Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Aktual xəbərlərSosial psixologiyaÜmumi psixologiya

İnternet asılılığı

yazdı Admin 22 Fevral 2022
yazdı Admin 22 Fevral 2022
İnternet asılılığı

İnternet asılılığı – insanların internetdən ayrıla bilməmələrinə, eləcə də ehtiyac olmasa belə internetə daxil olmalarının təhrikinə səbəb olan psixi pozuntudur. Termin ilk dəfə elmə 1994-cü ildə amerikalı psixiatr Ayven Qoldberq ( ing. Ivan Kenneth Goldberg (1934-2013))  tərəfindən gətirilib. İnternet istifadəçiləri virtual məkanda bir sıra maraqlarını, məqsədlərini, tələbatlarını ödəməyə çalışır, yeni-yeni sosial fəallıq formaları yaradırlar. Müasir televiziyalar, mobil telefonlar vasitəsilə də internetə daxil olmaq mümkündür, artıq insanlar bir-birinə zəng etməkdənsə vat çap (ing. whatsapp, what’s up? – nə var, nə yox?) xidmətlərindən istifadə etməklə virtual ünsiyyətə üstünlük verirlər: danışanda bir-birini görür, bir-birinə səsli məlumatlar, videolar və s. göndərə bilirlər. İnsanın şəxsiyyət kimi formalaşmasında, qarşılıqlı əməkdaşlığa daxil olmasında və digər vacib həyati fəaliyyətində ünsiyyətin rolu böyükdür: insan sözünün kökü də ünsiyyət sözü (ərəbcə “üns”) ilə qohumluq əlaqəsinə malikdir (ərəbcə üns (ülfət) və insan, munis sözləri ilə qohumdur). Real ünsiyyətə daxil olmaq insandan müəyyən əmək tələb edir: danışan zaman səs tonu, mimikalar, emosiya və s. duruma cavab verməlidir, lakin internetin təqdim etdiyi virtual ünsiyyətdə bu gərginliyə ehtiyac yoxdur (istər sosial şəbəkələrdə, istər axtarış saytlarında heç bir əziyyət çəkmədən insan ona lazım olan məlumatları əldə edə bilir, lazım olan insanlarla ünsiyyət yarada bilir və s.). İnternet xidmətləri o qədər rəngarəngdir ki, ondan çox istifadə edən də peşman olur, heç istifadə etməyən də… Deməli, müasir texnologiyalar çox mühüm əhəmiyyət kəsb edən üstünlüklərlə yanaşı, neqativ təzahürlər də yaradır. Belə bir şəraitdə insanlarda internetlə davranış problemləri meydana çıxır: insanlar elektron vasitələrdən get-gedə asılı vəziyyətə düşürlər. Bu halı mütəxəssislər addiktiv davranışlar qrupuna aid edirlər.

Hazırda internet tələbatlarımızın ən zəruri hesab edilən tərkib elementlərindən birinə çevrilib. Düzdür, insan həyatının yüngülləşməsində internetin rolu böyükdür, amma fəsadları da qaçılmazdır: istənilən sahədə olduğu kimi, internet vasitəsilə müxtəlif fırıldaq təkliflər insan həyatına daxil olmaqla onu özündən asılı edir. Məlumdur ki, hər yaş dövrünün öz aparıcı fəaliyyət növü vardır və insanlar adətən öz yaşlarına uyğun fəaliyyətin tələblərini ödəmək məqsədilə internetə meyillənirlər və zaman keçdikcə asılılığa yoluxurlar, məsələn: uşaqlar oyunların, yeniyetmələr virtual ünsiyyətin, yetkin insanlar internet alqı-satqısının aludəçisinə çevrilir və s. İnternet asılılığı əvvəl psixoloji problem kimi qabarsa da bir müddətdən sonra psixosomatik və daha ağır fizioloji xəstəliklərə gətirib çıxara bilir. Elə buna görə də yarı zarafat, yarı gerçək interneti “ümumdünya hörümçək toru” (ing. World Wide Web, qısaca: WWW) kimi də adlandırırlar: bu tora düşən çox çətinliklə özünü xilas edə bilir…

İnternetdən istifadəyə böyük tələbat var, lakin onun üstünlüyündən hər kəs düzgün faydalana bilmir. İfrat asılılıq ciddi problemlərə səbəb olur. Uşaq və yeniyetmələrin internetdən asılılığı isə tək valideynlər üçün deyil, ümumilikdə cəmiyyət və dövlət üçün təhlükəlidir: onlar sosial şəbəkələr vasitəsilə oğruların, uşaqbazların, insan alverçilərinin və digər cinayətkarların təsir dairəsinə düşə bilərlər; dövlətin, millətin əleyhinə olan təbliğat vasitələri onların şüuraltına sirayət edə bilər və s. Belə məsələlərin profilaktikasında valideynlər və hətta müəllimlər də çətinlik çəkirlər, ona görə bu sahədə xüsusi dövlət orqanlarında fəaliyyət göstərən mütəxəssislərin yardımından istifadə edilməlidir.

İnternet asılılığına tutulmanın mərhələləri:

– internetdə olmaqdan çox xoşlanmaq;

– internetdə keçirilən vaxtı get-gedə artırmaq;

– real həyatdan uzaqlaşmaq və mənəvi tələbatın ödənilməsini internetlə bağlamaq (bu hal adətən real həyatda özünü lazımi şəkildə təsdiq edə bilməyənlərdə, özündən narazı və özgüvəni aşağı olanlarda, real həyatda ünsiyyət çətinlikləri yaşayanlarda daha çox müşahidə olunur);

– internet arxasında olarkən özünü daha yaxşı hiss etmə;

– yaxınlarla münasibətə qarşı etinasızlığın yaranması;

– internet asılılığının kəskin forması (real həyatla tamamilə maraqlanmamaq, ətrafdakı insanlarla internetə görə mübahisələr etmə və s.);

– internetdən ayrıldıqda əsəbi gərginliyin yaranması;

– internet asılılığının xroniki forması (real həyata könülsüz olaraq qayıtmaq, lakin internetdə yeni-yeni maraqlı axtarış formaları seçmək).

