Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Fərdi inkişafMünasibətlər

Xəyanət: kişi və qadın xəyanəti.

yazdı Admin 15 Fevral 2022
yazdı Admin 15 Fevral 2022
Xəyanət: kişi və qadın xəyanəti.

Məlum məsələdir ki, dünyanın hər bir yerində qadınların əksəriyyəti müxtəlif formalarda kişilərin xəyanəti ilə üzləşir və reaksiyalar da müxtəlif cür olur. Müşahidələr onu göstərir ki, yüksək intellektual səviyyəli, özünə inamı olan qadınlar əsasən bu cür situasiyalarda daha təmkinli davranış nümayiş etdirməyə çalışır. Tam yarısı psixoloji cəhətdən yoldaşı tərəfindən başa düşülməməsini səbəb göstərib. Kişilərin də diqqətə və qayğıya ehtiyacı olduğu halda qürurlu olması bu ehtiyacın görünməsinə əngəl olur və qadınlar kişilərdən diqqət tələb etməklə bərabər özləri onlara qarşı diqqətsiz qalırlar. Nəticədə isə kişi diqqəti başqa qadınlarda axtarmağa başlayır.

Digər səbəb isə intim problem göstərilib. Tədqiqatlar göstərib ki, xəyanət edənlərin 68%-i nə vaxtsa həyat yoldaşına xəyanət edəcəyini ağlına da gətirməyib. Həmçinin araşdırmalara görə əksər hallarda xəyanət edən kişi xəyanət edərkən və ondan sonrakı dövrlərdə daima peşmanlıq duyğusu ilə yaşayır.

İngiltərədə aparılan tədqiqatdan isə məlum olub ki, evli kişilərin yüzdə 21-i həyat yoldaşına xəyanət edir. Bu göstərici vətəndaş nikahında yaşayan cütlüklərdə yüzdə 51-dir. Kişilərin 44 faizi qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət etdiyini bildirib.

Kanadada aparılan araşdırmada isə məlum olub ki, kişilərin 50 faizi xanımı tərəfindən romantik və hissi qarşılıq görmədiyindən, yüzdə 30-u yoldaşı ilə “dil tapa bilmədiyindən”, yüzdə 20-si isə xanımı ilə cinsi problemlər yaşadığından xəyanət edir.

Ümumiyyətlə isə psixoloqlar əksər hallarda kişilərin xəyanət etməsinin qadınlardan asılı olduğunu bildirir. Məsələn, qadın daha çox emosional, qısqanc, deyingən olmağa başladığı andan və yaxud öz görkəminə fikir vermədikdə, qarşı tərəfə öz sevgisini, qayğısını ötürmədikcə gec-tez xəyanətə uğrayırlar. Lakin heç də həmişə səbəbkar qadınlar olmur. Potensial olaraq kişilər uyğun zaman baş verdikdə xəyanətə meylli olur. Hətta belə bir iddia da var ki, kişi əgər ömür boyu bir qadınla kifayətlənirsə, ya onda anormallıq var, ya da ki, partnyorunun sadəcə bəxti gətirib.

Ailədə xəyanəti yaradan səbəblər çox ola bilər. Öncəliklə, əgər xəyanət baş veribsə, deməli, münasibətdə boşluq var. Araşdırma yazımızda ekspertlərin köməyi ilə sizə bu boşluqları yaradan problemlərdən və onların qaynağından bəhs edəcəyik.
İngiltərədə aparılan bir tədqiqat nəticəsində məlum olub ki, evli olan cütlüklərin yüzdə 21-i həyat yoldaşına xəyanət edir. Bu göstərici vətəndaş nigahında yaşayan cütlüklərdə yüzdə 51-dir.
Araşdırmanın nəticələrinə görə, qadınların 50 faizi gerçəkdən aşiq olduqları üçün, kişilərin 44 faizi qarşı cinsin cazibəsinə və gözəlliyinə heyran olduqları üçün xəyanət edir.
Kanadada aparılan digər bir araşdırmada isə məlum olub ki, kişilərin 50 faizi xanımı tərəfindən romantik və hissi qarşılıq görmədiyindən, yüzdə 30-u yoldaşı ilə “dil tapa bilmədiyindən”, yüzdə 20-si isə xanımı ilə cinsi problemlər yaşadığından xəyanət edir.
Bizim cəmiyyətdə milli mentalitetimizdən qaynaqlanan belə bir fikir var: “Kişilər xəyanət edər, amma qadınlar – əsla!” Maraqlıdır ki, bu fikir artıq öz qüvvəsini itirməyə başlayıb. İndi kişilər qədər olmasa da, qadınlar da həyat yoldaşlarına xəyanət edirlər.
Psixoloqlar deyirlər ki, xəyanət edən kişi özünü bəzi hərəkətləri ilə “ələ verir”. Əvvəlcə xanımı bunu hiss edir, öncə bəzi məsələlərin yolunda olmadığının fərqinə varır. Daha sonra həyat yoldaşının bir sözünün digəri ilə uyğun gəlmədiyini anlayır. Həmçinin, xanımına xəyanət edən kişi onun gözünün içinə günahkar uşaq kimi baxır. Xəyanət edən kişilər evdə mümkün qədər az zaman keçirir, ailəsinə, xanımına az maraq göstərir.

