən xoşbəxt bir insan edir.

3.Yaradıcı düşünməklə özünüzə qarşı dürüst olursunuz. Başqalarının mühakimələrindən narahat olmayaraq kim olduğunuzu qəbul edirsiniz.

4.Açıq fikrli olmaq, yeni fikir və düşüncələri araşdırmağa başlamaq hər səhər oyanmağınız üçün sizə bir səbəb verir.Həyatınızı yaşamağa dəyər edir.

5.Yaradıcı düşüncə əvvəllər fərq etmədiyiniz gizli istedadlari üzə çıxara bilər.Yalnız bir problem haqqında deyinməkdənsə,fərqinə varmadığınız yeni fürsətləri kəşf etməyinizə kömak edir.

6.’Qutunun xaricində’ düşünmək,həyatınızın hər mərhələsində sizi məmnun hiss etdirir.Heç vaxt ilişib qaldığınızı hiss etmirsiniz, əksinə hər zaman yeni problemlər kəşf etməyə hazırsınız.Başqalarının görə bilmədiklərini görmək qabiliyyətiniz var.

7.Yaradıcı olmaq, bu dünyada olmaq istədiyiniz hər şey olmağınıza imkan verərək duyğularınızı ifadə etməyə kömək edir.

8.Yaradıcı düşüncədə nə qədər təcrübəli olsanız, həyatınızda qarşılaşa biləcəyiniz çətin vəziyyətləri o qədər asanlıqla həll edəcəksiniz.


İzah olunduğu kimi, yaradıcı düşüncənin bir çox üstünlüyü var, amma ən əsası sizi daha xoşbəxt və daha yaxşı bir insan edəcək.Bu səbəbdən məşqlərə başlayın!

Kreativ düşüncəni gündəlik həyatda tətbiq etməyin 6 yolu:

  1. Risk alma: Macərapərəst və həyatın problemlərinə hazır olmaq sizi yaradıcılığa doğru bir addım daha irəli aparır
  2. Oynamaq: Zaman-zaman oynamaq və gülməli olmağa çalışmaq sizə verilən problemi ehtiyacınıza uyğun olaraq dəyişdirmək şansı verir.
  3. Daimi “Niyə” Sualı: Hərşeylə maraqlanmaq, davamlı sual vermək istəmək sizə sonsuz qapılar və imkanlar açar.
  4. Çox miqdarda fikir yaratmaq: Çox sayda mümkün həll yolu yaratmaqla ağıllı, bənzərsiz, gözlənilməz bir cavab tapıla bilər.
  5. Gündüz Yuxusu: Layihənizlə maraqlanmaq, üfüqlərinizi genişləndirmək və orada yeni yollar tapmaq üçün zehninizi sərbəst buraxır.
  6. Oxumaq: Kitabxanaya getmək və oxumaq üçün saatlar sərf etmək xəyal gücünüzü bəsləyə və güclü bir “yaradıcı düşünən” yetişdirə bilər.

6 DÜŞÜNCƏ ŞLYAPASI METODU (SİX THİNKİNG HATS)

6 Düşüncə Şlyapası Metodu (Six Thinking Hats), dünyanın ən yaradıcı insanlarından qəbul edilən Edward De Bono tərəfindən işlənmiş ən məhşur düşüncə sistemlərindən biridir. Yaradıcı və konseptual düşüncə sahəsində tanınmış şəxs olan Edward De Bono,  “Yaşadığımız texnologiya dövründə məlumat toplamaq artıq çətin deyil. Amma əhəmiyyətli olan əlimizdəki məlumatları necə topladığımız və faydalı etmək adına bu məlumatları necə istifadə etməyimizidir. ” deyir.

6 Düşüncə Şlyapası Metodu fərdlərin fərqli dünyagörüşləriylə düşünməsini təmin edərək, bir hadisəni birdən çox istiqamətdə görməmizi təmin edir. Eyni zamanda indiki vaxtda bir çox sektorda və təhsil sahəsində istifadə edilən bu metod təsirli bir qrup mübahisəsi üsuludur.

Edward De Bono bu düşünmə metodunu sistematik bir hala gətirərkən şlyapanı seçmişdir. Çünki şlyapa asan geyinilib çıxarıla bilən və geyimi tamamlayan bir aksesuardır. Şlyapalar ümumiyyətlə insanların sosial statusları və həyat tərzləri ilə bağlı məlumat verir. Şlyapa ilə düşüncə arasında əlaqə qurulur.