İnternet asılılığına səbəb faktorları ekzogen (xarici) və endogen (daxili) olmaqla iki qrupa bölmək olar.

*Ekzogen faktorlar:

➢ real həyata dezadaptasiya səbəbləri, məsələn: şəxsiyyətlərarası konfliktlər, travmatik durumlar, stress, sosial izolyasiya, ünsiyyət çatışmazlığı və s.;

➢ internet xidmətlərinin rahat və çoxşaxəli olma səbəbləri, məsələn: hər hansı məlumat axtarışının və ya kiməsə məktub göndərməyin daha tez və asan başa gəlməsi,

*Endogen faktorlar:

➢ psixi pozuntu səbəbləri, məsələn: aqrofobiya – açıq mühitdə olmaqdan qorxmaq, ksenofobiya – yadlardan qorxu, dismorfofobiya – xarici görkəmini bəyənməmək, natamamlıq kompleksi və s.

➢ fərdi-psixoloji xüsusiyyətlər səbəbi, məsələn: introvert olması, real həyatdakı ünsiyyətlərə problem yaradan hansısa xarakter əlamətinin aksentuasiyası və s.

İnternet asılılığının psixoloji fəsadları:

– internet itdikdə və ya hansısa səbəbdən internetə daxil ola bilmədikdə güclü psixoloji gərginlik, stress, narahatlıq halının yaşanması;

– internetlə məşğuliyyəti həyati əyləncələrin hər birindən üstün hesab edərək (oyun maniyasına tutulmaq və s.) eyforiyalar yaşamaq;

– asosiallaşma;

– konfliktlərə meyillilik;

– koqnitiv pozuntular;

– internetin gücünün daha da yaxşılaşdırılması üçün lazım olan məbləğin ödənilməsini digər həyati əhəmiyyət kəsb edən tələbatların ödənilməsindən üstün tutmaq;

– həyati vacib maraqların, məqsədlərin azalması və ya itməsi;

– robotlaşma (məsələn, yuxudan qalxan kimi dərhal kompyuteri yandırıb internetə daxil olmaq).

İnternet asılılığının fizioloji fəsadları:

– gözlərdə quruluğun yaranması, görmə qabiliyyətinin zəifləməsi;

– qidalanma və şəxsi gigiyena qaydalarına riayət etməmək səbəbindən bədənin ümumi immunitetinin aşağı düşməsi;

– yuxu rejiminin pozulması, yuxusuzluq;

– karpal kanalı (tunel) sindromu (əl əzələlərinin uzun müddət gərilməsi zamanı yaranan keyləşmə);

– hərəkətsizlik səbəbindən maddələr mübadiləsinin pozulması, çəkinin artması;

– onurğa və bel ağrıları;

– qapalı şəraitdə uzun müddət vaxt keçirildiyindən beyində karbon qazının miqdarının artması səbəbindən baş ağrılarının olması;

– mədə-bağırsaq və qəbizlik problemlərinin yaşanması;

– qan dövranında, sinir sistemində pozuntular.

İnternet asılılığının aradan qaldırılma yolları:

– real həyatda mənəvi tələbatın ödənilməsinə xidmət edəcək maraqlı əyləncələr, məşğuliyyət tapmaq;

– internetə meyillənmə səbəbini tapmaq və onu aradan qaldırmaq;

– internet asılılığını problem kimi qəbul etmək və bu problemə düşməmək;

– yaxın və sevimli insanlarla ünsiyyətə geniş yer vermək;

– gündəlik iş qrafikini tərtib etmək (burada internetdən istifadə müddəti üçün dəqiq vaxt göstərilməsi daha arzuolunandır);

– uşaqların asudə vaxtlarını daha səmərəli keçirmək üçün maraqlı gəzintilərə, əyləncələrə üstünlük vermək;

– internet asılılığının aradan qaldırılmasına dair mütəxəssislər tərəfindən aparılmış tədqiqatların nəticələrini özündə əks etdirən tövsiyə vəsaitlərinin, bukletlərin, maarifləndirici vasitələrin əhali arasında yayılması prosesinin lazımi qurumlar tərəfindən həyata keçirilməsi.

Baxış sayı: 626
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
CİNAYƏTKARIN ŞƏXSİYYƏTİ
növbəti yazı
Cəmiyyət və dini radikalizm

Related Posts

Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri

01 Fevral 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Uşaq Psixologiyası və İnkişafı rəsmi ixtsasartırma təhsilinin növbəti...

25 Yanvar 2023

“Uşaqlar üçün Oyun Terapiyası və Rasional Emosional Davranışçı...

18 Yanvar 2023

AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA Kursu Rəsmi İxtisasartırma Təhsilinə qeydiyyat...

17 Yanvar 2023

AİLƏ PSİXOTERAPİYASI İXTİSASLAŞMA Kursu Rəsmi İxtisasartırma Təhsilinə qeydiyyat...

08 Yanvar 2023

Uşaq Psixologiyası və İnkişafı rəsmi ixtsasartırma təhsilinin növbəti...

08 Yanvar 2023

SPSS kursuna qeydiyyat başladı

06 Yanvar 2023

Ailədə valideyn münasibətlərinin psixoloji xüsusiyyətləri

29 Dekabr 2022

Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri

26 Dekabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net