Həyat yoldaşı tərəfindən aldadılan qadın bunun fərqinə vardıqda və xəyanətə əmin olduqda isə çox vaxt bunu gizlədir. Araşdırmalar zamanı məlum olub ki, yoldaşı xəyanət edən qadınların 50 faizində güvən və inam hissi “ölür”, yüzdə 35-i ailənin dağılmaması naminə özünü elə aparır ki, guya heç nədən xəbəri yoxdur, 15 faizi isə konkret olaraq boşanır. Qısası, əri xəyanət edən qadınların yüzdə 85-i “taleyi ilə barışır”.Kişilər istəmədən də xəyanət edə bilirlər

Ümumiyyətlə, evli kişilər əsasən 4 səbəbdən xəyanət edir. Xəyanət əsasən sevməyib evləndikdə baş verir. Ola bilsin ki, kişi ailəcanlıdır, evin bütün problemlərinin öhdəsindən gəlir, amma xəyanət edir. Yəni əvvəldən sevgisizlik yaşayır, illər keçdikdən sonra həyatında yenilik etməyə çalışır və xanımına xəyanət edir. 2-ci səbəb isə başqadır. Bəzi kişilər sevib evlənib, hətta xanımı ilə bir müddət romantik günlər də yaşayıb, hər şey gözəl olub. Lakin 5-6 ildən sonra kişi arvadını sevsə də, ona yenə də hörmətlə yanaşsa da, xəyanət edir. Bunlar acgöz kişilərdir, yəni həyatlarında yeni qadınların olmasına meylli olur, daim həyəcan, adrenalin istəyir. Tez-tez şahidi oluruq ki, 35-40 yaşlarında olan evli kişilər həyəcan axtarışında olur. Çünki ailəsində həyəcan yoxdur, həyat yoldaşı ilə emosional çatışmazlıq yaşayır.

3-cü səbəb isə kişilərin bir çox hallarda öz həyat yoldaşından intim həzzi almamağı olur. Kişi evə çox bağlıdır, öz ailəsini sevir, hər şey qaydasındadır, lakin həyat yoldaşı ilə istədiyi performansı yaşaya bilmir. Lakin başqa qadınla istədiyi performansı yaşayır və xanımına xəyanət etməli olur.

4-cü səbəb isə sırf mənəvi məsələdir. Bəzən qadın kişidən daha çox qazanc əldə edir və yaxud kişidən daha ağıllı və bacarıqlıdır. Bu zaman kişi artıq həyat yoldaşının yanında özünü performanslı hiss edə bilmir, zəif olduğunu düşünür, özünə inamı azalır. Bu baxımdan kişini heç bir mənada aşağılamaq olmaz. Qadınlar bacardığı qədər kişiləri az tənqid etməli, onun bacardığı işləri tələb etməli, ona dəstək olmalıdır. Belə olmadıqda kişini özünə inamını artırmaq üçün hətta öz həyat yoldaşından zəif, heç də gözəl olmayan qadınla belə xəyanət edir. Çünki onun yanında özünü əsl kişi kimi hiss edə bilir, ona pənah aparır.

Ekspertlər deyirlər ki, xəyanətlərin əksəriyyəti ailədəki bədbəxtliyin kompensasiya edilməsi məqsədi ilə başlayır. Xəyanətlər əsasən evliliyin ilk 10 ili ərzində baş verir. Xəyanət edən kişiləri 2 kateqoriyaya bölürlər.

1. Daima xəyanət meylində olanlar – bu cür kişilər qısa və davamlı olmayan əlaqələrə üstünlük verirlər və heç bir əlaqələrində uğurlu ola bilmirlər.

2. Təsadüfən xəyanət edənlər – bu cür kişilər istəmədən bu vəziyyətə düşürlər. Onlar daha çox evli və nisbətən daha yaşlı qadınların bir növ “toruna düşürlər”.

