Psixologiya
  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az

Psixologiya

  • Ana Səhifə
  • Kategoriyalar
    • Psixologiya tarixi
    • Təhsil – tələbə
      • Bakalavriat
      • Magistratura
      • Doktorantura
      • Proqramlar
      • Sillabuslar
      • Mühazirə mətnləri
    • Psixoloq məsləhəti
    • Maraqlı məlumatlar
    • Sual – Cavab
    • Test və metodikalar
    • Bizim Kafedra
    • Elektron kitablar
    • Məqalələr
  • Xəbərlər
    • Ümumi xəbərlər
    • Aktual xəbərlər
  • Məqalələr
  • Distant (məsafədən) təhsil
    • Mühazirə mətnləri
    • İmtahan sualları
  • Statistika
  • Psixologiya
    • Sosial psixologiya
    • Kilinik psixologiya
    • Pedoqoji psixologiya
    • Ümumi psixologiya
  • Fərdi inkişaf
    • Psixoterapiya
    • Münasibətlər
    • Xoşbəxtlik
  • Psixologiyajurnalı.Az
Pedoqoji psixologiyaPsixologiya

Sevgisini göstərə bilən valideyn

yazdı Admin 04 Fevral 2022
yazdı Admin 04 Fevral 2022
Sevgisini göstərə bilən valideyn

Bəzən valideynlər uşaqları ilə daha çox maraqlanıb, həyat yoldaşları ilə ünsiyyətlərini ikinci plana keçirirlər. Halbuki yaxşı valideyn olmaq üçün, ilk növbədə, yaxşı həyat yoldaşı olmaq lazımdır. Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?
1. Hər şeydən əvvəl bu, valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini “əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxilindəki problemlərlə bağlı heç bir gərginlik yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və ya analıq “rollarında” da əks etdirirlər.
2. Tərəflər arasındakı ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda, bütün səyləriniz boşa gedə bilər.
3. Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə, bu, kiçikyaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda “nifrət” hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək.
4. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərinin səmimiyyətinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə və uşaqda özünəinamın azalmasına səbəb olur.
5. Tərəflər arasındakı gərginlik uşağın psixologiyasına da mənfi təsir göstərir.
6. Müəyyən bir vaxtdan sonra uşaq valideynlər arasında tərəf saxlamaq məcburiyyətində qalır. Təbii ki, o, bu mərhələdə öz mənafeyini də unutmur.
7. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də tədricən evdən uzaqlaşır.
8. Belə mühitlərdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirlərdən xilas ola bilmirlər.
Nə etməliyik?
Hər şeydən əvvəl tərəflər bir araya gəlməli və mövcud problemləri nəzərdən keçirməlidirlər.
Əgər tərəflərdən biri problem olduğunu qəbul etmirsə, onda problem olduğunu qəbul edən tərəf məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalıdır.
Əgər problemin həllinə daha tez nail olmaq istəyirsinizsə, güzəştə getməyi də bacarmalısınız.
Bəzən problemlərin həllində mütəxəssis köməyinə ehtiyac ola bilər. Bunun üçün ailə məsələləri üzrə bir mütəxəssisə müraciət etsəniz, daha yaxşı olar.
Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir göstərməsinə imkan verməməlisiniz.
Tərəflər qəbul edəcəkləri bütün qərarlarda uşaqlarını da nəzərə almağı unutmamalıdırlar.

Baxış sayı: 426
0 şərh
0
FacebookTwitterGoogle +Pinterest
Admin

əvvəlki yazı
Pis xəbəri uşaqlara necə söyləməliyik?
növbəti yazı
Uşaqlıq dövründə hansı qorxular normal olaraq qəbul edilir?

Related Posts

Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri

01 Fevral 2023

Turet sindromu

31 Yanvar 2023

Zamanınızı idarə etməkdə çətinlik çəkirsinizmi?

27 Yanvar 2023

Autizm spektr pozuntusu

24 Yanvar 2023

İstedadlı uşaqların yaradıcılıq potensialının inkişafının psixo-pedaqoji məsələləri

19 Yanvar 2023

“Hər yerdə sizi təqib edən həmin qara bulud”

14 Yanvar 2023

Ailədə valideyn münasibətlərinin psixoloji xüsusiyyətləri

29 Dekabr 2022

Mədəniyyətlərarası münasibətlərə milli identikliyin təsirinin sosial-psixoloji xüsusiyyətləri

26 Dekabr 2022

Köməksizlik vəziyyətinin psixoloji mahiyyəti və diaqnostikası

20 Dekabr 2022

Nevrozun etiologiyasına psixoanalitik yanaşma

14 Dekabr 2022

Şərh yaz Cancel Reply

Save my name, email, and website in this browser for the next time I comment.

Axtarış

Son Yazılar

  • Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi tədqiqatçıları ilə görüş keçirilib
  • Psixodiaqnostika nədir? Psixoloji problemlər necə müəyyən olunur?
  • Müxtəlif kateqoriyadan olan məhbusların şəxsiyyətinin psixoloji xüsusiyyətləri
  • Gənclər gününə həsr olunmuş “Gəncliyin rəngləri” seminarı keçirilmişdir
  • Turet sindromu

UNUTMA

Son şərhlər

    Kateqoriyalar

    • Aktual xəbərlər
    • Bizim Kafedra
    • Diplomlar, avtoreferatlar, referatlar
    • Elektron kitablar
    • Fərdi inkişaf
    • Kateqoriya
    • Kilinik psixologiya
    • Maraqlı məlumatlar
    • Məqalələr
    • Mühazirə mətnləri
    • Münasibətlər
    • Pedoqoji psixologiya
    • Proqramlar
    • Psixologiya
    • Psixologiya jurnalı
    • Psixologiya tarixi
    • Psixoloq məsləhəti
    • Psixoterapiya
    • Sillabuslar
    • Sosial psixologiya
    • Sual – Cavab
    • Test və metodikalar
    • Təhsil – tələbə
    • Ümumi psixologiya
    • Ümumi xəbərlər
    • Xəbərlər
    • Xoşbəxtlik

    @2019 - Bütün hüquqlar qorunu Psixologiya.Net