Düşüncənin əsas istiqamətləri müxtəlif altı rəngli şlyapa ilə işarələnir. Duyğu, məntiq, bilik, ümid və yaradıcılığa hər səfərində eyni anda fokuslanması yerinə ayrı-ayrı düşünə bilmə xüsusiyyətini təmin edərək, sistematik düşünüb doğru qərarlar verməsini məqsəd qoyar. İnsanlar fərqli baxışlara sahib olurlar. İştirakçıların düşüncə qabiliyyəti inkişaf edir. Lazımsız müzakirələr önlənər.

AĞ ŞLYAPA

Tərəfsiz və obyektivdir. Faktlar və sənədlərlə maraqlanar. Ağ şlyapanı taxan şəxslər; əlində olan məlumatları, ehtiyac olan məlumatları və bu məlumatları necə əldə edə biləcəyini təhlil edir. Onlar emosiyalardan uzaq olur və hisslərə qapanmır.

QARA ŞLYAPA

Qara şlapa – əsl tənqidçidir. Bu şlyapanı taxanlar hər şeyi qara rəngdə görməlidirlər. Hər zaman çatışmamazlıqlar axtarırlar, sözlərə və rəqəmlərə inanmırlar, zəif yerləri axtarırlar. Riskləri ortaya çıxarar və alınan qərarların nə səbəbdən işə yaramayacağını açıqlayar. Qara şlyapa bizi təhlükələrdən qoruyur, yalnız bu zaman həddi aşmamaq lazımdır.

QIRMIZI ŞLYAPA

Qırmızı duyğuları, hissləri, ehtirasları və həyəcanları ifadə edər. Qırmızı şlyapa taxanlar qorxu, hirs, nifrət, qısqanclıq kimi şüuraltında olan duyğularını açığa çıxardar. Qırmızı şlyapalı ”Mövzuyla əlaqədar duyğularım bunlardır. ” deyər. Bu şəkildə düşüncənin ən əhəmiyyətli hissələrindən olan duyğusal tərəfi plandan çıxarılır. Bundan əlavə, mövzuya duyğuların təsirini müəyyənləşdirər.

SARI ŞLYAPA

Sarı şlyapalı mövzuyla əlaqədar müsbətlik, üstünlüklər və faydalarla maraqlanar. Üstünlükləri və əldə ediləcək yaxşı nəticəni ortaya qoyar. Sarı şlyapanı taxdığımız zaman, təklifin dəyərini və faydasını təyin etmək üçün dərhal səy göstərməyə başlamış olarıq. Konkret qərarlar ortaya çıxarır. İdeyanın pozitiv tərəflərinə diqqət yetirməyi tələb edir. Qara şlyapanın əksidir.

YAŞIL ŞLYAPA

Məhsuldarlığın, enerjinin, böyümənin və yeni fikirlərin şlyapasıdır. Yaşıl şlyapa taxıldığında yaradıcı fikirlər ortaya qoyulub, müxtəlif təkliflər təqdim edilir. Yaşıl şlyapanı taxan şəxs alternativləri və bu alternativlərin reallığını araşdırır.

GÖY ŞLYAPA

Düşünmənin təşkili. Düşüncə haqqında düşüncələr. Göy şlyapa analitik və moderatordur. O digərlərindən fərqlənir, özü işləmir, digərlərinə rəhbərlik edir. Bu şlyapa fikir prosesini idarə edir. Hamını ortaq fikrə gətirib çıxarır. O, dirijora bənzəyir, fikirləri dinləyir, bəzən şlyapaları dəyişməyi məsləhət edir: “Sizin yanaşmanız düzgün deyil, qara şlyapanı çıxarın və yaşıl şlyapanı taxın”. Yaxşı bir müşahidəçidir. Müzakirə məlumatlarını müəyyən bir süzgəcdən keçirir və ən doğru qərarı verir.

Nümunə vermək lazım olsa, avtomobil almağa qərar verən bir adam altı düşüncə şlyapası metodunu bu şəkildə istifadə edər.

Ağ Şlyapa: sürüş 70 min km, il 1996. Qiymət 25.000 AZN

Qırmızı Şlyapa: Ayaqlarım yerdən kəsiləcək avtomobil sürməyi çox sevirəm.