Xəyanət başqasını deyil, özünü aldatmaqdır. Çünki real həyatından razı olmayanlar xəyanət edir və bu xəyanəti ilə gerçəkliyi dəyişə bilməzlər. Ona görə də sadəcə, özlərini aldadırlar:
“Ailədə xəyanət kişi tərəfindən baş veribsə, o zaman qadın düşünməlidir ki, mənə olan xəyanət öz cinsimdəndir, yəni mənimlə eyni cinsdən olan biri ilə xəyanətə uğramışam və bu düşüncə ilə analiz etməlidir, hansı səbəbdən bu xəyanət baş verib? Qadın özünə və xarakterinə, davranışlarına obyektiv yanaşsa, o zaman xəyanətin səbəbini aşkarlamış olar”.
Qadının xəyanətinə gəlincə isə, psixoloq hesab edir ki, qadının düşüncəsində ön yerdə cismani ehtiyaclar deyil, mənəvi ehtiyacdır. Qadın özünə sübut etmək istəyir ki, o, dəyərsiz və lazımsız deyil. Çünki ailədə kişinin laqeydliyi qadına lazımsız olduğunu təlqin edir.
Psixoloq: “Kişinin xəyanəti normal, qadının xəyanəti faciə sayılır”
Həm psixoloqlar, həm də sosioloqlar deyirlər ki, qadınlar heç bir halda əmin olmadan qəti hərəkət etməməlidirlər. Mütləq şübhələrini həyat yoldaşları ilə paylaşmalıdırlar. Xəyanətin səbəblərini öyrənmək, durumu dəyərləndirmək lazımdır. Kişinin xəyanətinin səbəbi qadın da ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi, kişilər çox vaxt ailədə xanımlarından yetərli diqqət görmədiklərindən xəyanət edirlər.
Bu, kişilərə də aiddir. Xanımının xəyanətindən şübhələnirsə, öncəliklə buna əmin olmalı, daha sonra onunla sakit bir tərzdə danışmalı, səbəbini öyrənməli, daha sonra qərar verməlidir.
“Elə kişilər var ki, özlərini ideal hesab edir və xanımlarının xəyanətinin özləri ilə bağlı olmadığını düşünürlər. Amma təcrübəmə əsaslanaraq bildirim ki, istər kişi olsun, istərsə də qadın, xəyanəti yaradan səbəb ilk növbədə ailədə yaşanan problemlərdir. Əks tərəfin diqqətinin azaldığını və sevgisinin tükəndiyini görən qadın və ya kişi xoşbəxtliyini kənarda axtarır”.
Düşüncədə xəyanət
Elə ailələr də var ki, ya kişi, ya da qadın cismən olmasa da, düşüncə və fikir ilə də xəyanət edir. Bəzi psixoloqlar bunu xəyanət hesab etmirlər, çünki bu düşüncə realda həyata keçirilmir və heç kimə zərəri yoxdur.

Ekspertlər deyirlər ki, düşüncədə xəyanət edənlər ailənin təzyiqilə evlənənlər, qohum evliliyi edənlər və ya aralarında yaş fərqi çox olanlardır: “Tutaq ki, valideynlərinin sözündən çıxmayıb evlənib, amma sevgi hissi, eşq yoxdur. Ola bilər ki, evlilikdən öncə, yaxud da evləndikdən sonra ürəyinə girə biləcək birini görüb, vurulub. Eşqini kimsə bilmir, heç sevdiyi insan da. Bu cür sevgilər bəzən xəyanət adlandırılır, bəzən yox”.

İnsanın həyatdan aldığı travma və ya mənfi hadisələr müəyyən vaxtdan sonra sublimasiya olunur. Bu, ola bilər, yaradıcı işdə, böyük əsərlər yazmaqda, idmanda və s. hallarda sublimasiya olunsun.Bəzən isə insan öz içində kimisə sevir və ya bəyənir. Bu düşüncəni reallığa keçirmədən, gizlicə yaşayır. Bu hissləri yaşamağın adı xəyanət deyil, insanın öz motivini müəyyənləşdirməsidir.

Sosioloq: “Əfsuslar olsun ki, toplum olaraq o dəyərləri yaxşı qiymətləndirə bilmirik və ailəni zamanın hökmünə buraxırıq”
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, xəyanəti yaradan birinci səbəb mənəvi aşınmalardır: “Bizim ata-analarımız da problemlərlə qarşılaşıblar, amma ailə bu səbəbdən dağılmayıb. Çətinlik də görüblər, pis gün də, amma hər iki tərəf bir-birinə sədaqətli olub”. Sosioloq deyir ki, insanlar Avropanı örnək götürərək milliliyi unudurlar: “Bizim bütün dünyada adla deyilən, həsəd aparılan ailə dəyərlərimiz vardı, yüksək səviyyəli ailə institutumuz vardı. Əfsuslar olsun ki, toplum olaraq o dəyərləri yaxşı qiymətləndirə bilmirik və ailəni zamanın hökmünə buraxırıq”.

Baxış sayı: 526
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Ev-ağac-insan testi
növbəti yazı
Xarakter

Related Posts

Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?

02 Fevral 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Sağlam və sağlam olmayan hisslər

17 Yanvar 2023

Əhvalım havaya görə dəyişir

27 Dekabr 2022

Ailədaxili münasibətlər

06 Dekabr 2022

Heç vaxt qazana bilməyəcəyimiz savaş

05 Dekabr 2022

Mükəmməlliyyətçiliyin öhdəsindən necə gələ bilərik?!

02 Noyabr 2022

Valideynlərimizdən gözləntilərimiz

18 Oktyabr 2022

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu və onun müalicəsində...

13 Oktyabr 2022

Özgüvən əksikliyinin ən çox görülən 7 əlaməti

11 Oktyabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net