Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
PsixologiyaÜmumi psixologiya

Erich Fromm- Şəxsiyyət nəzəriyyəsi

yazdı Admin 16 Fevral 2022
yazdı Admin 16 Fevral 2022
Erich Fromm- Şəxsiyyət nəzəriyyəsi

İnsan şəxsiyyəti haqqında bir çox nəzəriyyələr var. Bu gün sizlərə Erich Frommun nəzəriyyəsi haqqında məlumat vermək istəyirəm.

Erich Frommun Şəxsiyyət Nəzəriyyəsi iki əsas ehtiyac üzərində qurulur: azad olmaq və aid olmaq ehtiyacı.

Məşhur psixoanalitikə görə, bu şəxsiyyət növlərindən yalnız birinin öz azadlıqlarına investisiya qoymaq qabiliyyəti var. Yalnız biri duygusal və fərdi müstəqillik qazanmağı bacarır. Digərləri cəmiyyətin daha eqoist, maddiyyat güdən və səmərəsiz hissəsini təmsil edir.

1. Alıcı

Alıcı tip başqalarının davamlı təsdiq və qəbuluna ehtiyac duyması ilə müəyyən edilir. Bu şəxsiyyət profilinin ən təəccüblü tərəfi, aldığı dəstəyi ümumiyyətlə geri verməməsidir. Başqalarının həyatına bir şey əlavə etmək və ya başqalarına kömək etmək niyyəti yoxdur.

Sosial bacarıqları zəif inkişaf etmiş, qərar qəbul etməkdə çətinlik çəkən və bir insan olaraq öz potensialını aşağı qiymətləndirən bir xarakterə sahibdir.

2. İstismarçı

Erich Fromm bu 5 şəxsiyyət növü arasında ən çox yayılmış şəxsiyyətin bu tip olduğuna inanır. İstismarçılar başqalarıyla münasibətini öz eqoist maraqlarına dayanacaq şəkildə qururlar. Onlar bunu Eric Frommun deyimiylə “ticari maraqları” üçün edirlər. İstismarçı tip istədiklərini əldə etmək üçün yalan danışmaqdan, manipulyasiya etməkdən çəkinmir və özünə hörməti olmayan insanlar üzərində belə münasibəti daha asan tətbiq edə bilər.

3.Yığımcıl

Yığımcıl şəxsiyyət növünün ehtiyac olaraq gördükləri yeganə istəkləri daha çox əşyaya, pula sahib olmaq və onları toplamaqdır. Daha çox şeyə sahib olduqca özlərini daha da güvəndə hiss edərlər.  Ancaq qeyd etmək lazımdır ki, həmişə bir şeyin əskik olduğunu hiss edirlər. Heç bir şey onları tamamilə xoşbəxt etmir. Ən pisi isə bazara yeni şey gələndə onu ilk əldə etməyə özlərini məcbur hiss edirlər.

4. Bizneslə məşğul olan

Erich Fromm bu şəxsiyyət növləri arasında iş şəraitində ən çox rast gəlinən şəxsin bazarlıq etməyi bacaranlar olduğunu söyləyir. Bu insanlar maddi fayda üçün digər insanlarla əlaqələr qururlar. Bu münasibətlər müəyyən maliyyə və ya kommersiya məqsədlərinə uyğun olaraq müəyyən edilir.

İndi bu şəxslər sizin üçün  normal görünə bilər, amma əslində bu Frommun müdafiə etdiyi “insanın sarsılmaz müstəqillik prinsipi”nə ən çox zərər verən şəxsiyyət tipidir.

5. Səmərəli və ya fayda verən şəxsiyyətlər

İndiyə kimi Erich Fromma görə, “səmərəsiz” olan hər şeyi  təmsil edən şəxsiyyət tiplərini gördük. Bunlar nə öz fərdi azadlıqlarına, nə də müstəqilliklərinə sərmayə qoyan insanların profilləri idi. Ancaq heç bir ümidin olmadığını deyə bilmərik, sizi insanlar haqqında bədbin bir mənzərə ilə tərk etməyəcəm. Xoşbəxtlikdən, ümidlərimizi bağlaya biləcəyimiz və öz şəxsi hədəfləriminə sahib olan beşinci şəxsiyyət növü var.

Səmərəli tipin bütün səyləri və maraqları qarşısındakı insana bağlıdır. Yəni sevgiyə dayanan, mənalı olan qarşılıqlı münasibətlər qururlar. Üstəlik onları kontrol altına almağa çalışan insanlar və mənfi duyğularla sağlam mübarizə apara bilirlər.

Xülasə, Erich Fromm bizi fərdi inkişaf sahəsində çox gördüyümüz bir fikri yenidən düşünməyə dəvət edir. Bu fikrə görə, yalnız öz psixoloji dəyərinə, özünə hörmətinə və müstəqilliyinə investisiya qoyan başqalarını eyni istiqamətdə inkişaf etdirmə qabiliyyətinə sahibdir. Yalnız o daha insani və ümidli bir cəmiyyətin təməlini qoyacaq insandır.

Baxış sayı: 472
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Xarakter
növbəti yazı
Əqli gerilik

Related Posts

Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri

01 Fevral 2023

Turet sindromu

31 Yanvar 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Autizm spektr pozuntusu

24 Yanvar 2023

İstedadlı uşaqların yaradıcılıq potensialının inkişafının psixo-pedaqoji məsələləri

19 Yanvar 2023

“Hər yerdə sizi təqib edən həmin qara bulud”

14 Yanvar 2023

Ailədə valideyn münasibətlərinin psixoloji xüsusiyyətləri

29 Dekabr 2022

Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri

26 Dekabr 2022

Köməksizlik vəziyyətinin psixoloji mahiyyəti və diaqnostikası

20 Dekabr 2022

Nevrozun etiologiyasına psixoanalitik yanaşma

14 Dekabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net