Qara Şlyapa: Bəlkə avtomobilin kilometrajını azaldıblar. Köhnə avtomobildi, çox xərc edər.

Sarı Şlyapa: İşlərimi daha qısa müddətdə görərəm. Səhərlər bir az daha gec oyanaram.

Yaşıl Şlyapa: Avtomobilə bir az xərc qoyaram təmir etdirib 3 min daha baha sataram.

Göy Şlyapa: Bu avtomobili almasam yaxşıdı.

Yaradıcı düşünmənizə təsir edəcək şeylərdən çəkinin!

Yaradıcı düşüncə, həddinizi aşaraq sevməyinizə və yaşamağınıza imkan verən ehtirası gücləndirir.Lakin bəzən həyatda azadlığınızı məhdudlaşdıran hallar olur. Bu divarları dağıtmaq və potensialınızı tam həyata keçirmək sizə bağlıdır.
Aşağıdakılar yaradıcılığınızı ortaya qoymaq üçün qaçınmalı olduğunuz 8 şeydir:

1.Bir problemdən şikayət edin:

Bir problem haqqında deyinməyin, əksinə dərinlərdə gizlənə biləcək imkanları kəşf etməyə çalışın.

2.Başqa insanların nə düşündüyü ilə maraqlan:

Başqalarının düşüncələrinə görə narahat olaraq vaxtınızı itirməyin. Kim olduğunuzla xoşbəxt olun və bunu göstərməkdən çəkinməyin.

3.’Rahatlıq zonanızda’ qalın:

Potensialınıza çatmaq asan deyil, amma sınadığınızdan əmin olun!Asan yolu seçməyin, çünki nə qədər gözəl şeyləri qaçırdığınızı heç vaxt bilməyəcəksiniz.

4.Yaradıcılığınızı məhdudlaşdıran məktəb:

Cəmiyyət robotlar istəyir. Özünüz üçün düşünməyi üstün tutmur. Məktəblər cəmiyyətin gənclik potensialını məhdudlaşdırmasına kömək etmək üçün proqramlaşdırılmışdır. Tələyə düşməyin.Zehninizin əvvəllər heç kəşf etmək şansı verilməyən yeni yerləri kəşf etməsinə icaza verin.

5.Yaxşı bir fikriniz olduqda dayanın:

Yalnız bildiyinizi qəbul etmək əvəzinə əvvəllər yaradılmamış bir şeyi yeniləyin. Həyatınız və karyeranız boyunca inkişaf etmək üçün yaradıcılığınızı ortaya çıxarın.

6.Eqo:

Kimin haqlı olduğuna deyil, nəyin doğru olduğuna diqqət yetirin.Eqonuzu aradan qaldırmaq düşüncə tərzinizi dəyişdirməyə, daha çevik və açıq fikirli olmağınıza imkan verir.

7.Öyrənməyi dayandırın:

Ağıllı olmaq bir fikir yarada bilmək deyil, ideyanın dəyərini başa düşmək və həyata keçirə bilməkdir. Bildiklərinizi gerçəkləşdirən cavabları axtarmağa davam edin!

8.Xüsusi qavrayışları qəbul edin:

Təbii ki, gündəlik həyatınızda əvvəlcədən müəyyən edilmiş məhdudiyyətlər olacaqdır. Həmişə orada olacaqlarını düşünməyin, əksinə onları parçalamaq üçün çalışın və daha yaxşı bir dünya üçün dəyişiklik etmək üçün özünüzü azad edin!

Baxış sayı: 926
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Cəmiyyət və dini radikalizm
növbəti yazı
Autizm

Related Posts

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Heç vaxt qazana bilməyəcəyimiz savaş

05 Dekabr 2022

Yaradıcılıq və qabiliyyətlərin psixoloji problemləri

15 Noyabr 2022

Gənclik yaşının psixoloji xüsusiyyətləri və onlarda milli özünüdərkin...

10 Noyabr 2022

Valideynlərimizdən gözləntilərimiz

18 Oktyabr 2022

Uşağımı bir şəxsiyyət kimi böyütmək üçün nə etməiyəm?!

17 Sentyabr 2022

“Mən”in formalaşmasında ailənin rolu

03 Sentyabr 2022

Moda nəzəriyyələrinin təhlili

11 İyul 2022

“Yeniyetməlik dövründə psixoloji böhranın tədqiqi”

11 İyun 2022

Beynimizin üz tanıma istedadı

02 İyun 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net